Xəbər lenti

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
Agentliyin konfrans zalında təşkil olunan tədbirdə tikinti şirkətlərinin təmsilçiləri, həmçinin dövlət qurumlarının nümayəndələri, ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, jurnalistlər və digər maraqlı tərəflər iştirak edib.
Görüşdə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən istismar müddətini başa vurmuş 1 nömrəli, Kimyaçılar yaşayış massivində yerləşən 3 nömrəli və 2-ci mkr. ərazisində yerləşən 13 nömrəli yataqxana binalarının söküntü layihələri, “Xalq City” MTK tərəfindən Xırdalan şəhəri Bakı-Sumqayıt şossesinin qərb tərəfində yerləşən torpaq sahəsində 4 mərtəbəli qeyri-yaşayış binasının inşası layihəsi, “Hünər Sumqayıt-10” MTK tərəfindən Sumqayıt şəhəri, 10 mkr, Babək küçəsi 52 ünvanında olan yaşayış kompleksi ərazisində yeraltı qarajın tikintisi layihəsi və “Şərur” MTK tərəfindən Xırdalan şəhəri ərazisində 2.0687 ha torpaq sahəsində layihələndirilən 7 binadan ibarət çoxmərtəbəli yaşayış kompleksinin tikinti layihəsi üzrə yaşıllıqların götürülməsi və mühafizəsi ilə bağlı müzakirələr aparılıb.
İctimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub, ictimaiyyət üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunması müzakirə olunub və yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.
Agentlik rəsmiləri tərəfindən bildirilib ki, layihələrə ekspertiza rəyi verilən zaman ekoloji normalara riayət olunması, ətraf mühitin mühafizəsi, mövcud yaşıllıqların qorunması və daha da artırılması əsas götürülür.
Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə sahibkarlar və ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.

Bizimaz.az 
 
 
 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov