Xəbər lenti



BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib.
 
Bu barədə universitetdən AZXEBER.COM-a  bildirilib.
 
Vurğulanıb ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib.
 
Həmçinin, İsgəndər Quliyev 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
 
O, II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
 
"91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə "Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edək ki, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, YAP-ın "qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalılar "91-lər” adlandırılır.
 
Xatırladaq ki, bu gün səhər saatlarında sabiq deputat Hadı Rəcəbli də dünyasını dəyişib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov