Xəbər lenti



İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlayacaq.

Bunu İTV-nin baş direktoru Balaş Qasımov APA-ya açıqlamasında deyib.

 

O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır:

“Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.

Balaş Qasımov “Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb:

“Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, “Maska” şou yanvar ayından efirdə olsun”.

Kamaləddin Qafarov: “ABŞ-nin mövqeyi dövlətimizin geosiyasi nüfuzunun təsdiqidir”

“ABŞ Prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısına Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda iki ölkə arasında əməkdaşlığa sadiqliyin xüsusi olaraq vurğulanması ölkəmizə verilən böyük dəyərin ifadəsidir. C.Bayden məktubunda bir sıra vacib məqamlara toxunub və həmin məsələlər Vaşinqtonla Bakı arasındakı qarşılıqlı münasibətlərin bundan sonrakı inkişaf istiqamətlərini müəyyən edir. Eyni zamanda, Ağ Ev hazırda yaşanan proseslərdə rəsmi Bakının oynadığı rolun da önəmini anladığını və buna böyük qiymət verdiyini vurğulayıb.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Millət vəkili demişdir: “Prezident Baydenin bu yanaşması bir daha təsdiq edir ki, Birləşmiş Ştatlar Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələri yüksək dəyərləndirir və hazırda bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən bu istiqamətlərdə Vaşinqton-Bakı əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar var. Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım yüksək qiymətləndirilməklə bərabər, indiki qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə, eyni zamanda qlobal terrorizmə qarşı mübarizədə öz dəstəyini bir daha təsdiq edir. Məktubda qarşıdan gələn dövrdə ABŞ-ın ölkəmizlə daha sıx əməkdaşlıqda maraqlı olmasının ifadə edilməsi, iki dövlət arasında Bakı-Vaşinqton əlaqələri üçün ənənəvi olmayan digər istiqamətlərdə də münasibətlərin dərinləşdirəcəyinə inam yaradır.

Co Baydenin məktubunda yer alan strateji məsələlər, o cümlədən regional barışığın əldə olunması ilə bağlı məqam Azərbaycanın regionda yaratdığı reallıqların qlobal miqyasda qəbul olunduğunu, ölkəmizin suveren hüquqlarına hörmət bəslənildiyini, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması, davamlı sülhün əldə olunması prosesinə məhz mövcud reallıqlar çərçivəsindən yanaşıldığını təsdiqləyir.

ABŞ Prezidenti Co Baydenin məktubunu və bu məktubda qarşılıqlı əməkdaşlığın inkişafına böyük önəm verildiyini də nəzərə alsaq, ölkəmizin regional, subregional və qlobal proseslərdəki rolunun bundan sonra da artacağını, Azərbaycanın Cənubi Qafqazda və daha geniş arealda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın istinad nöqtəsinə çevriləcəyini, mübaliğəyə yol vermədən söyləmək mümkündür.”

K.Qafarovun fikrincə,  Azərbaycanın dünyada baş verən kəskin, ziddiyyətli dəyşikliklər fonunda özünün qlobal öhdəliklərinə sadiq qaldığını sözdə deyil, əməldə nümayiş etdirməsi, sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində yürütdüyü çevik siyasət, dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ kimi supergüc tərəfindən də yüksək qiymətləndirilir.

Millət vəkili demişdir: “Bu gün Azərbaycan sülhün, əmin-amanlığın, təhlükəsizliyin və humanizm dəyərlərinin keşiyində dayanan dövlətlərdən biri kimi daha ədalətli dünya naminə səylərini əsirgəmir, uzun illərdən bəri yalnız bəşəriyyətin işıqlı, xoşbəxt gələcəyinə, tolerantlığın təşviqinə, dialoqa, dinc və firavan birgəyaşayışa xidmət edən siyasət yürüdür. Birləşmiş Ştatların mövqeyi əhəmiyyətli dərəcədə Azərbaycanın dövlət başçısının yürütdüyü siyasətə verilən önəm, həmin siyasətin gücünün və xüsusilə də onun geosiyasi nüfuzunun etirafı ilə bağlıdır”.

AİA.Az


SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən istismar dayanıqlılığı və mükəmməlliyi proqramının tərkib hissəsi olaraq 2022-ci il 4 aprel tarixindən etibarən zavodda 50 gün müddətinə əsaslı planlı təmir işlərinə başlanılıb.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda əsaslı təmir işlərinin yekun mərhələsi icra edilir və plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir:

“NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə göndərilməsi və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmənin olması gözlənilir.

Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər”.




Brüsseldə Avropa ittifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü kecirilib.

Üçtərəfli görüşdən əvvəl Şarl Mişelin həm Prezident İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüşü keçirilib.

Görüş beş saat davam edib.

Kamaləddin Qafarov: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq əlaqələri genişlənir”

Xəbər verildiyi kimi, mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib. Səfərlə bağlı öz fikirlərini paylaşan Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında bildirib ki, Litva Prezidentinin Azərbaycana bu səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək: “Ölkə Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında da xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Bu baxımdan ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə bu əməkdaşlığın mahiyyətini əks etdirir. Bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud olmamış geniş imkanlar meydana çıxıb. Təəssüf ki, Ermənistan hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Dövlətimizin başçısı bu məqamı da qeyd edib ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib və bu artıq müəyyən qədər nikbinliyin yaranmasına əsas verir. Ehtimal etmək olar ki, Ermənistan həmin prinsipləri qəbul edərək sülh sazişini imzalayacaq”.

Millət vəkilinin fikrincə, Litvanın Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəkləməsi müsbət haldır. Prezident İlham Əliyevin 2022-ci il 6 aprel tarixli Brüssel səfərinin ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində atılmış növbəti vacib addım olduğunu vurğulayan Kamaləddin Qafarov bildirib ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların nəticəsidir: “Prezident İlham Əliyev öz çıxışında Litvanın dövlət başçısı ilə uğurla inkişaf edən Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının da geniş şəkildə müzakirə etdiklərini bildirdi. Azərbaycan Prezidenti bir daha vurğuladı ki, Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Demək lazımdır ki, Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi daha konkret formatlarda ortaya qoyulur. Məhz bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə, ilk növbədə, möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham Əliyevin ötən ilin sonlarından bəri keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb.

Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə qitənin şərqində gedən mürəkkəb geosiyasi proseslər, bütün Avropanı müharibə alovuna bürüyə biləcək təhlükəli hərbi münaqişənin hələ də davam etməsi fonunda Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə yeni baxış, yeni münasibət niyyətini sərgiləməsi və bu istiqamətdə konkret addımlar atmağa başlaması tamamilə anlaşılandır. Təbii ki, bu region istər enerji resursları, istərsə də malik olduğu geostrateji mövqeyi ilə hər zaman böyük dövlətlərin diqqətini cəlb edib. Prezident İlham Əliyevin dediyi kimi, hazırda Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, həm də ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir”.

Kamaləddin Qafarov Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu ilə əlaqədar deyib: “Birmənalı olaraq qeyd etməliyik ki, bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız da vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Əgər ölkənin investisiya proqramlarının ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, hazırda bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyalar yer tutur. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Əminliklə demək olar ki, bütün bunlar Azərbaycan və Litva arasında da biznes əlaqələrinin inkişafına güclü təkan verəcək”.

AİA.Az


"Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalara cavab verməlidir”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 Nazir bildirib ki, Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istədiyini dünyaya göstərib, Ermənistana hərtərəfli sülh sazişi təklif edib.
 
Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komissiyanın yaradılması gündəmə gəlib, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib, birgə sərhəd komissiyası yaradılıb.
 
Azərbaycan da Türkiyə ilə Ermənistan arasında danışıqları dəstəkləyir və bu müsbət haldır.
 
"Biz həmişə deyirik və təşviq edirik ki, Ermənistan da bu xoşməramlı yaxınlaşmalara cavab versin. Ermənistan administrasiyası daxilindəki radikallar, xaricdə isə diasporun təzyiqi altındadır. Dünənki görüşümüzdə Türkiyə və Azərbaycanın sülh istədiyini bir daha xatırlatdıq və regionun sabitliyi üçün xoş niyyətlərini ortaya qoyduq”. - Çavuşoğlu vurğulayıb.


"Mən nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsə bilmərəm".
 
AZXEBER.COM  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyə Rusiya-Ukrayna müharibəsində balans siyasəti yürüdür. Yeni dünya müharibəsi heç kimə kömək etməyəcək", - Ərdoğan vurğulayıb.


“Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə "Respublika Gənclər Debat Forumu: Yaz, 2022" layihəsi çərçivəsində keçirilən “Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib.

“Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda keçirilən Forum çərçivəsində yaz mövsümü təlimlərində 400-dən çox gənc, debatlarda isə 48 komanda olmaqla 144 gənc, 11 hakim iştirak edib və maariflənib.

“Gəncə Gənclər Debat Forumu: Yaz, 2022”nin final mərhələsində Gəncə Gənclər Evinin debat klubunun “Night of fire” və ADAU debat klubunun “Larissa” komandaları debat aparıblar.

Tədbirin sonunda isə ən yaxşı natiqlər və qalib “Larissa” (ADAU) komandası mükafatlandırılıb.





© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov