Xəbər lenti



Azərbaycan Prezidenti İlham Əliyev Ramil Usubovla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi olan R.Usubovun dekabrın 22-də 75 yaşı tamam olub.



Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.

Səfər çərçivəsində bir neçə vacib təməlqoyma və açılış mərasimləri baş tutub.

Belə ki, onlar 3 kəndin və Ağdam şəhər Mərkəzi parkının təməlqoyma mərasimində iştirak ediblər.

Eyni zamanda, Prezident və xanımı “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar. Həmçinin, Bərdə-Ağdam avtomobil yolu, “Azərenerji”nin Ağdam Qovşaq Yarımstansiyası, Xaçınçay su anbarı təmir-bərpadan sonra istifadəyə verilib. 

Bu gün baş tutan sözügedən səfərdə maraqlı görüntülər də lentə alınıb. Həmin fotoları təqdim edirik:

 

 








 

Kamaləddin Qafarov: “COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi  hadisə olacaq”

“Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi yüksək nailiyyətlərin sayı və önəmi artmaqda davam edir. Bir neçə gün bundan öncə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gələn il ölkəmizdə keçirilməsi barədə qərar qəbul edilib. Bütün dünya ölkələrinin yekdil rəyi ilə qəbul edilmiş bu qərar dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmət və etimadın növbəti nümayişidir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, ölkəmizə qarşı bu münasibət, ilk növbədə, cənab Prezident İlham Əliyevin uzun illər boyu həyata keçirdiyi gərgin fəaliyyəti, hər zaman nümayiş etdirdiyi prinsipial mövqeyi və yürütdüyü müstəqil siyasəti sayəsində formalaşmışdır.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi müşavirənin keçirilməsi COP29-un gələn il Azərbaycanda keçirilməsinin ölkəmiz üçün müstəsna siyasi əhəmiyyət kəsb etdiyindən xəbər verir. Məlumdur ki, ölkəmizin bu ilin sentyabr ayında uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra bəzi Qərb dövlətləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Bu ittihamlar qərəzli xarakter daşıyır və onların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək suverenliyini bərpa etmişdir. Prezident İlham Əliyev COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə bağlı dekabrın 15-də keçirdiyi müşavirədə bu məsələyə də toxunaraq dünya ölkələri tərəfindən antiterror tədbirlərdən cəmi iki ay yarım sonra belə bir qərarın qəbul olunmasını mühüm siyasi əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirmişdir. Bu qərar əlbəttə ki, bütün dünya ictimaiyyətinin Azərbaycana dəstəyinin bariz ifadəsidir. Hətta Ermənistanın belə artıq yaranmış reallıqlarla barışdığı halda, Fransanın öz destruktiv mövqeyini ortaya qoyması, bu ölkənin bəzi siyasi liderlərinin ermənilərdən daha çox erməni olmağa çalışmaları anlamına gəlir. Lakin Prezident İlham Əliyevin dediyi kimi, beynəlxalq birlik heç də 30-40 ölkədən ibarət deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərdilər.”

K.Qafarov COP29-un öz tarixi ərzində ölkəmizdə keçiriləcək ən böyük beynəlxalq tədbir olduğunu vurğulayaraq deyib: “Azərbaycan bu günə qədər bir çox mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. O cümlədən, bu il ölkəmizdə Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə keçirildi. COP29 bu tədbirlərdən həm əhəmiyyətinə, həm də miqyasına görə çox fərqli olacaq. Cənab Prezident, müəyyən ehtimallara görə, tədbirdə təqribən 70-80 min xarici qonağın iştirak etmək üçün ölkəmizə səfər edəcəklərini bildirdi. Ən mühüm məqamlardan biri də budur ki, aparıcı neft-qaz ölkələrindən biri kimi tanınan Azərbaycan bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, “yaşıl enerji” növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin əsas prioritetlərindən biridir” .
 
 


İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, azad edilmiş ərazilərdəki məntəqələrin fəaliyyəti üçün lazımı şərait yaradılacaq.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb



Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasına Prezidentliyininə namizədliyi təsdiq edilib.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
Kamaləddin Qafarov: “Regional inteqrasiya dayanıqlı sülhə və dinamik inkişafa xidmət edə bilər”

“Regionun şəriksiz lider ölkəsi olmaqla yanaşı, Azərbaycan həm də üç il bundan əvvəl apardığı Vətən müharibəsində tarixi Qələbə əldə etməklə yeni regional geosiyasi reallıqların müəllifinə çevrilib. Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu da həm Cənubi Qafqazda, həm də ümumilikdə Avrasiya məkanında baş verən hadisələrlə bağlı Azərbaycanın mövqeyinin böyük önəm kəsb etdiyini bir daha nümayiş etdirdi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Cənubi Qafqazda regional inteqrasiyanın mümkünlüyü və bu məsələnin reallaşmasında rəsmi Bakının rolu Avropa ictimaiyyətini maraqlandıran məqamlardan biri kimi önə çəkilmişdi: “İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan regional reinteqrasiya təşəbbüsü ilə artıq Vətən müharibəsi başa çatdıqdan az müddət sonra çıxış etmişdir. Təbii ki, bu təşəbbüs ilk növbədə Cənubi Qafqazda sülhün və dayanıqlı inkişafa töhfədir. Eyni zamanda , üç region ölkəsinin öz aralarında bütün məsələləri həll etmələri kənar qüvvələrin regiona müdaxilə imkanlarını daha çox məhdudlaşdırar. Bu məsələ barədə açıqlama verən cənab Prezident İlham Əliyev bildirdi ki, hazırda Cənubi Qafqazda ən azı məsləhətləşmələr səviyyəsində prosesə başlamaq imkanı mövcuddur. Hətta dövlət başçısı ilk məsləhətləşmələrin bu yaxınlarda Gürcüstanda keçirilən beynəlxalq bir tədbir çərçivəsində Cənubi Qafqazın üç ölkəsinin - Ermənistanın, Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin görüşü zamanı baş tutduğunu da diqqətə çatdırdı. Qeyd olundu ki, bu əməkdaşlıq çox praktiki səmərə verə bilər. Çünki son 30 illik müstəqillik dövründə Gürcüstanın və Azərbaycanın inkişafı hər iki ölkənin inteqrasiya səviyyəsini, hər iki ölkədə ümumi qarşılıqlı və faydalı layihələrin həyata keçirilməsini və hər iki ölkənin ayrı-ayrılıqda hərəkət etmək əvəzinə, birlikdə Avropa üçün necə daha vacib olmasını göstərir. Əgər sülh müqaviləsi imzalanarsa, artıq mövcud olan bu layihələrə Ermənistan da qoşula bilər. Ermənistanın bu əməkdaşlığa nə kimi töhfə verəcəyi məsələsi isə açıq qalmaqdadır. Çünki o, yalnız hüquqlara malik olmamalı, habelə məsuliyyət daşımalıdır. Ermənistan baş verən inteqrasiya prosesinin bir hissəsi olmaq istəyirsə, bunda niyyəti olduğunu nümayiş etdirməlidir.”

K.Qafarov Qarabağda 30 illik işğalın yan təsirlərindən biri olan ekoloji ziyanla bağlı səsləndirilən sualların aktuallığını qeyd edib: “Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu ərazilərə səfər etmək imkanı əldə edən beynəlxalq ictimaiyyətin təmsilçiləri ermənilərin həmin ərazilərdə törətdikləri vəhşiliklərin acı nəticələrini öz gözləri ilə gördülər. Artıq beynəlxalq səviyyədə etiraf olunur ki, Ermənistan Azərbaycanın ekologiyasına da misli görünməmiş miqyasda ziyan vurmuşdur. Bu mövzuda Forum iştirakçılarını məlumatlandıran Prezident İlham Əliyev bildirdi ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən, xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı hüquqi prosedurlar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Azərbaycan təbii sərvətlərini qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparır. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müəyyən olunub ki, Kəlbəcər, Laçın və Zəngilan meşələrinə daha çox ziyan dəyib. 60 min hektardan çox ərazidə ağaclar kəsilib. Bunu həmin ərazilərin əvvəlki və sonrakı vəziyyətini əks etdirən peyk şəkilləri, habelə fiziki monitorinqə əsaslanan təhlil də göstərir. Azərbaycan bu məsələləri xüsusi diqqətdə saxlayır və ölkəmizə qarşı eko-cinayətlər törədən şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları məqsədilə bütün tədbirlər görüləcək” .



“Azərbaycanın qlobal emissiyalarda payı çox cüzidir. Bu göstərici cəmi 0.15 faizdir”.

APA BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində Dünya İqlim fəaliyyəti sammiti çərçivəsində jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, beynəlxalq səylərə dəstək üçün Azərbaycan konvensiyanın katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib:

“Belə ki, Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb", - deyə o qeyd edib.

Nazir müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin karbon neytrallığı zonası yaradılması planlaşdırılıb:

“İqlim dəyişmələrinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir”.

Umayra Tağıyeva deyib ki, 2023-cü il ərzində 2 milyon müxtəlif cinsli ağac əkilib:

“İlin sonuna qədər bu rəqəmin 3 milyona çatıdırılması planlaşdırılır. Bu, gələcəkdə Azərbaycanın karbon emissiyalarının azaldılmasında böyük töhfə olacaq”.

“Azərbaycan iqlim dəyişmələrinə həssas yanaşan ölkələrdəndir. Son illərin statistik məlumatlarının təhlili göstərir ki, Azərbaycanın iqlim dəyişmələrinə həssaslıq indeksi artır", - deyə o əlavə edib.

Umayra Tağıyeva deyib ki, bu, tək Azərbaycan üçün səciyyəvi olmasa da, bütün dünyada təbii fəlakətlər artmaqdadır:

"Buna görə ölkələrin qarşısında duran digər əhəmiyyətli bir vəzifə də ölkələrdə erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 2027-ci ilə qədər "Erkən xəbərdarlıq hər kəs üçün" təşəbbüsü irəli sürülüb. Bu sahədə Azərbaycanda da dövlət investisiyaları çərçivəsində əhəmiyyətli işlər görülür. Hidrometeoroloji müşahidə şəbəkəsi ən yeni müşahidə sistemləri ilə təchiz olunur və erkən xəbərdarlıq sisteminin regional xarakter alması Azərbaycanın məqsədlərindən biridir".

Zümrüd Paşkin

Aləmdə Nəsib



Daxili İşlər Nazirliyi (DİN) qanunsuz saxlanılan odlu silahlarla bağlı vətəndaşlara çağırış edib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2023-cü ilin yanvar-noyabr ayları ərzində 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verili

Könüllü təhvil verilən silahlardan 24 avtomat, 8 tapança, 502 ov tüfəngi olub.

"Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik", DİN-in məlumatında deyilir.



“Qarabağ” Avropa Liqası qrup mərhələsinin 5-ci turunda səfərdə “Molde” ilə 2:2 hesablı heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox uğurlu nəticə oldu. Oyunun gedişatına baxsaq, belədir. Daha yaxşısını gözləyirdim. Fikirləşirdim ki, o qədər çətinliyimiz olmaz, meydanaçaya daha tez uyğunlaşarıq. Amma havaya, meydançaya tam uyğunlaşa bilmədik. Demişdim ki, çətinliklərə dözmək lazım olacaq. Futbolçular bunu bacardı.Sonda da gedişatı dəyişdillər, çox vacib xal oldu. Bir oyunumuz qaldı. Bakıdakı matça daha yaxşı hazırlaşmağa çalışacağıq. Bu bir xalın bizə faydası çox oldu. Amma arxayınlşamaq olmaz. Bakıda daha diqqətli olmalıyıq. Daha istəkli olmaq lazımdır. Futbolçulara təşəkükr edirəmki, bütün çətinliklərə baxmayaraq, inamlarını itirmədilər.

- Məcburi əvəzetmələr olmasaydı, qalib gələ bilərdiz?

- Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə bəziləri bir az gözlənilməz oldu. Amma ümumən rəqib çox keyfiyyətlidir. "Molde"yə qiymət vermək lazımdır. Öz oyun sistemini, fəlsəfəsini meydanda çox yaxşı icra edirlər. Sistemə elə uyğunlaşıblar ki, hamı bilir nə edəcək. Çox epizodlarda diqqətli olub qarşısını aldıq. İlk hissədə oyun quruculuğunda dəyişiklik etmişdik. Müdafiədə ilk yarının son 15 dəqiqəsində rəqibi düzgün bağlaya bilmədik. İkinci yarıda daha diqqətli olduq, daha rahat bunu etdik. Sadəcə sonda biz qol vurmalıydıq, rəqib vurdu. Əvəzetmədən oyuna girənlər özlərini pis tərəfdən göstərmədilər. Düzdür, balans bir az pozuldu. Amma daha aqressiv oldular.

- 90+5-ci dəqiqədə gələn qol yeni tarix üçün tam dönüş nöqtəsi ola bilər ? Artıq Konfrans Liqasının pley-off mərhələsini təmin etmisiz...

- Son dəqiqələrdə həm buraxılan, həm vurulan qollar komandanın böyüməsi üçün vasitədir. Belə oyunlarda son dəqiqələrdə bu cür qol vurmaq komandaya əlavə motivasiya, inam verir. Çox vacibdir. Bakıda "Bayer"lə matçda son dəqiqə buraxılan qol futbolçulara çox təsir etmişdi. Amma həmin oyundan futbolçularım çox şey götürdülər. Belə qollar böyük oyunlara bənzəyir. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Bir oyunumuz qalıb. Əgər son oyunda bunu edə biləriksə, daha aktiv, daha diqqətli, daha soyuqqanlı olmalıyıq. Konfrans Liqasına gəlincə, bu, ancaq sevindirir. Amma bununla futbolçularım dayanmayacaq, hamımız daha yaxşısını istəyəcəyik. Bakıda daha diqqətli olmağa çalışacağıq. 

- Belə çətin oyunlar üçün komandanın yetərincə ehtiyat qüvvəsi var? Qışda bununla bağlı hansı planlar var?

- Bu gün bir az çatışmazlıq orta xətdə oldu. Orta xətdə bəlkə daha tez dəyişiklik edə bilərdim, Patrik, Yankoviç yorulmuşdu. Düzdür, Riçard var idi. Romaonun olmaması bəzi rotasiyalar etməyə mənə mane oldu. Juninyonun gözlənilməz dəyişikliyi bir az planlarımızı pozdu. Amma biz həmişə yaxşı oyunçu axtarırıq. Bir-iki oyunçu qışda transfer etmək istəyərik. Daha bacarıqlı, sağlam oyunçuların çoxluğu işimizi asanlaşdırır.

- Bəhlul Mustafazadə son dəqiqədə hücuma keçdi, Patrik Andrade onun yerinə. Öncədən planlaşdırılmış bir şey idi?

- Bakıda da belə oyunlar olmuşdu, hətta Kevin və Bəhlul sonda riskə getmişdi. Oyun anında Bəhlulun önə getdi, künc zərbəsindən sonra orada qaldı. Toral Bayramova dedim ki, Bəhlul yerinə qayıtsın ki, 2:1 hesabını qoruyaq, riskə getməyək, Patrik daha öndə olsun. Top orada qaldı, korner oldu, Bəhlul da bundan istifadə etdi. Qarşıda da belə hallar olsa, bu addımları atacağıq.

- Azərbaycan futbolu üçün yeni tarix yazmağın bir addımlığındasız. Bununla bağlı nə deyəcəksiz?

- Mənə inanın, bunu çox dərindən düşünməli deyilik. Daha soyuqqanlı və daha da bacarıqlı olmağa çalışmalıyıq. "Hekken"in qələbəsi yoxdur, uduzub bütün oyunları. Çox istəkli gələcəklər. Buna hazır olmalıyıq. Onlar qələbə istəyəcək. Biz oyuna çox intizamlı hazırlaşmalıyıq. Çox aqressiv, istəkli olsaq, bizə maneçilik törədək. Sadəcə meydanda verilən tapşırıqları, oyunumuzu düzgün icra etməliyik. Qarşıdakı çempionat oyunlarına hazırlaşacağıq. Həmin matça qədər bir neçə günümüz olacaq. "Hekken"in oyununa baxdıqdan sonra komandanı soyuqqanlı şəkildə oyuna hazırlamağa çalışacağıq.

- Bu matçı məşqçilik karyerazında ən çətin və ən həyəcanlı oyun hesab etmək olar?

- Deməzdim. Bugünkü durumuma baxsaq, daha həyəcanlı, gərgin oyunlarım çox olub. Bu gün bir o qədər həyəcan yox idi, hətta rahat idim. Dünən də demişdim ki, ola bilər minimal hesabla uduzaq və hər şey son oyuna qalsın. Bu gün belə oldu. Həyəcan yox idi. Fikrimdə o var idi ki, böyük şansa sahibik və qalib gəlsək, hər şey həll olunacaq, Olmayacaqsa, Bakıdaklı matça hazırlaşacağıq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov