Xəbər lenti


Aqiyə Naxçıvanlı: O dəhşətli günü nə biz unutduq, nə xocalılar, nə də bu  faciəyə göz yuman ədalətsiz dünya!


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı Oğuz rayonunda məskunlaşmış Xocalı ailələri ilə görüş keçirilmişdir. Şəhidlər xiyabanı qarşısında baş tutan görüşdə deputat Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında geniş danışdı. Əsrin ən amansız qətliamı zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Ən təəccüblüsü budur ki, faciə bəşəriyyətin gözünün qarşısında nümayişkəranə şəkildə baş vermişdir. Bugün dünya dövlətlərinə demokratiyadan, insan haqlarından dərs keçən bəzi dövlətlər isə seyrçi mövqedə dayanmışdılar. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət idi. Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımı haqqında - “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur” – fikrinə əsaslanan dövlət başçısımız cənab İlham Əliyev Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirərək işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olmuşdur. Onun göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir.


Görüşdə çıxış edən Vidadi Həsənov, Qəndab Xəlilova Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad edilməsindən, alınmış ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən ətraflı danışaraq Xocalıya gedəcəkləri günü səbirsizliklə gözlədiklərini bildirmişlər.

Oğuzda məskunlaşan Xocalı ailələri fəaliyyəti dövründə onları yalnız qoymayan deputat Aqiyə Naxçıvanlıya xocalılara göstərdiyi diqqətə, qayğıkeşliyə və göstərdiyi köməkliklərə görə minnətdarlıqlarını bildirmiş, onunla Xocalıda görüşmək arzusunda olduqlarını söyləmişlər.
Tədbirin sonunda deputat tərəfindən təşkil olunmuş ərzaq sovqatları Oğuz rayonunda məskunlaşmış Xocalı ailələrinə təqdim edilmişdir.

AİA.Az


 
Kamaləddin Qafarov:” Xocalı soyqırımı XX əsrin dəhşətli faciəsidir”

“Xocalı faciəsi bəşər tarixində insanlıq əleyhinə törədilən ən amansız soyqırımlarından biridir. Ötən iki əsr ərzində ermənilər Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları zəminində davamlı olaraq xalqımıza qarşı ağır və kütləvi cinayət əməlləri törədiblər. XX əsrin sonunda törədilmiş Xocalı qətliamı sadəcə Azərbaycan xalqına deyil, bütün Türk dünyasına, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Ümummilli Liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətinin açıqlanması, beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlərin görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

Ümummilli Liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1992-ci il fevralın 26-da Xocalıda qalan 3 minə yaxın insandan 613 nəfəri, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə ödürüldü, 1000 nəfər insan aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan bu təxribat və vəhşiliklərə birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək cəmi 44 gün davam edən döyüşlərdə düşmənin 5 ilə işğal etdiyi və 30 ilə yaxın müddət ərzində möhkəmləndiyi torpaqlarımızı geri qaytardı. İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu qələbə ilə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Bu Qələbə ilə Azərbaycan həm də bütün Cənubi Qafqaz regionu ölkələrini və xalqlarını erməni faşizmi kimi böyük bir bəladan qurtardı. Artıq erməni qəsbkarları bu müharibənin nəticələrindən ibrət götürməli və bundan sonra nə əllərini, nə də gözlərini özgəsinin torpaqlarına tərəf yönəltməməli və öz terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər.

Bu gün Xocalı qətliamının dünyanın bir çox ölkələrində tanınması Azərbaycan diplomatiyasının, şəxsən Ölkə Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri nəticəsində mümkün olmuşdur.

Millət vəkili demişdir:”Xocalı qətliamı ilə bağlı həqiqətlərin bütün dünyaya çatdırılması və günahkarların layiqli cəzalandırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hücum diplomatiyası və tarixi siyasət öz nəticələrini verir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Hər il dünyada Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı artır. Lakin bu gün bizim bütün bəşəriyyət qarşısında borcumuz ondan ibarətdir ki, ermənilərin Xocalıda və ümumilikdə 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları bütün ərazilərimizdə törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqda davam edək. Biz bundan sonra da bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik”.

AİA.Az
 
 


“Düşmənin təxribat qüvvələri Kiyevə daxil olub. Paytaxtda öz xalqımla qalıram, ailəm də Ukraynadadır. Məlumat var ki, düşmən məni 1 nömrəli, ailəmi isə 2 nömrəli hədəf seçib”. 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

O, övladlarının da Ukraynada olduğunu bildirib:

“Amma indi haradadırlar - deməyə haqqım yoxdur. Rusiyanın hücumları nəticəsində Ukraynada 137 əsgər həlak olub, 116 əsgər isə yaralanıb. Biz tək qaldıq. Heç kim bizim üçün döyüşmək istəmir. Bizi NATO-ya qəbul etmək istəmirlər, təhlükəsizlik zəmanəti verməkdən qorxurlar. Bu gün 27 Avropa liderindən Ukraynanın NATO-ya üzv olub-olmayacağını soruşdum, birbaşa soruşdum. Hamı qorxur. Cavab vermirlər. Və biz heç nədən qorxmuruq. Biz Rusiyadan qorxmuruq. İndi ölkənin taleyi ordumuzdan və xalqımızdan, sizin müdrikliyinizdən və Ukraynanın bütün dostlarının böyük dəstəyindən asılıdır”.



Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şuranın xüsusi iclası keçirilib.

XİN-dən  verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov video formatda iştirak edib.

Xüsusi iclasda çıxış edən A.Əzimov Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.

Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.

Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.

Mövcud durumda, vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib.

 
Aqiyə Naxçıvanlı: “Moskva Bəyannaməsi Azərbaycanın çoxşaxəli müstəqil xarici siyasət kursunun növbəti təzahürüdür”

“Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür, beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı tətbiq edir. Dövlətimiz xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Əsas prioritet kimi region ölkələri və beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin qurulması, bütün güc mərkəzləri ilə əməkdaşlığın aparılması, heç bir cəbhədə yer almamaq prinsipləri müəyyən edilib. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Eyni zamanda da Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı xüsusi önəm kəsb edir. Öz sərhədlərində təhlükəsiz, mehriban münasibətlər yarada bilən ölkələr beynəlxalq aləmdə mövqelərini daha yaxşı qoruya bilirlər. Bunun Azərbaycanın təcrübəsində müsbət, başqa ölkələrin təcrübəsində mənfi nəticələri də məlumdur.”

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Milli Məclisin deputatı bildirib ki, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir: “Vətən müharibəsində tarixi Zəfər qazanılmasında məhz qonşu ölkələrlə münasibət amili böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?” Əlbəttə ki, bu gün Azərbaycanın əsas müttəfiqi qardaş Türkiyədir. “Bir millət iki dövlət” prinsipinə söykənən bu müttəfiqliyin tarixi kökləri var. 2021-ci ilin 15 iyun tarixində Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı  “Şuşa Bəyannaməsi” bu müttəfiqliyi daha yüksək səviyyəyə qaldırdı. Sənəd hər iki ölkənin parlamentlərində ratifikasiya olunub, dövlət rəhbərləri tərəfindən təsdiqlənib.” 
       
Həmçinin Aqiyə Naxçıvanlı xüsusi olaraq vurğulayıb ki, çoxşaxəli xarici siyasət xəttinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir: “Türk dövlətləri ilə münasibətlərə və milli kimliyinə, kökünə xüsusi önəm verən Azərbaycanın qonşu Gürcüstan və İranla da münasibətləri yüksək səviyyədədir. Bir sözlə Prezident İlham Əliyevin yürütdüyü müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib.”
       
Daha sonra Aqiyə Naxçıvanlı Moskva Bəyannaməsinin əhəmiyyətindən bəhs edərək bunları deyib: “Təbii ki, Azərbaycanın humanitar, mədəni, iqtisadi, siyasi-hərbi və digər sahələrdə yüksək qarşılıqlı tərəfdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvüdən biri olan Rusiyadır. Qeyd olunmalıdır ki, bu əməkdaşlıqda iki ölkə lideri arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri də mühüm rol oynayır.Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni regional nizam formalaşır və bu nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan eynitipli bəyannaməni Rusiya ilə də imzalamaqla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bəyannaməsinin əsas məqsədi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürülmüşdür. Həmçinin Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən,  eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də budur ki, bu sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli , eləcə də 11 yanvar 2021-ci il tarixli  üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Beləliklə,hər iki tərəf Ermənistanla olan münaqişənin bitdiyi realliğı bir daha təsdiq edir və 10 noyabr razılaşmasının müvafiq bəndlərinin yerinə yetirilməyən hissəsinin həyata keçirilməsinin vacibliyini vurgulayır.
       
Heç şübhəsiz Azərbaycan bu bəyannamə ilə geosiyasi toqquşmanların yaşandığı dünyada öz təhlükəsizliyini daha da artırır, ərazi bütövlüyü və suverenliyinin qorunmasında əlavə güc əldə edir.”

AİA.Az

 
Kamaləddin Qafarov: “Moskva Bəyannaməsi  çox mühüm tarixi sənəddir”

“Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu sənədin imzalanması Prezident İlham Əliyevin milli maraqlarımızın qorunması istiqamətində atdığı növbəti vacib və son dərəcə uğurlu addımdır. Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi də xüsusi əhəmiyyət kəsb edən istiqamətdir. Məhz buna görə də Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursunda bu məsələ prioritet kimi müəyyən edilib”.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin müttəfiqliyini daha yüksək səviyyəyə daşıdı. Sənəd hər iki ölkənin parlamentində ratifikasiya olunub, dövlət rəhbərləri tərəfindən təsdiqlənib. Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bəyannamə ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.”

Rusiya ilə əlaqələrimizin tarixi köklərə malik olduğunu vurğulayan millət vəkili belə bir məqamı da xüsusi olaraq qeyd edib ki, Rusiya ilə imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqların tam qəbul edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir: “Rusiya ilə Azərbaycan arasında humanitar, mədəni, iqtisadi, siyasi-hərbi və bütün digər sahələrdə çoxşaxəli əməkdaşlıq əlaqələri qurulub. Əlbəttə ki, bu əməkdaşlıqda iki ölkə lideri arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri də mühüm rol oynayır. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda, əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Ölkəmizdə 15 mindən çox tələbə ali məktəblərin rus dili bölmələrində oxuyur. Rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar.

Digər tərəfdən isə, belə bir məqamı da nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni regional nizam formalaşır və bu nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan eyni tipli bəyannaməni Rusiya ilə də imzalamaqla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, həm də müharibədə əldə etdiyimiz qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bəyannaməsinin əsas postulatı ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər.

K.Qafarovun fikrincə, ən vacib məqamlardan biri də budur ki, Moskva Bəyannaməsində keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu, xüsusilə əhəmiyyətlidir.

AİA.Az


Ukraynada hərbi vəziyyət elan olunub.

 

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Biz hərbi vəziyyət elan edirik”, - deyə V.Zelenski qeyd edib.

Mənbə: RİA Novosti



Ukraynanın müxtəlif şəhərlərində partlayış səsləri eşidilir.

 

Xarkovda fasiləsiz güclü partlayışlar qeydə alınır.

Həmçinin Ukrayna paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.

Partlayışların səsləri Ukraynanın Mariupol, Odessa şəhərlərində də qeydə alınıb.  

Mənbə: CNN

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov