Xəbər lenti



Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

 

bizimaz.az həmin cədvəli təqdim edir:

S/n

Qəbulun keçirildiyi

şəhər, rayon

Əhatə olunan

şəhər, rayonlar

Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu

Qəbulun keçirildiyi gün

1.  

Füzuli

Füzuli, Beyləqan, Xocavənd

ədliyyə naziri

Fikrət Məmmədov

02

2.   

İmişli

 

İmişli, Saatlı, Sabirabad

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli

02

3.   

Sumqayıt

Sumqayıt, Qubadlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 

Mübariz Qurbanlı

04

4.  

Sabirabad

Sabirabad, Saatlı, İmişli

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

Arzu Rəhimov

04

5.   

Ağdaş

Ağdaş, Göyçay

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Anar Quliyev

10

6. 

Ağsu

 

Ağsu, İsmayıllı,

Şamaxı, Qobustan

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri

Zaur Mikayılov

10

7.  

Mingəçevir

Mingəçevir, Yevlax

“Azərişıq” ASC-nin sədri

Vüqar Əhmədov

10

8. 

Lənkəran

Lənkəran, Astara, Lerik

Baş prokuror

Kamran Əliyev

11

9.   

Siyəzən

Siyəzən, Xızı

ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

11

10.   

Tovuz

Tovuz, Ağstafa, Qazax

gənclər və idman naziri

Fərid Qayıbov

11

11.  

Quba

Quba, Qusar

iqtisadiyyat naziri

Mikayıl Cabbarov   

11

12. 

Şəki

 

Şəki, Qax

 

kənd təsərrüfatı naziri

İnam Kərimov

11

13.  

Astara

Astara, Lənkəran, Lerik

mədəniyyət naziri

Anar Kərimov

11

14.    

Ağstafa

Ağstafa, Qazax, Tovuz

rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

11

15. 

Şamaxı

Şamaxı, Qobustan

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Bahar Muradova

11

16.   

Mingəçevir

Mingəçevir, Yevlax

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən

İlham Mirzəliyev

11

17.    

Gəncə

Gəncə, Samux, Kəlbəcər

təhsil naziri

Emin Əmrullayev

12

18.  

Goranboy

Goranboy, Xocalı, Naftalan

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev

14

19.   

Şirvan

Şirvan, Hacıqabul

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri

Zaur Əliyev

14

20.    

Şamaxı

Şamaxı, Qobustan

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

Ruslan Əliyev

14

21.   

Saatlı

Saatlı, Sabirabad, İmişli

 

“Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən

Köçərli Həsənov

16

22. 

Quba

Quba, Qusar

Ali Məhkəmənin sədri

Ramiz Rzayev

18

23.  

Şirvan

Şirvan, Hacıqabul

energetika naziri

Pərviz Şahbazov

18

24.   

Abşeron

Abşeron, Zəngilan

Dövlət Gömrük Komitəsinin sədri

Səfər Mehdiyev

29

25.  

Gəncə

Gəncə, Samux, Kəlbəcər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri

Saleh Məmmədov

29

26.   

Lənkəran

Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı

daxili işlər naziri

Vilayət Eyvazov

30

27.    

Bərdə

Bərdə, Tərtər

fövqəladə hallar naziri

Kəmaləddin Heydərov

31



“Bizim və dövlətimizin tarixlə bağlı uzun mühazirələrə vaxtımız yoxdur, ona görə də keçmişi dərindən araşdırmayacağam. Reallıq və gələcək haqqında danışacağam. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərində mənim arxamdadır və Rusiyanın hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq, belə də olacaq”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski vətəndaşlara videomüraciətində deyib.

Onun sözlərinə görə, Rusiyanın “DXR” və “LXR”i tanıması sülh səylərinə zərbə vurur və danışıqlar proseslərini məhv edir.

Ukrayna dövlətinin başçısı vurğulayıb ki, Ukrayna Rusiyanın hərəkətlərini dövlətin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir və “DXR” və “LXR”nin tanınmasının nəticələrinə görə bütün məsuliyyəti Moskvanın üzərinə qoyur. Zelenski həmçinin əlavə edib ki, bu ərazilərin Rusiya tərəfindən tanınması Rusiyanın Minsk razılaşmalarından birtərəfli qaydada çıxması və Normandiya sazişləri çərçivəsində qərarlara məhəl qoymaması anlamına gələ bilər.

 

“Bu, sülh səylərinə zərbə vurur və danışıqlar formatlarını məhv edir", - o bildirib.

Ukrayna prezidenti vurğulayıb ki, Rusiya öz qərarları ilə faktiki olaraq 2014-cü ildən Donbassın işğal olunmuş ərazilərində olan qoşunlarını leqallaşdırır.

“Səkkiz ildir müharibəni dəstəkləyən ölkə iddia etdiyi kimi sülhü qoruya bilməz”, - deyə Zelenski əlavə edib.

Prezidentin qeyd etdiyi kimi, Ukrayna fərdi və kollektiv özünümüdafiə hüququnu özündə saxlayır. Bundan əlavə, o, yaradılmış ərazi müdafiə sistemini xatırladıb, Ukrayna sərhədlərinin etibarlı mühafizə altında olduğuna inandırıb və vəziyyətin dəyişməsi barədə məlumat verəcəyini vəd edib.

“Sərhədlərimiz etibarlı şəkildə qorunur... Biz təxribatlarla təcavüzkar qoşunların hücumunu yaxşı fərqləndiririk. Vəziyyətin dəyişdiyini və risklərin artdığını görən kimi bütün bunlardan xəbəriniz olacaq. Biz sülhsevər və diplomatik yola sadiqik, onu və yalnız onu gedəcəyik. Biz öz torpağımızdayıq, heç kimdən və heç nədən qorxmuruq, heç kimə borcumuz yoxdur, heç kimə heç nə verməyəcəyik və buna əminik”, - deyə Zelenski yekunlaşdırıb.



Türkiyə Rusiyanın qondarma “LXR” və “DXR”in müstəqilliyini tanınması qərarını pisləyib.

Bu barədə Türkiyə XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.

 

“Rusiya Federasiyasının qondarma “Donetsk və Luqansk Respublikaları”nı tanıması qərarı Minsk anlaşmalarına qarşı olduğu üçün, Ukraynanın siyasi birliyinin, ərazi bütövlüyünün açıq şəkildə pozulması anlamına gəlir. 

Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik.

Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına bağlılığımızı vurğulayır, bütün tərəfləri beynəlxalq hüquqlara riayət etməyə çağırırıq” -  deyə rəsmi Ankara məsələyə münasibətini bildirib.

 
Deputat Aqiyə Naxçıvanlı: Turizmi inkişaf etdirmək istəyiriksə öncə bu sahədə çalışan sahibkarlara dəstək olmalıyıq!

Bu sözləri 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı seçicilərlə növbəti görüşündə demişdir.

Deputatla görüşə gələn Çingiz Daşdəmirov turizm sahəsində kiçik sahibkar kimi 2014-cü ildən fəaliyyətə başladığını bildirmişdir. O, bu işə kənd bələdiyyəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlayaraq başlamışdır. Öz hesabına ərazidə abadlaşma işləri aparmış, su çəkmiş, ağaclara qulluq etmiş, əyləncə və istirahət məqsədi ilə kiçik attraksionlar qurmuş, icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Oğuza gələn turistlərə xidmət sahəsində xeyli işlər görmüşdür. Lakin son illər dəfələrlə müraciət etməsinə baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq icarə müqaviləsinin yenidən bağlanılmasına nail ola bilmədiyini söyləmişdir. Xahişi isə bu işdə ona deputat tərəfindən köməklik göstərilməsi olmuşdur. Aqiyə Naxçıvanlı Oğuzun turizm potensialının hətta ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə çalışan sahibkarlara bütün dövlət qurumlarının dəstək verməsini vacib saydığını bildirmişdir. Deputat vətəndaşın müraciətini nəzarətə götürərək səsini aidiyyəti orqanlara çatdıracağına söz vermişdir.

Seçici Cumar Qafarov deputata hər gəlişində ağsaqqalları səmimi qəbul etdiyi, onlara diqqət göstərdiyi üçün minnətdarlığını bildirmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin pensiyaçılara dəstəyindən danışaraq həm infilyasiya faizinə uyğun artımın, həm də əlavə olaraq illik müavinətin təyin edilməsinin əmək pensiyaçılarının sosial rifahına çox müsbət təsir göstərdiyini söyləmişdir. Pensiyaçılara xüsusi önəm verdiyinə görə ölkə Prezidentinə onun təşəkkürlərini çatdırmağı xahiş etmişdir. Aqiyə Naxçıvanlı cənab Prezidentin hər sərəncamının əhalinin rifah halının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış olduğunu bildirmişdir.

Rayon ağsaqqalı İzzət Seyidov Oğuzda pandemik vəziyyətdən söhbət açaraq, ölkəmizdə vaksinasiyanın uğurla aparılmasına dövlət başçısı tərəfindən xüsusi diqqət göstərildiyini, bunun da sayəsində əhali arasında ağırlaşma hallarının ciddi şəkildə azalmasından danışmışdır. O, deputatın Oğuza gələn kimi “Ailə-Sağlamlıq Mərkəzi”nə gedərək vaksinasiyanın gedişatı və təchizatla maraqlanmasını məsələyə nə qədər ciddi yanaşıldığının göstəricisi kimi qəbul etdiyini bildirmişdir. Vaksinasiyanın daha uğurla aparılması üçün təkliflərini səsləndirmişdir. Deputat Aqiyə Naxçıvanlı bu qayğı və diqqətin ölkə prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən hər bir Azərbaycan vətəndaşına göstərildiyini, xüsusən də pandemiya şəraitində ölkədə aparılan işlərin, görülən tədbirlərin məhz Azərbaycan vətəndaşına olan qayğının təzahürü olduğunu qeyd etmişdir.

Qəbula gələn seçıcı Hafiz Hafizov hal-hazırda işsiz olduğunu və ona bacarığına uyğun iş tapılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti qeydə alınaraq, işlə təmin olunması üçün Ərazi Məşğulluq idarəsinə göndərilməsi qərara alınmışdır.

Oğuz şəhərinin Gənclik massivində yaşayan seçici Malik Məmmədov 6 ildir həmin ərazidə yaşadığını, işıq, qaz, su, kanalizasiya kimi bütün kommunal xidmətlərlə təmin olunduğunu, lakin təkcə rabitə xidmətinin olmadığından gileylənmişdir. Deputat Aqiyə Naxçıvanlı məsələ ilə bağlı aidiyyəti quruma müraciət ünvanlanacağını bildirmişdir.

Qəbula gələn digər seçicilər də onları qəbul etdiyi üçün deputata öz təşəkkürlərini bildirdirərək problem və xahişlərini çatdırmışlar. Aqiyə Naxçıvanlı onların hər birini səmimiyyətlə dinləyərək səsləndirilən müraciətləri qeydiyyata almışdır. Bəzi müraciətlər yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı qısa müddətdə müvafiq icraat aparılacağı bildirilmışdir.

aia.az
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429588_1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429648_2.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429662_3.jpg
 
 
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429588_1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429648_2.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429662_3.jpg
 

 

 
 
2019/03/14973-1552558161.jpg
 
Ermənistan hökuməti fevralın 17-də keçirilən iclasında “Hərbi qulluqçuların statusu haqqında qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsini təsdiqləyib.

Ordu.az-ın məlumatına görvral 2022      ə, hazırda Ermənistanda icra edilən qanuna görə, hərbi xidmətdən azad olunmağın yeganə şərti ailədə tək oğlan uşağı olmaqdır.

Qanun layihəsində qeyd olunub ki, 44 günlük müharibədə ölmüş hərbi qulluqçuların kiçik qardaşları ailənin tək oğlu olmaqları üçün məcburi hərbi xidmətə cəlb olunurlar.

“Onlardan bir çoxlarının valideynləri ağır psixoloji və sosial vəziyyətdədirlər və kiçik oğullarını hərbi xidmətə göndərmək istəmirlər. Ölmüş soydaşlarımızın ailə üzvlərinə böyük ehtiramla yanaşaraq həmin ailələrin digər üzvlərinə də məcburi hərbi xidmətdən azad olunmaq imkanı verməliyik”, - deyə layihədə bildirilib.

Ermənistan hökumətinin təklifi müəyyən edilmiş qaydada parlamentə təqdim ediləcək.

Alpər Mövludoğlu
Ordu.az


“Kiyev NATO ölkələrinə təklif olunandan geri qalmayacaq təhlükəsizlik təminatı sistemi almalıdır".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

“NATO, əslində, Ukraynanın qoşula biləcəyi mövcud təhlükəsizlik ittifaqlarından yeganə qurumdur. Orada bizim üçün açıq qapı mövqeyi var. Amma bu yolda uzun bir məsafə var - illər və aylar, xüsusən də eskalasiya olacaqsa. Bu yolu keçməklə biz zəmanət sistemi əldə etməliyik. Ən azı nəzəri cəhətdən bu, NATO ölkələrinə təklif olunan sistemdən geri qalmamalıdır”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, ölkənin özünü müdafiə etdiyi indiki şəraitdə bu, yeganə alternativdir.

Zelenski qeyd edib ki, Ukrayna üçün sabitlik zəmanəti olan sənəd Rusiya və ABŞ tərəfindən imzalanmalıdır.

“Biz Normandiya formatlı kollektivlə yola düşməyəcəyik və heç kim düşməyəcək. Dövlətlər və Rusiya da daxil olmaqla, güclər oturub imza atacaqlar ki, belə bir yol var. Amma ölkəmizin təhlükəsizliyi ilə bağlı üç-dörd-beş punkt olmalıdır. Onda bu, danışıq hesab ediləcək”, - deyə Ukrayna Prezidenti bildirib.



Tərtər rayon prokurorluğundan "bizimaz.az"a bildirilib ki, 18 fevral 2022-ci ildə rayonun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.



Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı qətiyyətlə qınayırıq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

 

XİN bildirib ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edib.

“Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir hissəsinin 30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına səbəb olub”, - deyə Azərbaycan XİN-in bəyanatında göstərilib.

Bildirilib ki, Ermənistan XİN-in “dirçəliş” kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən geniş miqyaslı fəlakətə gətirib çıxarıb.

Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib:

“Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir.

Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur”.

New layer...
New layer...


Azərbaycandan AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün İrəvana gedəcək deputatların adları açıqlanıb.

 Bununla bağlı Milli Məclisin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Qeyd edək ki, səfər fevralın 22-də baş tutacaq.