Finlandiya və İsveç NATO-nun Madriddə keçiriləcək sammitində iştirak edəcək.
“RİA Novosti”i xəbər verir ki, bu barədə məlumatı İspaniyanın Baş naziri Pedro Sançes Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
Onun sözlərinə görə, İspaniya NATO və Avropa İttifaqı üzrə müttəfiqləri üçün qeyri-rəsmi şam yeməyi təşkil edəcək. Sözügedən tədbirdə Qərb ölkələrinin 2030-cu ilə qədər strateji inkişaf konsepsiyası müzakirə ediləcək.
Qeyd edək ki, NATO-nun Madrid şəhərindəki sammiti iyunun sonunda baş tutacaq.
Xatırladaq ki, Finlandiya və İsveç Ukraynadakı hadisələr fonunda NATO-ya üzv olmaqla bağlı müraciətlərini alyansın Baş katibi Yens Stoltenberqə təqdim ediblər.