Xəbər lenti

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_AAAAA.jpg

 






SOCAR “Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudovla Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev mühüm məqamları media nümayəndələrinin diqqətinə çatdırıblar.


İlkin Behbudov Dövlət Proqramlarının icrası olaraq respublika ərazisində yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə geniş miqyaslı qazlaşdırma işlərindən söz açıb. Şöbə rəisi qeyd edib ki, Birlik tərəfindən 2023-cü ilin 9 ayı ərzində 323 km yeni qaz kəmərləri çəkilərək təmir proqramı çərçivəsində 229 km uzunluğunda qaz kəməri əsaslı təmir edilib. İlkin Behbudov digər bir məqama qazdan təhlükəsiz istifadə qaydalarına da toxunub. O qeyd edib ki, təyinatından asılı olmayaraq bütün obyektlərin və yaşayış evlərinin qazlaşdırılması üçün tərtib edilən layihə-smeta sənədlərində qaz sızmasını aşkar edən detektorlar nəzərdə tutulub və onun quraşdırılmasına ciddi nəzarət olunur. Yeni qazlaşdırılan obyektlər və yaşayış evlərində elektromaqnit qapaqla əlaqələndirilmiş bu detektorlar quraşdırılmadan qazın verilişi təmin edilmir. Detektorların quraşdırılması yalnız yeni tikililərə deyil, həm də köhnə tikililərə şamil edilir.
Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev çıxışında Şikayətlərin araşdırılması şöbəsinə cari ilin 10 ayı ərzində daxil olan müraciətlərin sayını açıqlayıb. Qurum rəsmisi bu rəqəmin 9831 olduğunu qeyd edərək ötən ilin anoloji dövrü ilə müqayisədə azaldığını bildirib. İbrahim Kərbalayev müraciətlərin əsasən debitor borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması kimi məsələlərlə bağlı olduğunu vurğulayıb.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_AAAAA1.jpg

b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_AAAAAA2.jpg
 
06 May 2025 Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır
05 May 2025 Prezident və xanımı Patriarx Kirill ilə görüşdü
05 May 2025 Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
02 May 2025 SON DƏQİQƏ: Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
01 May 2025 Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
30 Aprel 2025 Prezident Qusarda
29 Aprel 2025 Azərbaycan-İran strateji tərəfdaşlığı: Yeni səviyyədə əməkdaşlıq və dostluq mesajı
29 Aprel 2025 Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
29 Aprel 2025 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
29 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
29 Aprel 2025 İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var - AÇIQLAMA
25 Aprel 2025 DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
23 Aprel 2025 İstanbulda 6 ballıq zəlzələ oldu
23 Aprel 2025 Çinlə vizasız səfər edəcəyik
23 Aprel 2025 İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB
22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq
22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar
21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov