Xəbər lenti



"Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında seçki ilə bağlı 1051 material yayımlanıb".

B
unu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

MŞ sədri bildirib ki, media üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini peşəkar şəkildə işıqlandırıb

"Mətbuat Şurası tərəfindən təbliğat xarakterli materialların monitorinqi də aparılıb. 6 telekanalda saat 18:00-dan 01:00-a qədər seçkiqabağı təşviqat kampaniyası aparılıb. Sükut günündə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib. Prezidentliyə namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb. Televiziyalarda prezidentliyə namizədlərlə bağlı, əsasən, müsbət və bitərəf materiallar işıqlandırılıb".

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərib: "Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə 1 müraciət daxil olub. “İnter.az telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb".


“Beynəlxalq” Seçki Müşahidə Missiyasının Prezident seçkiləri ilə bağlı bəyanatı ilə tanış oldum. Avropada bəzi qurumların tərəfdaşları ilə əməkdaşlığı hansı cür başa düşdüyünü yaxşı bildiyim üçün bəyanatın məhz indiki variantda verilməsi məni təəccübləndirmədi”.

B
unu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Facebook” səhifəsində yazıb.

“Hər şeydən əvvəl bu qədər şişirtmək heç düzgün deyil, bu necə beynəlxalq müşahidə missiyası oldu? Birincisi, Seçki Müşahidə Missiyasının (nə üçün özünü beynəlxalq adlandırır, başa düşmək olmur) özünün tərkibindəkilərin böyük hissəsi seçki haqqında müsbət fikirdədir. Bəs demokratiya harada qaldı? İkincisi, seçkini müşahidə edənlərdən – Müşahidə Missiyasından dəfələrlə çoxsaylı və nüfuzuna görə heç də aşağı olmayan digər missiyaları saymamaq (başqa tərəfləri saymamaq bu qurumlarda artıq pis vərdişə çevrilib) və əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr haqqında bəyanat kimi yaymaq (bu da köhnə qaydadır) tərəfdaş ölkənin seçicilərinə və xalqına, onların iradəsinə və seçiminə hörmətsizlikdir.

Əgər Müşahidə Missiyasının bu nümayəndələri hesab edirlərsə ki, bu mövqe milyonlarla seçici tərəfindən qəbul edilər, onlar tam yanılırlar. Belə qərəzli, həqiqətdən uzaq qərar qəbul etməzdən əvvəl, bir az da olsa düşünmək yaxşı olardı” - deyə N. Məmmədov qeyd edib.

Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyevi təbrik edib.

Axar.az xəbər verir ki, M.Mənsimov İlham Əliyevin bu təmiz və şəffaf qələbəsinin Azərbaycan xalqının öz liderinə etimadının nəticəsi olduğunu vurğulayıb.

“Həm Azərbaycanda, həm də xaricdə yaşayan insanlarımız Sizin – Prezidentimizin ətrafında sıx birləşməyimizin vacibliyinin fərqindəyik. Biz ölkəmizdə sabitliyin və sürətli inkişafın təmin olunmasına görə Sizə borcluyuq. Bütün xalqımız kimi, “Palmali” kollektivi də əmindir ki, Sizin həyata keçirdiyiniz düzgün siyasi xətt ancaq bir ali məqsədə – Azərbaycanımızın daha gözəl, daha da qüdrətli olmasına xidmət edir”, - təbrik məktubunda qeyd edilib.

M.Mənsimov sonda qeyd edib ki, bir azərbaycanlı kimi öz prezidentinin yanındadır:

“Biz hər an Sizin yanınızdayıq, bütün tapşırıq və tövsiyələrinizi yerinə yetirməyə hazırıq”.



Vaşinqton S-400-ü Ankaraya tövsiyə etmir və Türkiyəyə alternativ zenit-raket kompleksləri təqdim etməyə hazırdır.

Bu sözləri Pentaqon rəhbəri Ceyms Mattis deyib.

“Hazırda uyğun olmayan raket sistemləri bir bölgəyə gətirilir. Bu da NATO-nun mənafeyinə uyğun gəlmir”, - deyə Mattis bildirib.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşdə S-400-lə bağlı razılığa yekun vurulub və bu zenit-raket komplekslərinin yaxın zamanda Türkiyəyə gətiriləcəyi gözlənilir. ABŞ isə əvvəllər satmadığı "Patriot"u hazırda Türkiyəyə verməyə hazır olduğunu, bunun üçünsə NATO dövləti olan Türkiyənin S-400-dən imtina etməsinin vacibliyini bildirir.



“Azərbaycan xalqını İlham Əliyevin prezident seçilməsi münasibətilə tərbik edirəm".
 xəbər verir ki, bunu Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin müavini Talaybek Masabirov deyib. O, bildirib ki, seçkilərin müşahidəsi zamanı heç bir qanun pozuntusu ilə rastlaşmayıb:

"Dünən məntəqələri gəzdik. Təxminən, 10 məntəqədə olduq. Heç bir məntəqədə pozuntu hallarına rast gəlmədik. Seçicilər üçün yaxşı şərait yaradılmışdı. Bərabərhüquqlu şəkildə səsvermə baş tutdu. Azərbaycan xalqına rifah və çiçəklənmə arzu edirik”.

Qazaxıstan parlamentinin senat üzvü Abdalı Nuralıyev yaxşı seçki atmosferinin olduğunu deyib.

"Bakıda bir neçə seçki məntəqəsində olduq. Hər şey qanunauyğun şəkildə təşkil edilmişdi. Heç bir qanun pozuntusu müşahidə etmədik. Azərbaycan xalqını bu böyük hadisə münasibətilə təbrik edirəm” - deyə A.Nuralıyev vurğulayıb


Aprel ayının 10 günündə respublika üzrə 981 cinayət faktı qeydə alınıb.
 Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, aprel ayının 1-dən 10-dək axtarışda olduğuna görə 317 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Bu müddətdə cinayət törətməkdə şübhəli bilinən 248 nəfər saxlanılıb


Azərbaycan prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Avstraliya İttifaqı parlamentinin nümayəndə heyətini qəbul edib.


Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidi üçün yeni bina tikilib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov