Bu gün BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşündə iştirak edən dövlət və hökumət basçılarının şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi nahar verilib.
“Bizimaz.az ” xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezidentlər Dağüstü parkda da olublar, Bakının mənzərəsi fonunda şəkil çəkdiriblər.