Sərhədlərin açılması xaricdə yaşayan onlarla soydaşlarımızın yay tətilini Azərbaycanda keçirməsinə şərait yaradıb. Diaspor nümayəndələrinin eyni vaxtda vətəndə olmalarını nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsi onların Şuşaya səfərlərini təşkil edib.