basreklam

  • Thumb

    DYP müraciət etdi;"Ehtiyatlı olun"

    Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. ...

  • Thumb

    Zalujnı elan etdi: III Dünya savaşı başladı!

    Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Üçüncü Dünya müharibəsinin başlandığını elan edib. Bakıvaxtı.az Publika.az-a isti...

  • Thumb

    Ukrayna zərbə endirdi, koreyalı general ağır yaralandı

    Ukraynanın “Storm Shadow” ("Fırtına kölgəsi") raketləri ilə Kursk vilayətinə zərbəsi nəticəsində Şimali Koreyanın generalı ağır yaralanıb. Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”...

  • Thumb

    Ağ Ev: Kiyevə hərbi yardımı davam etdirəcəyik

      Vaşinqton administrasiyası Rusiyanın hərəkətlərindən asılı olmayaraq Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir. ...

  • Thumb

    Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mü...

  • Thumb

    Alimentin miqdarı 6 manat artırılıb

    Bu il sabit pul məbləğində alimentin miqdarı 6 manat artırılıb. “Qafqazinfo” xəbər verir ki, hüquqşunas Tağı Hüseynov köhnə aliment məbləğinin yalnız məhkəməyə müraciət etməklə artırılacağını bildi...

  • Thumb

    Tramp bu qadını seçmək istəyir

    ABŞ-nin seçilmiş lideri Donald Tramp Florida ştatının keçmiş prokuroru Pamela Bondinin ABŞ baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb. “Qafqazinfo” xəbər verir ki, o bu haqda öz “Truth” hes...

  • Thumb

    Prezidentdən Ağdam Şəhəri Günü ilə bağlı paylaşım

    Azərbaycan Prezidenti İlham Əliyev 20 Noyabr - Ağdam Şəhəri Günü münasibətilə paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, Prezidentin sosial şəbəkə hesablarından etdiyi paylaşımda “Zəfər tariximiz ...

  • Thumb

    Ərdoğan Zelenskiyə təklif edəcək

    Türkiyə prezidenti Ərdoğan noyabrın 18-də Rio-de-Janeyroda keçiriləcək G20 sammitində təqdim etmək niyyətində olduğu hazırkı cəbhə xətti boyunca Ukraynada müharibəni dondurmaq üçün plan hazırlayıb. ...

  • Thumb

    Gələn il 400 manat olacaq

    Gələn il Azərbaycanda minimum əməkhaqqı artacaq.  “Qafqazinfo” xəbər verir ki, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində minimum...

Xəbər lenti





Finlandiya “Dünya Xoşbəxtlik Hesabatı”na (“World Happiness Report”) görə 5 il ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi elan olunub. Hazırda bir çoxlarını Finlandiya sakinlərini həyatlarından bu qədər qane edən səbəblərin məhz hansılar olduğu maraqlandırır.

 

Xoşbəxtliyin əsaslarını araşdıran finlandiyalı filosof və psixoloq Frenk Martela ölkə sakinlərinin yüksək həyat keyfiyyətini qoruyub saxlamaq və xoşbəxt olmaq üçün heç vaxt etmədiyi 3 şeyi açıqlayıb.

 

Onun sözlərinə görə, bunlardan birincisi finlərin özlərini heç vaxt qonşuları və ətrafdakı insanlarla müqayisə etməməsidir. O bildirib ki, Finlandiyada vətəndaşlar xüsusilə də zənginlik və maddi üstünlüklər baxımından lovğalanmağı sevmirlər.

Martela buna misal olaraq bu hadisə barədə danışıb: “Bir dəfə ölkənin ən zəngin insanlarından biri ilə qarşılaşdım. O, öz azyaşlı uşağını uşaq arabasında tramvay stansiyasına doğru aparırdı. Halbuki o özünə bahalı maşın ala və ya sürücü işə götürə bilərdi.  Lakin o bunun əvəzində ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verir. Finlandiyada uğur məhz bu deməkdir”.

Martela finlərin həyatda etmədiyi ikinci cəhətin təbiətin üstünlüklərini gözardı etməmək olduğunu qeyd edib. Belə ki, 2021-ci ildə ölkədə həyata keçirilən sorğuya əsasən, finlərin 87%-i belə hesab edir ki, təbiət onlar üçün çox vacibdir. Çünki təbiət onlara ruhi sakitlik, enerji və rahatlıq bəxş edir. Bununla yanaşı, Finlandiyada işçilər yayda 4 həftəlik məzuniyyətə çıxırlar. Bir çoxları məzuniyyəti kənd ərazisinə getmək və təbiətlə baş-başa qalmaq üçün istifadə edir.

Finlandiyada sakinlərin əsla etmədikləri üçüncü cəhətə gəldikdə isə, bu, cəmiyyətdə etimadın itirilməməsidir. Qeyd olunur ki, araşdırmalara əsasən, ölkə daxilində etimad səviyyəsi nə qədər yüksəkdirsə, vətəndaşlar da bir o qədər xoşbəxtdir. Belə ki, 2022-ci ildə dünyanın 16 şəhərində 192 pulqabı yerə atılaraq “pulqabı itirilməsi” eksperimenti həyata keçirilib. Nəticəyə əsasən, Helsinkidə itirilmiş 12 pulqabıdan 11-i sahibinə qaytarılıb.

Bununla yanaşı, Finlandiyada vətəndaşların bir-birinə güvəndiyi də xüsusilə vurğulanır. Qeyd olunur ki, kimsə öz telefonunu qatarda itirərsə və yaxud notbukunu kitabxanada unudarsa, əşyasını geri əldə edəcəyinə əmin ola bilər. Həmçinin ölkədə uşaqların nəzarətsiz şəkildə küçədə oynadığını və yaxud məktəbdən evə ictimai nəqliyyatla tək qayıtdığını görmək mümkündür.

Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB

Şou

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov