Xarici işlər naziri Fərhan Qəzzada öldürülən on minlərlə dinc sakinin vəziyyətinə göz yumulduğunu bəyan edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bildirib ki, dünya Qəzzada ölənlərə məhəl qoymur.
Bin Fərhan İsrailin hücumları nəticəsində on minlərlə insan itkisinə diqqət çəkib.
Səudiyyə Ərəbistanının naziri mühasirədə olan Qəzza zolağında fələstinlilərin sayının artmasına beynəlxalq ictimaiyyətin göstərdiyi ikili standartlar və laqeydliyi tənqid edib.
Bin Fərhan ölümlərlə bağlı açıqlamasında bildirib:
"Dünya Qəzzada 33 mindən çox fələstinlinin öldürülməsinə məhəl qoymur, lakin orada altı xarici yardım işçisinin öldürülməsi heyrətə gəlir”.
Nəzrin