Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü respublikanın “köklü maraqlarına” uyğundur.
bu barədə Armen
Sarkisyan “Belarus 1” telekanalına müsahibəsində ölkədə baş verənlərin Ermənistanın xarici siyasəti, xüsusilə Aİİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı hər hansı bir dəyişiklik riski olması barədə sualı cavablandırarkən deyib.
“Bizim üçün Avrasiya məkanı – dost məkandır. Dost, qardaş ölkələrdir. Bu, yalnız dostluq deyil, həm də Ermənistan üçün böyük bazardır. Ermənistan köklü maraqlarına görə Avrasiya məkanındadır”, - deyə
Sarkisyan vurğulayıb.