Xəbər lenti



Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Qazax və Ağstafa rayonları ərazisində keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə Qazax rayonunda Daş Salahlı kənd icra nümayəndəsi, Daş Salahlı, Çaylı kənd bələdiyyə sədrləri, Ağstafa rayonu ərazisində isə rayon və Zəlimxan kənd bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



Litvanın paytaxtı Vilnüs şəhərində NATO-nun sammiti kecirilib.

Bakıvaxtı.az xəbər verir ki, NATO dövlətlərinin liderləri Şimali Atlantika Alyansının qarşısında duran ən aktual vəzifələri həll etmək üçün bir araya gəlib.

NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, bu sammit müzakirə olunacaq bir çox məsələlərlə bağlı tarixi toplantıdır. Bura İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər daxildir.

“Sammitdə Ukraynaya gələcək dəstək barədə də qərarlar qəbul ediləcək, biz ona əlavə hərbi dəstək göstərməyi öhdəmizə götürürük”, - sammiti giriş sözü ilə açan Y.Stoltenberq deyib.

 



Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir. ​​

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilmişdir.

Məlum olmuşdur ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşmişdir.

Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.



Prezident İlham Əliyev Mirsaleh Seyidovla bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Qeyd edək ki, o bu vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi idi.



“Məlum olduğu kimi, son günlər Fransada bir gənc öldürüldü, İsveçdə isə Quran yandırıldı. Dünən Qoşulmama Hərəkatının Nazirlər Toplantısında Prezident İlham Əliyev bu məsələlərə də toxundu”.

Deputat qeyd edib ki, dünyada islamofobiya artır və bu işin başında Fransa durur: “Özünü demokratiyanın beşiyi sayan bu ölkədə Əlcəzairdə ölən insanların sümükləri muzeylərdə nümayiş etdirilir. Bir tərəfdə isə Azərbaycan nümunəsi var. İnsanlar bütün dinləri azad yaşayır. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar tikilir. Bu gün məlum olur ki, Qafqaza sülhün gəlməsinə mane olan əsas ölkə Fransadır. Fransa Paşinyanı loyallıqda qınayır. Bu ölkə Azərabycanın daxili işlərinə qarışmamalıdır”.

Zaur Mirzə



“Yaxın günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə görüşüm olacaq”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O, həmçinin Ermənistanın Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açmağa hazır olduğunu əlavə edib.

Mənbə: Erməni KİV



“Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib.

“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməlidir.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.

Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-nin hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk.

Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-nin səylərini yüksək qiymətləndiririk.

Hörmətli cənab Prezident, bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-lə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Fürsətdən istifadə edərək bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim rifah diləyirəm”.



“Afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur”.

 “Qafqazinfo” xəbər verir ki, bunu Sputnik Azərbaycan-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, 5.7 bal gücündə olan zəlzələ afterşoklarla davam edəcək.



Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinə və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Bakıvaxtı.az-a DİN-dən  bildirilib.

Verilən məlumata görə, saxlanılan şəxslərdən 33 kiloqram narkotik vasitə, 2 tapança, 2 avtomat silah, 1 ov tüfəngi, 47 ədəd patron və 3 ədəd patron darağı aşkar edilib. Əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Vaqif Novruzov və İsmayıl Piriyev, habelə Şirvan şəhər sakini Ülvi İbrahimov saxlanılıblar. Onlardan ümumilikdə 33 kiloqram narkotik vasitə, o cümlədən, 17 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 16 kiloqram heroin aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, Vaqif Novruzov, İsmayıl Piriyev və Ülvi İbrahimov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Baş İdarə əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Balakən, Qusar, Sabirabad və Xaçmaz rayonlarında həyata keçirilən əməliyyatlar zamanı qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslər - Teymur Nərimanov, Samir Şəkiliyev, Emin Bağıyev, Bəyanət Əsgərov və Eldəniz Fərzəliyev saxlanılıblar. Nəticədə Teymur Nərimanovdan 1 ədəd “Minta-37” markalı tapança, 1 ədəd patron, 1 ədəd patron darağı, Samir Şəkiliyevdən 1 ədəd “Naqan” markalı tapança, Emin Bağıyevdən “AKS-74” markalı avtomat silah, 1 ədəd patron darağı, 27 ədəd patron Bəyanət Əsgərovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş "TOZ” markalı ov tüfəngi, Eldəniz Fərzəliyevdən isə “ Kalaşnikov” markalı avtomat, 19 ədəd patron və 1 sandıqça aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov