Xəbər lenti



Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. Tədbirdə Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri müzakirə edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov martın 3-də prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar barədə məlumat verib. 

Bildirilib ki, son vaxtlarda rayon İcra Hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb.

Müşavirədə paytaxt ərazisində aparılan monitorinq zamanı aşkar edilən qanunsuz tikililər barədə video film nümayiş etdirilib.

Toplantıda paytaxtın hər bir Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdıqları vurğulanıb və bildirilib ki, RİH-nin qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 2 ay müddətində hesabat verilməsi tapşırılıb.

Müşavirədə həmçinin yaz mövsümü ilə əlaqədar şəhərdəki park, istirahət bağları, “Abad məhəllə”lərdə cari təmirlərin aparılması, ağac və yaşıllıqlara qulluq göstərilməsinə nəzarətin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.



 Bunu Venesuela Prezidenti Nikolas Maduro “TeleSUR” telekanalına açıqlamasında bildirib.

“Onun məqsədi (iqtisadi müharibə-red.) xammal, ərzaq və enerji təchizatında qeyri-sabitlik yaratmaqla bütöv ölkələri və regionları boğmaqdır”, - Venesuela Prezidenti qeyd edib.

Maduronun fikrincə, bu müharibə iqtisadi mərhələdən nüvə silahından istifadə riski də daxil olmaqla, real silahlı qarşıdurmaya keçə bilər: “Dünyada real nüvə müharibəsi təhlükəsi var”.



Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.



"Putin Ukrayna kimi, Avropanı da bölmək istəyir. Əminəm ki, Moldova, Gürcüstan, Baltikyanı ölkələr və hətta Polşa təhlükə altındadır. Rusiya başqa bir dövlətə hücum etmək imkanına sahibdirsə, bütün qitə təhlükə altındadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Almaniyanın həftəlik "Die Zeit" qəzetinə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 Zelenski Rusiyanın ölkəsinə qarşı müharibəsində xalqının yanında olduğunu bildirib:

“Mənim üçün ən yaxşı qorunma budur. Rusiya işğala hazırlaşanda Putin ukraynalıların ölkəsini belə bir güclə müdafiə edəcəyinə inanmırdı. Kremlin, Sovet İttifaqının Hitlerə qarşı olduğu kimi, bu müharibənin bizim üçün bir vətənsevərlik müharibəsi olacağını gözləmirdi. Putinin adamları Ukraynanı tanımır, amma biz beləyik. Bu Qərbdəki bir çox insanın dərs alması lazım olan bir prinsipdir”.

Zelenski Kiyevdə olduğunu bildirib. O, ABŞ-ın onu ölkədən çıxarmağı təklif etməsi ilə bağlı da danışıb:

“Xeyr! Amerikalılar məni səhv tanıyıb, mən xalqımla qalıram”.

Ukrayna lideri Qərbin Ukraynaya hərbi dəstəyinin vaxtında yerinə yetirilmədiyini vurğulayıb:

“Bu olmadı. Dedim, Ukraynanı elə bir formada dəstəkləyin ki, təhlükəsizliyimiz təmin olunsun. Bu da edilmədi. İndi işğal altındayıq. Rus birlikləri şəhərlərimizi məhv edir, insanları küçələrdə güllələyir. Anlayırsınız? Hətta qaçqınları da öldürürlər. Raketləri iqamətgahları, universitetləri və kilsələri vurub. Bu, barbarlıqdır. Bəli, silah alırıq, amma barbarlıq qurtarmadığı üçün daha çoxuna ehtiyacımız var”.

Zelenski sanksiyaların kifayət etmədiyini söyləyib:

“Qərb şirkətləri hələ də müxtəlif bəhanələrdə Rusiya bazarında qalır. Bu sanksiyalar daha da sərtləşməlidir”.

Ukrayna Prezidenti Rusiyanın nüvə müharibəsi təhlükəsinin blef olduğunu düşünür:

“Qatil olmaq ayrı, intihar ayrı şeydir. Nüvə silahından hər hansı istifadə yalnız ondan istifadə edənin deyil, iştirak edən hər kəsin sonudur. Bunun əvəzinə Putinin hədəsi zəifliyini göstərir. O, nüvə silahından yalnız təhdid kimi istifadə edir. Mən əminəm ki, Rusiya nüvə silahından istifadə cəhdinin fəlakətli nəticələrindən xəbərdardır”.



Həmyerlimiz Rəşad İbadov Ukraynada insanlara 20 ton pomidor və xiyar paylayıb.

Tezliklə 100 ton naringini də insanlara pulsuz paylayacağını deyib.

Qeyd edək ki, bundan əvvəl həmyerlilərimizin Ukraynada pulsuz çörək, ət və meyvə paylaması ilə bağlı görüntülər yayılmışdı.



Bu gün Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatına start veriləcək.

Saat 10:45-də yarışın açılış mərasimi olacaq.

Saat 11:00-da isə yarış rəsmən başlayacaq. Yarışda 17 ölkədən 170 gimnastın iştirakı gözlənilir. İdmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda Azərbaycanı gənclər arasında Avropa çempionları – Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edəcək. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri – Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları – Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək yarış 4 gün davam edəcək və martın 13-də başa çatacaq.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya Kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib. 



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşüb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

 
Aqiyə Naxçıvanlı: “Ölkəmizdə çoxpartiyalı parlamentin formalaşması siyasi islahatların ən önəmli nəticələrindən biridir”

“Həqiqətən də 2020-ci il ölkəmizin tarixində ən əlamətdar, ən önəmli illərdən biri olaraq qalacaq. Təbii ki, bu ilin xalqımız üçün ən böyük əhəmiyyəti Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi və bu şanlı zəfər nəticəsində özünün ərazi bütövlüyünü bərpa etməsilə bağlıdır. Lakin həmin il ölkəmizin ictimai-siyasi həyatında daha bir neçə önəmli hadisələr baş verimişdir ki, mahiyyət etibarı ilə bu hadisələr də məhz Azərbaycanın tarixi Qələbəsini təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən artıq uzun illərdən bəri düşünülmüş şəkildə həyata keçirilən kompleks hazırlıq tədbirlərinin vacib tərkib hissəsi olmuşdur. O cümlədən, 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Möhtərəm dövlət başçımızın 2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisin ilk iclasında etdiyi tarixi çıxışında vurğuladığı kimi, bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Birmənalı olaraq demək lazımdır ki, həmin seçki prosesi böyük uğurla keçdi və bu seçkilərdə 1300-dən çox namizədin iştirak etməsi də uğuru təmin edən əsas amillərdən biri oldu. Həmin vaxt bütün namizədlər üçün bərabər şərait yaradılmış, heç bir ayrı-seçkiliyə yol verilməmişdi. Qeyd olunmalıdır ki, 2020-ci il parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə bir çox beynəlxalq təşkilatlar, müşahidəçilər dəvət edilmişdi və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdilər. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Eyni zamanda, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdi. Bəyanatda bildirilmişdi ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir” – bu fikirləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili bildirib ki, 2020-ci ilin 9 fevral seçkilərində ölkədə mövcud olan bütün siyasi qüvvələrin iştirak etməsi nəticəsində formalaşmış çoxpartiyalı parlament Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi işində daha böyük rol oynamalıdır. A.Naxçıvanlının sözlərinə görə altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması Azərbaycanda siyasi sistemi möhkəmləndirən, siyasi münasibətləri sağlam zəmində gücləndirən əhəmiyyətli amil olub: “Son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub. Etiraf olunmalıdır ki, ötən illərdə Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları kimi bir hal baş verməmişdir. Bu mütərəqqi addım da məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə atılmışdır və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların bir parçasıdır. Əlbəttə ki, Milli Məclis Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək istiqamətində bundan sonra daha fəal iş aparmalıdır. Öz növbəsində Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Çünki siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Həmçinin qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində inkişaf etdiriləcəkdir” – deyə A.Naxçıvanlı qeyd edib.

Daha sonra Milli Məclisin deputatı beynəlxalq əlaqələrin gücləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində görülən işlərin həm həcmini, həm də effektivliyini artırmağın vacibliyini vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə möhkəmlənir, nüfuzu durmadan artır. Əlbəttə ki, bunu təmin edən ən başlıca amil Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş, balanslı xarici siyasətdir. Məhz bu siyasətin sayəsində bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin rolu və önəmi getdikcə artır. Məhz bu uğurlu siyasət Azərbaycanı artıq təkcə regionun deyil, bütün Avrasiya məkanının aparıcı oyunçularından birinə çevirib. Xüsusilə son günlər Ukrayna hadisələri ilə bağlı aparıcı dünya və Avropa dövlətlərinin başçılarının Azərbaycan Prezidenti ilə mütəmadi telefon danışıqları və müzakirələr aparması da bu deyilənlərin bariz sübutudur. Bütün bu baş verənlərin fonunda əlbəttə ki, bu gün Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində təmsil edən deputatlar da daha fəal olmalı, daha effektiv fəaliyyət göstərməlidirlər. Dövlət başçımızın da qeyd etdiyi kimi, o təşkilatlarda ki, Azərbaycana qarşı ikili standartlar, qərəzli yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada daha mübariz olmalıyıq. Beynəlxalq təşkilatların, böyük dövlətlərin qarşısında yox, dövlətimizin, xalqımızın qarşısında yaxşı olmağa çalışmalıyıq. Bütün hallarda biz öz sözümüzü deməyi, qərəzli yanaşmanı ifşa etməyi bacarmalıyıq. Əlbəttə ki, bu baxımdan da bizim üçün ən böyük örnək yenə Ölkə Prezidenti cənab İlham Əliyevdir. Bu gün dünyaya, o cümlədən bizə demokratiyadan dərs vermək istəyənlərin özlərinin törətmədikləri cinayət qalmayıb. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçilərə amansız divan tutulur. Lakin həmin dövlətlərə çox nadir hallarda irad bildirilir. Çünki onlardan asılı olanlar var, çəkinənlər var. Azərbaycan isə, sözün əsl mənasında müstəqil dövlətdir və Azərbaycanın tam müstəqil siyasət yürüdən Prezidenti var. Dövlətimizin başçısı hər zaman ən mötəbər kürsülərdən etdiyi çıxışlarında, verdiyi bəyanatlarda yalnız obyektiv həqiqətləri deyib, ikili standartları, saxta demokratiyanı ifşa edib. Bu gün Milli Məclisin beynəlxalq əlaqələri də məhz belə bir mübarizlik formatına əsaslanaraq inkişaf etməlidir. İstər Avropa Şurasında, istər ATƏT Parlament Assambleyasında, istərsə də bütün digər beynəlxalq təşkilatlarda təmsil olunan deputatlar heç bir kompromisə getməməli, həqiqətlərin təhrif olunmasına yol verməməlidirlər. Yalnız bu yolla biz ölkəmizin mövqelərini daha da gücləndirə biləcəyik”, – deyə Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.

AİA.Az
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov