basreklam

Xəbər lenti



Türkiyəni sarsıdan zəlzələlərdən sonra Selena Qomez, Cennifer Lopez və Şakira kimi dünyaca məşhur adlar Türkiyəyə dəstək verməyə davam edir.
 
AZXEBER.COM xəbər verir ki, Selena Qomez, Cennifer Lopez və Şakira da daxil olmaqla dünyanın məşhur adları Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırışı edib. 

Şakira dağıntılar altından xilas edilən uşağın fotosunda Türkiyə və Suriyada baş verən zəlzələnin uşaqlar üzərində dağıdıcı təsirinə işarə edərək, yardım kampaniyasının linkini İnstaqram hesabında da izləyiciləri ilə paylaşıb. 
 
ABŞ-lı müğənni və aktrisa Cennifer Lopez Türkiyə və Suriyadakı pərəstişkarlarına dəstək göndərdiyini bildirib.
 
O, "Bu, demək olar ki, 100 ildə bölgədə baş verən ən güclü zəlzələdir" paylaşımını edib. Lopez zəlzələdən zərər çəkmiş uşaqların ehtiyaclarını ödəmək üçün insanları da köməyə çağırıb. 
 
Məşhur hind aktrisası Cennifer Vinqet öz "Twitter”hesabında zəlzələ bölgələrindən olan görüntüləri böyük kədərlə izlədiyini və həlak olanlar üçün dua etdiyini bildirib. 
 
"Lost” və "24” serialları ilə tanınan amerikalı aktrisa Lana Parrilla Türkiyə və Suriya cəmiyyəti üçün dua etdiyini deyib: "Bu hadisəyə görə çox üzgünəm. Bunu təsvir etməyə söz tapa bilmirəm”.
 
Fransız model Sebastien Betsch İnstaqram hesabında zəlzələdən sonra çəkilmiş dağıntılar fotosu ilə yanaşı Türkiyədə çəkdirdiyi fotolardan da istifadə edib. İzləyicilərini AHBAP dərnəyinə ianə verməyə istiqamətləndirən Betsch Türkiyənin iki böyük zəlzələ ilə dərindən sarsıldığını söyləyib.
 
Ayşən

Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB

Şou

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov