İngiltərə və İrlandiyadakı 41 xristian kilsəsi üçün xeyriyyə və inkişaf agentliyi olan Christian Aid 2022-ci ildə iqlim dəyişikliyi səbəbindən ən dağıdıcı təbii fəlakətlər və onların vurduğu maddi ziyanı əhatə edən hesabat dərc edib.

 

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatında və Kubada sentyabr ayında baş verən “İan” qasırğasının 100 milyard dollar maddi ziyana və 40 min insanın didərgin düşməsinə səbəb olub.

Avropada yay aylarında təsirli olan quraqlığın isə 20 milyard dollara başa gəldiyi bildirilir.

Pakistanda sel fəlakəti nəticəsində 7 milyon insanın didərgin düşdüyü, 30 milyard dollarlıq maddi ziyanın olduğu açıqlanıb:

 

"Bu təbii fəlakətlər iqlimlə bağlı tədbirlərə təcili ehtiyac olduğunu vurğulayır", - deyə hesabatda qeyd olunub.

Quraqlıq Şərqi Afrikada 36 milyon insana mənfi təsir göstərib.

Qərbi Afrikada Nigeriya, Kamerun, Mali və Nigerdə isə ​​600-dən çox insanın ölümü ilə nəticələnən sel fəlakətləri nəticəsində 1 milyon 300 min insan didərgin düşüb.

Keçən il hər birinin vurduğu maddi ziyan 3 milyard dollardan çox olan 10 ayrı iqlim fəlakətinin baş verməsi iqlim böhranı ilə bağlı hərəkətsizliyin maliyyə xərclərinə işarə edir. Maliyyə itkilərinin arxasında milyonlarla insanın həyatı və ağrı hekayələri dayanır.