Türkiyəli futbolçu Arda Turanın 3 milyon TL-yə aldığı “Grey Stone” adlı gəminin yeni görüntüləri ortaya çıxıb.
Bizimaz.az: Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçunun ötən yay aldığı gəmi 5 ulduzlu hotellərdən fərqlənmir. Onun bir suit və 3 kayutu var. 6 nəfərlik ekipajı olan gəmi 24 metr uzunluğundadır və saatda 11 knot sürətlə gedir.
Futbolçunun ailəsi Bodrumda bu gəmidə dincəlir. Futbolçunun həftəsonu icazə alaraq onlara qoşulacağı deyilir.