Xəbər lenti



Rusiya sülhməramlıları onlara müvəqqəti olaraq həvalə edilən missiyaya zidd olaraq növbəti dəfə qanunsuz erməni silahlı birləşmələrinin hərbi yüklər daşımasına şərait yaradıblar.
 
AZXEBER.COM minval.az-a istiandən xəbər verir ki, sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Xəlfəli-Qaybalı yolu vasitəsilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələri döyüş mövqelərinə hərbi daşımaları həyata keçirirlər.


“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb.

“Qafqazinfo” Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.eklamınızı SmartBee ilə effektiv edin.

Müvafiq elan mətni ilə bu keçiddən tanış olmaq mümkündür.

Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.



“Bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq”.

Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının üzvü hacı Surxay Məmmədli məlumat verib.

 Hacı Surxay qeyd edib ki, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır: “Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir. Avqustun 17-si Məhərrəm ayı başa çatır və 18-dən Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq”.

Onun sözlərinə görə, həmin gün ölkədə qanvermə aksiyası da keçiriləcək.

Gülnar Əliyeva



Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb.Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.


Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci çağırış yeni tərkibinin ilk iclası başlayıb.

Toplantıya ən yaşlı deputat olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı sədrlik edir.

TBMM-in keçmiş sədri Mustafa Şəntop səlahiyyətlərini Dövlət Bağçalıya təhvil verib.

Yeni spiker seçilənədək qanunverici orqana Dövlət Bağçalı rəhbərlik edəcək.



Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib. 

Mehriban Əliyevanın “Instagram” hesabındakı paylaşımında qeyd edilib:

“Balaca soydaşlarımızı səmimi qəlbdən təbrik edir, bütün balalara möhkəm cansağlığı və xoşbəxt həyat arzulayıram!”

 


023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanışda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib.
 
Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərməsi, eləcə də Ağdam, Tərtər və digər rayonlar istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutması nəticəsində yarana biləcək gərginlik xüsusi vurğulanıb.
 
Müdafiə naziri qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsinin bundan sonra da davam etdirilməsi, eləcə də törədilə biləcək istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmaq barədə konkret tapşırıqlar verib.
 
Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini "parlament”, "prezident”, "nazir”, "deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini bir daha toplanış iştirakçılarının diqqətinə çatdırıb.
 
Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyi qeyd edilib.
 
Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iyunun 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə gələrək təlim-metodiki toplanış ilə bağlı rəhbər heyətin məruzələrini dinləyib.


Ukrayna Müdafiə Nazirliyi Rusiyanın 7 İsgəndər-M və 3 İsgəndər-K tipli qanadlı raketlə Ukraynanın paytaxtı Kiyevə hücum etdiyini, 3 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada 10 raketin havada məhv edildiyi, lakin raketlərin hissələrinin bir mənzil və uşaq xəstəxanasının üzərinə düşdüyü bildirilib.
 
Açıqlamada, "Ruslar ötən gecə 7 İsgəndər-M ballistik raketi və 3 İsgəndər-K qanadlı raketi ilə Kiyevə hücum etdi. Bütün raketlər havada məhv edilib. Təəssüf ki, məhv edilmiş raketlərin parçaları yaşayış binasına və uşaq xəstəxanasına düşüb. Biri uşaq olmaqla 3 mülki şəxs həyatını itirib, 10 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
 
Ayşən


Azərbaycanda iyunun 1-dən daşınmaz əmlakın icbari sığortası ilə bağlı yeni sistem fəaliyyətə başlayacaq. Bu sistemə görə, daşınmaz əmlakın icbari sığortası müqavilələri elektron olacaq. Bildirilir ki, icbari sığorta müqaviləsinin bağlanmadığı təqdirdə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcək.
 
Bununla bağlı iqtisadçı ekspert Eldəniz Əmirov AZXEBER.COM-a açıqlama verib.
 
O, daşınmaz əmlakın İcbari sığortasına birmənalı yanaşmağın doğru olmadığını deyir:
 
"Düşünürəm ki, daşınmaz əmlakın icbari sığortası məcburi olmamalıdır. Daşınmaz əmlakın növündən və yerləşdiyi yerdən asılı olaraq fərqlər qoyulmalıdır.
 
Məsələn, biri dağ kəndində digər evlərdən 1 km uzaqda ev tikib onun sığorta etdirilməsi bu insanın eyni zamanda hüququnun  pozulmasıdır. Bu əmlak mənimdir, sığortalatırda bilərəm, sığortalatdırmaya da. Bəzi hallarda avtomobilləri misal gətirilər, ancaq avtomobilin sığortası üçüncü şəxsə qarşıdır. Bir mənzilin yanması belə başqa birinə zərər verməyəcəksə, onun məcburi şəkildə sığorta olunması doğru deyil. Sıx məskunlaşma zamanı mənzillərin sığortalamasının daha doğru olduğunu hesab edirəm”.
 
İqtisadçı ekspertin sözlərinə görə, təkcə yerləşdiyi yerə görə sığorta haqqının fərqlənməsi deyil, ümumən məcburi sığortanın özünün konteksinə yenidən baxmaq lazımdır:
 
"Ödənilən sığorta haqqı 15 min, 20 min, 25 min manat həcmindədir. Bakı şəhərində bir mənzilin yanması zamanı dəyən xərc, onun sığorta xərci ilə müqayisədə çox azdır. Ona görə də hesab edirəm ki, sığorta məbləğlərinə yenidən baxmağa ehtiyac var. Eyni zamanda mənzillərin yerləşmə yerindən asılı olaraq diferensial yanaşma tətbiq olunmalıdır”.
 
Şəbnəm Zahir


İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Həmçinin oxuyun: С сегодняшнего дня myCard Junior можно приобрести с 50% скидкой!

Moldova Prezidenti Maya Sandu Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

Builki Zirvə toplantısında ümumilikdə 47 ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.

Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.

 

 

 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov