Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməyə başladığını təsdiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb.
“Bəli, bu, həqiqətən də belədir”, - deyə Peskov brifinqdə qeyd edib.
Xatırladaq ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi barədə sosial şəbəkələrdə görüntülər yayılmışdı.