Xəbər lenti



sveç hökuməti Stokholmun əsas məscidi yaxınlığında Quranın yandırılmasını pisləyib, onu islamofob akt adlandırıb.

“Qafqazinfo” AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-i bəyanat yayıb.

“İsveç hökuməti İsveçdəki nümayişlərdə fərdlər tərəfindən edilən islamofob aktlar müsəlmanlar üçün təhqiramiz ola biləcəyini tamamilə başa düşür”, - bəyanatda qeyd olunub.

“İsveç hökumətinin fikirlərini heç bir şəkildə əks etdirməyən bu hərəkətləri qətiyyətlə pisləyirik”, - XİN-dən bildirilib.

Xarici İşlər Nazirliyinin bəyanatı Səudiyyə Ərəbistanında yerləşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv ölkəsini Quranın təhqirinə qarşı hərəkətə keçməyə çağırmasından sonra verilib.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.



Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunları bu gün başa çatır.

Yarışda Azərbaycan milli komandası 14 idman növü üzrə 101 idmançı ilə təmsil olunur. 

Bu günə qədər Azərbaycan komandası ümumilikdə 9 medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 6-ı isə bürüncdür. 

Əvvəlki günlə müqayisədə milli komandamız medal sıralamasında 4 pillə geriləyib və hazırda 29-cu yerdə qərarlaşıb.

Siyahıya 90 medalla (28 qızıl, 24 gümüş, 38 bürünc) yenə İtaliya başçılıq edir. İspaniya 53 medalla (20 qızıl, 14 gümüş, 19 bürünc) 2-ci, Ukrayna 39 medalla (20 qızıl, 11 gümüş, 8 bürünc) 3-cüdür.



Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Qafqazinfo" xəbər verir ki, sənədə əsasən, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

“Azərbaycan Bayrağı” ordeni ilə

Hüseynov Münasib Asif oğlu – baş leytenant

Qocayev Aqil Bərşad oğlu – baş leytenant

Vəliyev Fərid Azər oğlu – baş leytenant

Usublu İslam Ələddin oğlu – baş gizir

3-cü dərəcəli “Rəşadət” ordeni ilə

Məmmədov Vüqar Zahid oğlu – mayor

Rzayev Orxan Ənvər oğlu – baş leytenant

Hüseynəliyev Elvin Fazil oğlu – leytenant

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Babaşov Nəsimi Məhərrəm oğlu – polkovnik

İsmayılov Füzuli Qəzənfər oğlu – polkovnik

Fərmanov Eldar Akif oğlu – mayor

Əhmədov Gülağa Əli oğlu – kapitan

Səlimov Fərhad Mehman oğlu – kapitan

Səmədli Səməd Bəxtiyar oğlu – leytenant

Süleymanov Cavid Fəhrad oğlu – gizir

Mollayev Elçin Zaur oğlu – kiçik çavuş

Doşanov Nurlan Arif oğlu – əsgər

“Vətən uğrunda” medalı ilə

Əliyev Elçin Nəriman oğlu – ədliyyə polkovniki

Əmirov Mahmud Səməd oğlu – polkovnik

Abdullayev Azər Üzeir oğlu – polkovnik-leytenant

Ayvazov Sahib Sabir oğlu – polkovnik-leytenant

Babayev Saqi Elxan oğlu – polkovnik-leytenant

Hüseynov Bayram Habil oğlu – mayor

Abdullayev Ramazan Səfəralı oğlu – kapitan

Ağayev Gülməmməd Elşən oğlu – kapitan

Cavadlı Kamal Xaləddin oğlu – baş leytenant

Əkbərov Ceyhun İman oğlu – baş leytenant

Əlibəyli Şəhriyar Ramiz oğlu – baş leytenant (ölümündən sonra)

Əzimli Calal Səlim oğlu – baş leytenant

Hüseyinov Elvin Laçın oğlu – baş leytenant

Hüseynov Kamran Namiz oğlu – baş leytenant (ölümündən sonra)

Novruzov Musa Cəmşid oğlu – baş leytenant

Əliyev Babək Əsgər oğlu – leytenant (ölümündən sonra)

Məmmədov Əyyub Vəliəddin oğlu – leytenant

Vəlizadə İbrahim Səməd oğlu – leytenant (ölümündən sonra)

Cahangirov Tural Qələmhüseyn oğlu – kiçik leytenant

Həsənov Elşad Qabil oğlu – gizir (ölümündən sonra)

Məhərrəmov Vasif Üzeyir oğlu – gizir (ölümündən sonra)

Zalov Vidadi Nizami oğlu – gizir (ölümündən sonra)

Tağıyev Səbuhi Gündüz oğlu – çavuş (ölümündən sonra)

Cabbarov Marlen Zeynulla oğlu – kiçik çavuş

İsmayılov Nicat Bəhruz oğlu – kiçik çavuş

Ramazanov Elxan Elmaroviç – kiçik çavuş

Bayramov İlkin Bayram oğlu – əsgər (ölümündən sonra)

Cavadov Rəşad Fərzəli oğlu – əsgər (ölümündən sonra)

Həmzəyev Əfqan Bəhman oğlu – əsgər (ölümündən sonra)

Hüseynov Eşqin Cəmil oğlu – əsgər (ölümündən sonra)

Qədirli Elnur Rəcəb oğlu – əsgər (ölümündən sonra)

Mehdiyev Asim Yaqub oğlu – əsgər (ölümündən sonra)

Nəzərov Ayaz Azər oğlu – əsgər (ölümündən sonra)

Salamov Qorxmaz Bayram oğlu – əsgər (ölümündən sonra)

“İgidliyə görə” medalı ilə

Cavadov Fəxrəddin Nizam oğlu – polkovnik

Hacıbalayev Rahib Süleyman oğlu – mayor

Həsənov Hüseyn Həsən oğlu – kapitan

İsgəndərov Səxavət Qazıbəy oğlu – kapitan

Allahverdiyev Əhliman Kamran oğlu – baş leytenant

Məmmədov Araz Şəmsəddin oğlu – baş leytenant

Məmmədzadə Taleh Səxavət oğlu – baş leytenant

Muradov Əbubəkir Məhərrəm oğlu – baş leytenant

Mirzəyev Davud Mehti oğlu – leytenant

Bəkirov Rafiq Səlim oğlu – kiçik leytenant

Ağayev Fərid Səid oğlu – baş gizir

Mustafayev Taryel Vəli oğlu – baş gizir

Abdullayev Elfaq Vəzir oğlu – gizir

Abıyev Hacağa Əli oğlu – gizir

Axundov Əbülfəz Nüsrət oğlu – gizir

 
 
 
 
 
 

 

Ədilov Əhsən Ağasimayıl oğlu – gizir

Novruzlu Mustafa Namiq oğlu – gizir

Əhmədov Xəzri Vaqif oğlu – kiçik çavuş

Hüseynov Rahib Rabil oğlu – kiçik çavuş

Abakarov Murad Rəşid oğlu – əsgər

Abdullayev Rövşən Fariz oğlu – əsgər

Hüseynov Xəyal Həsənağa oğlu – əsgər

“Cəsur döyüşçü” medalı ilə

Əkbərov Aqil Fayəddin oğlu – mayor

Bünyatov İsmayıl Qəhraman oğlu – leytenant

Ağayev Elvin Bəylər oğlu – gizir

Bəşirli Sənan Nazim oğlu – gizir

Əhmədli Cavid Bağış oğlu – gizir

Əliyev Ceyhun Fazil oğlu – gizir

Gülmalıyev Loğman Bəxtiyar oğlu – gizir

Qəhrəmanov Rəşad Yaşar oğlu – gizir

Fərhadov İmran Həbib oğlu – çavuş

Həsənov Tural Qabil oğlu – çavuş

Alıyev Vüsal Yusif oğlu – kiçik çavuş

Əliyev Səbuhi Vahid oğlu – kiçik çavuş

Əlizadə Əli Rahib oğlu – kiçik çavuş

Nuri Nemət Şahbaz oğlu – kiçik çavuş

Rzayev Oruc Ənvər oğlu – kiçik çavuş

Zəkəryəyev Səyyad Ülfət oğlu – kiçik çavuş

Baloğlanov Orxan Mehman oğlu – əsgər

Həbibov Kamran Mütəllim oğlu – əsgər

İsayev Murad Mövlüd oğlu – əsgər

Yusifov Yusif Sübhi oğlu – əsgər

“Döyüşdə fərqlənməyə görə” medalı ilə

Ağayev Babək Bəybala oğlu – mayor

Şükürov Vüqar Fikrət oğlu – mayor

Baxşalıyev Samir Vahid oğlu – kapitan

Qafarov Hilal Malik oğlu – kapitan

Bədəlov Aqşin Şahin oğlu – baş leytenant

Zöhrabov Namiq Əskər oğlu – baş leytenant

Kərimov Fazil Baxış oğlu – baş gizir

Məmmədov Səxavət Tərlan oğlu – baş gizir

Hüseynov Nəriman Məzahir oğlu – gizir

Nagıyev Elsevər Şahvələd oğlu – gizir

Zamanov Ərşad Müslüm oğlu – gizir

Əmənov Cəmşid Cəbrayıl oğlu – kiçik çavuş

Babayev Fəzail Atamoğlan oğlu – əsgər

Əhmədov Qismət Baləhməd oğlu – əsgər

Qasımov Afyəddin Hidayət oğlu – əsgər

Vəliyev Tuqay Nurəddin oğlu – əsgər

Zeynalov Eşqin Ehtibar oğlu – əsgər

“Suqovuşanın azad olunmasına görə” medalı ilə

Salamov Qorxmaz Bayram oğlu – əsgər (ölümündən sonra)

“Xocavəndin azad olunmasına görə” medalı ilə

Qədirli Elnur Rəcəb oğlu – əsgər (ölümündən sonra)

Mehdiyev Asim Yaqub oğlu – əsgər (ölümündən sonra)

“Kəlbəcərin azad olunmasına görə” medalı ilə

Vəlizadə İbrahim Səməd oğlu – leytenant (ölümündən sonra)

“Hərbi xidmətlərə görə” medalı ilə

Əhmədov Bahadır Allahverdi oğlu – tibb xidməti polkovniki

Həziyev Samir Mətləb oğlu – polkovnik

İsmayılov Arif Aslan oğlu – tibb xidməti polkovnik-leytenantı

Nəsibov İlqar Kamil oğlu – polkovnik-leytenant

Şükürlü Mətin Əliisa oğlu – polkovnik-leytenant

Rəhimov Hüseyn Ağasən oğlu – mayor

Hacıyev Hacı Firidun oğlu – baş leytenant

Müseyibov Rafiq Əzim oğlu – leytenant

Süleymanov Ülvi İldırım oğlu – leytenant

Süleymanov Nurlan Sabir oğlu – gizir

Şahverdiyev Seymur Cəmil oğlu – gizir

Yariyev Məhəddin Abdulla oğlu – gizir

Abdullayev İlyas Seyran oğlu – kiçik çavuş

Dibirov Ramazan Ramiloviç – kiçik çavuş

Səlimov Ramiz Mübariz oğlu – kiçik çavuş

Mustafayev Ramiz Bağman oğlu – əsgər (ölümündən sonra)

Ramazanov Ramazan Ramazan oğlu – əsgər

Şərifli Şərif Seymur oğlu – əsgər.



Bu gün Baş nazir Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilkin hesabat iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində aparılmış monitorinqlərin və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin ilkin nəticələri barədə Baş nazirə məruzə etdi. 

Bildirildi ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Vurğulandı ki, ərazidə fəaliyyət göstərən şirkətin imzalanmış sazişə əsasən öz üzərinə götürdüyü və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədində əks olunmuş su, torpaq və atmosfer havası üzrə keyfiyyət standartlarına, həmçinin bütün digər ekoloji normalara tam riayət etməsi tələb olunur. 

İclasda, aparılmış monitorinqlərin ilkin nəticələri, həmçinin Komissiya qarşısında duran vəzifələr müzakirə edildi.  

Baş nazir sakinlərin sağlamlığının və ətraf mühitin qorunması ilə bağlı vətəndaşların müraciətlərinin ən ciddi şəkildə araşdırılması və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlar verdi. 

Söyüdlü kəndində aparılan monitorinqlərin və qiymətləndirmənin yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 

 
 


Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın.

Bakıvaxtı.az xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

“Ulu Öndərin doğum günündə, 100 illiyində mən Şuşada idim. Mən atamın doğum gününü Şuşada qeyd etmişəm və hesab edirəm ki, bu addımda böyük məna var. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür”, - deyə dövlətimizin başçısı qeyd edib.



Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm daha çox Ermənistana lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı səsləndirib.

“Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Biz öz torpağımızda müharibə aparmışıq, bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.



Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.



“Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər”.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı qeyd edib.

Müdafiə Nazirliyinin dəniz piyadalarının sayının bir neçə dəfə artırıldığını və bu artımın davam etdiyini vurğulayan dövlətimizin başçısı deyib:

“Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb”.

Prezident qeyd edib ki, bu böyük qüvvə ərazimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi, təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi məqsədi güdür.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov