Belarus prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.
verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Səsvermənin nəticəsi seçicilərin güclü və firavan Azərbaycan quruculuğu üçün ardıcıl keçirilmiş siyasətlə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Mən əminəm ki, dövlət başçısının məsul vəzifəsində fəaliyyətiniz ölkənin iqtisadi qüdrətinin və onun beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsini təmin edəcək, dost Belarus-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafını təmin edəcəkdir”.
A.Lukaşenko həmçinin İlham Əliyevə nəzərdə tutulan planların həyata keçirilməsində möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və uğurlar diləyib