Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.
Azərbaycan Respublikasının
Prezidenti
İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Xatırladaq ki, Azərbaycan
Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidi üçün yeni bina tikilib.