Xəbər lenti



Bakı. 9 aprel./ Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda olublar. 

Bu barədə  AMEA-dan məlumat verilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qonaqlara elmi müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, aparılan elmi tədqiqat işləri, burada becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər, elmi nəşrlər və kitablar barədə məlumat verib.



Bakı. 9 aprel./ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə Palatanın əsas icraçısı olduğu, həmçinin digər icraçısı olduğu strateji yol xəritələri ilə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair növbəti iclas keçirilib.bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Strateji Yol Xəritələrinin icrası ilə bağlı müəyyən edilmiş Palatanın daxili Əməliyyat Planında icrası mart ayında tamamlanan və aprel ayında icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Yol Xəritələrinin icrası ilə bağlı yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülmüş işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, mart ayı ərzində icrası tamamlanmış tədbirlər xüsusən maliyyə bazarlarının inkişafı, habelə institusional yeniliklərin edilməsi ilə bağlı olub. Maliyyə bazarlarının inkişafı istiqamətində listinq prosedurlarının optimizasiyası və listinqin stimullaşdırılması işləri aparılıb, sektor nümayəndələri və dövlət qurumları ilə müxtəlif müzakirələr təşkil olunub. İclasda mart ayının 15-də sektorda yeni institutun - Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin qurulduğu və geniş ictimaiyyətin istifadəsinə verildiyi qeyd olunub. Yeni institutun fəaliyyəti ilə bağlı məruzədə Reyestrin fəaliyyətinin ilk günlərindən yüklülüklə bağlı aktivliyin olduğu, habelə reyestrin iş prinsipi üzrə maarifləndirici tədbirlərin görülməsi davam etdirdiyi diqqətə çatdırılıb. Reyestrin fəaliyyətə başlaması maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsinə müsbət töhfə verəcəyi bildirilib.

İclasda, həmçinin növbəti dövrlər üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələr verilib.



Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar namizədlərin seçkiqabağı təşviqat kampaniyası sabah başa çatır.xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, Mərkəzi Seçki Komissiyasında qeydə alınan namizədlərin təşviqatı səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-da saat 08:00-da dayandırılacaq.

Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Seçkiqabağı təşviqat martın 19-da başlayıb. Bu müddət ərzində namizədlər təşviqat üçün qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə edə bilərlər.

Səsvermə günü - aprelin 11-də seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları yığışdırılacaq.



ABŞ Maliyyə Nazirliyi Rusiyanın 38 biznesmeni, rəsmi şəxsi və şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə informasiya nazirliyin rəsmi saytında yer alıb.

Sanksiya tətbiq edilən şəxslərdən adı açıqlananların siyahısını təqdim edirik:

1. Andrey Akimov – “Qazprombank”ın rəhbəri;

2. Vladimir Boqdanov – “Surqutneftqaz”ın rəhbəri;

3. Oleq Deripaska – milyarder;

4. Aleksey Dyumin – Tula vilayətinin qubernatoru, ehtiyatda olan general. Putinin varisi sayılır;

5. Mixail Fradkov – Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri;

6. Sergey Fursenko – iş adamı;

7. Oleq Qovorun – Rusiya prezidentinin MDB, Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq idarəsinin rəisi;

8. Süleyman Kərimov – senator, milyarder;

9. Vladimir Kolokoltsev – Rusiya daxili işlər naziri;

10. Konstantin Kosaçev – Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri;

11. Andrey Kostin – bankir, VTB bankın rəhbəri;

12. Aleksey Miller – “Qazprom”un rəhbəri;

13. Nikolay Patruşev – Təhlükəsizlik Şurasının rəhbəri;

14. Vladislav Reznik – milyonçu, deputat;

15. İqor Rotenberq – biznesmen;

16. Kiril Şamalov – iş adamı, Putinin eks-kürəkəni;

17. Yevgeni Şkolov – Rusiya prezidentinin köməkçisi;

18. Andrey Skoç – milyarder, deputat;

19. Aleksandr Torşin - senator;

20. Vladimir Ustinov – Rusiya prezidentinin Cənub Federal Dairəsindəki nümayəndəsi;

21. Timur Valiulin – polis general-mayoru;

22. Viktor Vekselberq – iş adamı;

23. Aleksandr Jarov - Rusiya Kommunikasiya və İnformasiya Texnologiyalarına Nəzarət Xidməti;

24. Viktor Zolotov – Rusiya Milli Qvardiyasının rəhbəri.




Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan  verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 21 min 973 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 994 milyon 549 min 280 manatdan çox olub.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov