Xəbər lenti





Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik, bu işə böyük maraq var.

Dövlətimizin başçısı deyib ki, bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və həmin sifarişlər diqqətlə nəzərdən keçirilir: “Hesab edirəm ki, bu sahə bizim əməkdaşlığımızın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq”.

Rusiya Prezidenti ilə görüşündə regionda münaqişədən sonrakı vəziyyətin də ətraflı müzakirə olunduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində roluna görə Rusiyaya və şəxsən Prezident Vladimir Vladimiroviç Putinə təşəkkür edirik. Hesab edirəm ki, belə çoxillik, - otuz ilə yaxın, - qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərirsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir”.


 
Azər Həsənov: “Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizdə idman hərəkatının davamlılığına misilsiz töhfələr verir”

“Məlum olduğu kimi, Azərbaycanda Birinci vitse-prezidentlik institutu 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən ümumxalq referendumunun nəticələrinə görə yaradılmışdır. Qeyd etmək lazımdır ki, dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Həmin keçirilən Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən dövlətimizin başçısı demişdi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”. Həqiqətən də Mehriban xanım Əliyevanın mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə, zəngin mədəniyyətimizin təbliğinə, müxtəlif istiqamətlərdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən yeni layihələrin reallaşdırılmasına yönəldilmiş fəaliyyəti bu gün Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilir.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov deyib.

Federasiya rəhbəri ilk növbədə belə bir məqamı vurğulayıb ki, Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında mühüm rol oynayır: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsi funksiyasını uğurla həyata keçirir. Fondun xeyriyyəçilik tədbirləri bu gün artıq təkcə Azərbaycanı deyil, həmçinin bir çox xarici ölkələri əhatə edir. Əlbəttə ki, bu fəaliyyət hər şeydən öncə ölkəmizin dünyada tanınmasına və təbliğinə xidmət edir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində bu gün Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri kimi tanınır. Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.”

Azər Həsənov həmçinin qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizdə idman hərəkatının davamlılığına misilsiz töhfələr verir “Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq aparılan gənclər və idman siyasətinin əsas məqsədi respublikamızda idmanın inkişafı və bu zəmində formalaşmaqda olan gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsidir. Məhz bu məqsədlərə nail olmaq üçün hər il dövlətimiz tərəfindən bu sahəyə milyonlarla vəsait xərclənir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasətinin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Son illər ərzində ölkəmizdə yeni istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarlığı və təşkilatçılığı ilə 2005-ci il oktyabrın 3-də Bakıda bədii gimnastika üzrə XXVII dünya çempionatı keçirildi. Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandinin başçılığı ilə nümayəndə heyəti paytaxtımızın idman obyektlərinə baxdılar, ölkədə idmanın inkişaf səviyyəsini gördülər. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev nümayəndə heyətini qəbul etdi. Milli Olimpiya Komitəsindəki bu görüş zamanı nəinki Bakının dünya çempionatını keçirməyə namizədliyi təsdiqləndi, həm də ölkəmiz eyni dərəcədə nüfuzlu bir turniri – Dünya kubokunun mərhələ yarışını keçirmək təklifi də aldı və həmin yarış böyük müvəffəqiyyətlə baş tutdu. Dünya kuboku uğrunda yarış da yüksək səviyyədə keçdi və həm ölkə daxilində, həm də xaricdə müsbət qiymətləndirildi. Bu, Azərbaycanda keçirilən ilk dünya çempionatı oldu. Əminliklə demək olar ki, məhz həmin tarixdən etibarən bədii gimnastika respublikamızda öz intibah dövrünə qədəm qoydu. Demək lazımdır ki, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi də məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Bu beynəlxalq yarışlar ölkəmizin istər mədəniyyət, istərsə də idman nüfuzunu bütün dünyada yüksəltmiş, Azərbaycanı idman ölkəsi kimi tanıtmış və ölkəmizə böyük turist axınına səbəb olmuşdur. Danılmaz həqiqətdir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir, dərin rəğbətlə qarşılanır. Mehriban xanım Əliyeva ötən müddət ərzində milli maraqları daim üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib. Bunlarla yanaşı, fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr verib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr bu gün də uğurla həyata keçirilir və ölkəmizin inkişafına, dövlətimizin getdikcə daha da qüdrətlənməsinə misilsiz töhfələr verməkdə davam edir.”

AİA.Az
 
 

 

Aqiyə Naxçıvanlı təəssüratlarını bölüşdü: Xocalılar o soyuq məzarda yatan şəhidlərimizə nə qədər minnətdar idilər...

Oğuzda olarkən hər dəfə ilk ziyarətini Oğuz ictimaiyyəti və Şəhid ailələri ilə birlikdə Şəhidlər xiyabanından başlayan deputat Aqiyə Naxçıvanlı bu dəfə abidəni onlarla bərabər həm də dairə üzrə onun seçiciləri olmayan, lakin öz seçiciləri qədər diqqət göstərdiyi Xocalılarla yad etməklə başladı. Öncə bütün şəhidlərin ruhuna dualar oxundu, sonra isə qəbirləri bir-bir ziyarət edildi, önlərinə gül dəstələri qoyuldu.
Bəlkə də sözlə ifadə zamanı bu bir qədər bədii səslənə bilər, ancaq Xocalıların üzlərindəki ifadəni canlı görmək bir insanın içini coşduran, məmnunluq hissi ilə qürurlandıran, minnətdarlıq hissi ilə “mənim də canım sizlərə fəda olsun, ey şəhidlər” deyərək hayqırmaq kimi hisslərin məcmusu idi. Xocalılar o soyuq məzarda yatan şəhidlərimizə nə qədər minnətdar idilər... Çünki onların 30 il bundan öncə Xocalıda yaşadıqları zülmün qısasını bu şəhidlər almışdılar. Sanki şəhidlər Xocalıları 30 ildir içində cabaladıqları “qaranlıq quyu”dan çıxarmışdılar. Onların duman çökmüş gözlərinə parlaqlıq, qəlblərinə qürur bəxş etmişdilər. Bu ziyarət şəhidləri yad etməklə bərabər, həm də minnətdarlıq ziyarəti idi.
Xiyabanın önündə deputat Aqiyə Naxçıvanlı Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbədən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il düşmən tapdağı altında olan Vətən torpaqlarının erməni işğalçılarından birdəfəlik azad olunmasından və 44 gün ərzində zəfərlə sona çatan Vətən müharibəsində Oğuzun qəhrəman oğullarının igidliklə vuruşmasından ətraflı danışmışdır. Onların rəşadətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək neçə-neçə orden, medal, fəxri adlarla təltif olunmasından, xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə adlarına məktəb, küçə, bulaq, abidə komplekslərinin tikilməsindən, “Zəfər tarixi”mizin yazılmasından geniş söhbət açmışdır. Həmçının şəhid ailələrinin mənzillə təminatı sahəsində ciddi işlərin aparıldığını diqqətə çatdırmışdır.

Tədbirdə olan şəhid valideynləri və Xocalı sakinləri onların ailə üzvlərinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını, Respublika rəhbərliyinin - xüsusilə cənab Prezidentimizin şəhid ailələri və qazilərin sosial problemləri ilə bilavasitə maraqlanmasını, həlli üçün konkret tapşırıqlar verməsini, hər rayonda şəhidlərimizin uyuduğu Xiyabanların, onların xatirəsinə ucaldılmış abidələrin, Bakı şəhərində Zəfər muzeyinin tikilməsini yüksək diqqətin bariz nümunəsi olduğunu söyləmişlər. Qeyd olunmuşdur ki, artıq şəhid ailələrinin elektron ev növbəsi layihəsi üzrə qeydiyyat işlərinə də başlanılmışdır.

Tədbirin sonda Şəhid ailələri, qazilər, doğma yurd yuvalarına qayıdacağı günü gözləyən Xocalı sakinləri və Oğuz ictimaiyyətinin nümayəndələri tərəfindən qeyd olunmuşdur ki, xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya milli-mənəvi dəyərlərimizə, şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə göstərdikləri diqqət və qayğıya görə çox minnətdardırlar. Onların yaratdığı birlik sayəsində ölkəmiz dünya xalqları arasında özünəməxsus yer tutduğunu təsdiqləmişdir. Artıq Azərbaycan humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib, Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimin tanınır!

AİA.Az
 
 
 
 
 

 



Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

 

bizimaz.az həmin cədvəli təqdim edir:

S/n

Qəbulun keçirildiyi

şəhər, rayon

Əhatə olunan

şəhər, rayonlar

Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu

Qəbulun keçirildiyi gün

1.  

Füzuli

Füzuli, Beyləqan, Xocavənd

ədliyyə naziri

Fikrət Məmmədov

02

2.   

İmişli

 

İmişli, Saatlı, Sabirabad

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli

02

3.   

Sumqayıt

Sumqayıt, Qubadlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 

Mübariz Qurbanlı

04

4.  

Sabirabad

Sabirabad, Saatlı, İmişli

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

Arzu Rəhimov

04

5.   

Ağdaş

Ağdaş, Göyçay

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Anar Quliyev

10

6. 

Ağsu

 

Ağsu, İsmayıllı,

Şamaxı, Qobustan

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri

Zaur Mikayılov

10

7.  

Mingəçevir

Mingəçevir, Yevlax

“Azərişıq” ASC-nin sədri

Vüqar Əhmədov

10

8. 

Lənkəran

Lənkəran, Astara, Lerik

Baş prokuror

Kamran Əliyev

11

9.   

Siyəzən

Siyəzən, Xızı

ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

11

10.   

Tovuz

Tovuz, Ağstafa, Qazax

gənclər və idman naziri

Fərid Qayıbov

11

11.  

Quba

Quba, Qusar

iqtisadiyyat naziri

Mikayıl Cabbarov   

11

12. 

Şəki

 

Şəki, Qax

 

kənd təsərrüfatı naziri

İnam Kərimov

11

13.  

Astara

Astara, Lənkəran, Lerik

mədəniyyət naziri

Anar Kərimov

11

14.    

Ağstafa

Ağstafa, Qazax, Tovuz

rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

11

15. 

Şamaxı

Şamaxı, Qobustan

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Bahar Muradova

11

16.   

Mingəçevir

Mingəçevir, Yevlax

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən

İlham Mirzəliyev

11

17.    

Gəncə

Gəncə, Samux, Kəlbəcər

təhsil naziri

Emin Əmrullayev

12

18.  

Goranboy

Goranboy, Xocalı, Naftalan

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev

14

19.   

Şirvan

Şirvan, Hacıqabul

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri

Zaur Əliyev

14

20.    

Şamaxı

Şamaxı, Qobustan

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

Ruslan Əliyev

14

21.   

Saatlı

Saatlı, Sabirabad, İmişli

 

“Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən

Köçərli Həsənov

16

22. 

Quba

Quba, Qusar

Ali Məhkəmənin sədri

Ramiz Rzayev

18

23.  

Şirvan

Şirvan, Hacıqabul

energetika naziri

Pərviz Şahbazov

18

24.   

Abşeron

Abşeron, Zəngilan

Dövlət Gömrük Komitəsinin sədri

Səfər Mehdiyev

29

25.  

Gəncə

Gəncə, Samux, Kəlbəcər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri

Saleh Məmmədov

29

26.   

Lənkəran

Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı

daxili işlər naziri

Vilayət Eyvazov

30

27.    

Bərdə

Bərdə, Tərtər

fövqəladə hallar naziri

Kəmaləddin Heydərov

31



“Bizim və dövlətimizin tarixlə bağlı uzun mühazirələrə vaxtımız yoxdur, ona görə də keçmişi dərindən araşdırmayacağam. Reallıq və gələcək haqqında danışacağam. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərində mənim arxamdadır və Rusiyanın hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq, belə də olacaq”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski vətəndaşlara videomüraciətində deyib.

Onun sözlərinə görə, Rusiyanın “DXR” və “LXR”i tanıması sülh səylərinə zərbə vurur və danışıqlar proseslərini məhv edir.

Ukrayna dövlətinin başçısı vurğulayıb ki, Ukrayna Rusiyanın hərəkətlərini dövlətin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir və “DXR” və “LXR”nin tanınmasının nəticələrinə görə bütün məsuliyyəti Moskvanın üzərinə qoyur. Zelenski həmçinin əlavə edib ki, bu ərazilərin Rusiya tərəfindən tanınması Rusiyanın Minsk razılaşmalarından birtərəfli qaydada çıxması və Normandiya sazişləri çərçivəsində qərarlara məhəl qoymaması anlamına gələ bilər.

 

“Bu, sülh səylərinə zərbə vurur və danışıqlar formatlarını məhv edir", - o bildirib.

Ukrayna prezidenti vurğulayıb ki, Rusiya öz qərarları ilə faktiki olaraq 2014-cü ildən Donbassın işğal olunmuş ərazilərində olan qoşunlarını leqallaşdırır.

“Səkkiz ildir müharibəni dəstəkləyən ölkə iddia etdiyi kimi sülhü qoruya bilməz”, - deyə Zelenski əlavə edib.

Prezidentin qeyd etdiyi kimi, Ukrayna fərdi və kollektiv özünümüdafiə hüququnu özündə saxlayır. Bundan əlavə, o, yaradılmış ərazi müdafiə sistemini xatırladıb, Ukrayna sərhədlərinin etibarlı mühafizə altında olduğuna inandırıb və vəziyyətin dəyişməsi barədə məlumat verəcəyini vəd edib.

“Sərhədlərimiz etibarlı şəkildə qorunur... Biz təxribatlarla təcavüzkar qoşunların hücumunu yaxşı fərqləndiririk. Vəziyyətin dəyişdiyini və risklərin artdığını görən kimi bütün bunlardan xəbəriniz olacaq. Biz sülhsevər və diplomatik yola sadiqik, onu və yalnız onu gedəcəyik. Biz öz torpağımızdayıq, heç kimdən və heç nədən qorxmuruq, heç kimə borcumuz yoxdur, heç kimə heç nə verməyəcəyik və buna əminik”, - deyə Zelenski yekunlaşdırıb.



Türkiyə Rusiyanın qondarma “LXR” və “DXR”in müstəqilliyini tanınması qərarını pisləyib.

Bu barədə Türkiyə XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.

 

“Rusiya Federasiyasının qondarma “Donetsk və Luqansk Respublikaları”nı tanıması qərarı Minsk anlaşmalarına qarşı olduğu üçün, Ukraynanın siyasi birliyinin, ərazi bütövlüyünün açıq şəkildə pozulması anlamına gəlir. 

Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik.

Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına bağlılığımızı vurğulayır, bütün tərəfləri beynəlxalq hüquqlara riayət etməyə çağırırıq” -  deyə rəsmi Ankara məsələyə münasibətini bildirib.

 
Deputat Aqiyə Naxçıvanlı: Turizmi inkişaf etdirmək istəyiriksə öncə bu sahədə çalışan sahibkarlara dəstək olmalıyıq!

Bu sözləri 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı seçicilərlə növbəti görüşündə demişdir.

Deputatla görüşə gələn Çingiz Daşdəmirov turizm sahəsində kiçik sahibkar kimi 2014-cü ildən fəaliyyətə başladığını bildirmişdir. O, bu işə kənd bələdiyyəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlayaraq başlamışdır. Öz hesabına ərazidə abadlaşma işləri aparmış, su çəkmiş, ağaclara qulluq etmiş, əyləncə və istirahət məqsədi ilə kiçik attraksionlar qurmuş, icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Oğuza gələn turistlərə xidmət sahəsində xeyli işlər görmüşdür. Lakin son illər dəfələrlə müraciət etməsinə baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq icarə müqaviləsinin yenidən bağlanılmasına nail ola bilmədiyini söyləmişdir. Xahişi isə bu işdə ona deputat tərəfindən köməklik göstərilməsi olmuşdur. Aqiyə Naxçıvanlı Oğuzun turizm potensialının hətta ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə çalışan sahibkarlara bütün dövlət qurumlarının dəstək verməsini vacib saydığını bildirmişdir. Deputat vətəndaşın müraciətini nəzarətə götürərək səsini aidiyyəti orqanlara çatdıracağına söz vermişdir.

Seçici Cumar Qafarov deputata hər gəlişində ağsaqqalları səmimi qəbul etdiyi, onlara diqqət göstərdiyi üçün minnətdarlığını bildirmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin pensiyaçılara dəstəyindən danışaraq həm infilyasiya faizinə uyğun artımın, həm də əlavə olaraq illik müavinətin təyin edilməsinin əmək pensiyaçılarının sosial rifahına çox müsbət təsir göstərdiyini söyləmişdir. Pensiyaçılara xüsusi önəm verdiyinə görə ölkə Prezidentinə onun təşəkkürlərini çatdırmağı xahiş etmişdir. Aqiyə Naxçıvanlı cənab Prezidentin hər sərəncamının əhalinin rifah halının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış olduğunu bildirmişdir.

Rayon ağsaqqalı İzzət Seyidov Oğuzda pandemik vəziyyətdən söhbət açaraq, ölkəmizdə vaksinasiyanın uğurla aparılmasına dövlət başçısı tərəfindən xüsusi diqqət göstərildiyini, bunun da sayəsində əhali arasında ağırlaşma hallarının ciddi şəkildə azalmasından danışmışdır. O, deputatın Oğuza gələn kimi “Ailə-Sağlamlıq Mərkəzi”nə gedərək vaksinasiyanın gedişatı və təchizatla maraqlanmasını məsələyə nə qədər ciddi yanaşıldığının göstəricisi kimi qəbul etdiyini bildirmişdir. Vaksinasiyanın daha uğurla aparılması üçün təkliflərini səsləndirmişdir. Deputat Aqiyə Naxçıvanlı bu qayğı və diqqətin ölkə prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən hər bir Azərbaycan vətəndaşına göstərildiyini, xüsusən də pandemiya şəraitində ölkədə aparılan işlərin, görülən tədbirlərin məhz Azərbaycan vətəndaşına olan qayğının təzahürü olduğunu qeyd etmişdir.

Qəbula gələn seçıcı Hafiz Hafizov hal-hazırda işsiz olduğunu və ona bacarığına uyğun iş tapılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti qeydə alınaraq, işlə təmin olunması üçün Ərazi Məşğulluq idarəsinə göndərilməsi qərara alınmışdır.

Oğuz şəhərinin Gənclik massivində yaşayan seçici Malik Məmmədov 6 ildir həmin ərazidə yaşadığını, işıq, qaz, su, kanalizasiya kimi bütün kommunal xidmətlərlə təmin olunduğunu, lakin təkcə rabitə xidmətinin olmadığından gileylənmişdir. Deputat Aqiyə Naxçıvanlı məsələ ilə bağlı aidiyyəti quruma müraciət ünvanlanacağını bildirmişdir.

Qəbula gələn digər seçicilər də onları qəbul etdiyi üçün deputata öz təşəkkürlərini bildirdirərək problem və xahişlərini çatdırmışlar. Aqiyə Naxçıvanlı onların hər birini səmimiyyətlə dinləyərək səsləndirilən müraciətləri qeydiyyata almışdır. Bəzi müraciətlər yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı qısa müddətdə müvafiq icraat aparılacağı bildirilmışdir.

aia.az
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429588_1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429648_2.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429662_3.jpg
 
 
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429588_1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429648_2.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-02_1645429662_3.jpg
 

 

 
 
2019/03/14973-1552558161.jpg
 
Ermənistan hökuməti fevralın 17-də keçirilən iclasında “Hərbi qulluqçuların statusu haqqında qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsini təsdiqləyib.

Ordu.az-ın məlumatına görvral 2022      ə, hazırda Ermənistanda icra edilən qanuna görə, hərbi xidmətdən azad olunmağın yeganə şərti ailədə tək oğlan uşağı olmaqdır.

Qanun layihəsində qeyd olunub ki, 44 günlük müharibədə ölmüş hərbi qulluqçuların kiçik qardaşları ailənin tək oğlu olmaqları üçün məcburi hərbi xidmətə cəlb olunurlar.

“Onlardan bir çoxlarının valideynləri ağır psixoloji və sosial vəziyyətdədirlər və kiçik oğullarını hərbi xidmətə göndərmək istəmirlər. Ölmüş soydaşlarımızın ailə üzvlərinə böyük ehtiramla yanaşaraq həmin ailələrin digər üzvlərinə də məcburi hərbi xidmətdən azad olunmaq imkanı verməliyik”, - deyə layihədə bildirilib.

Ermənistan hökumətinin təklifi müəyyən edilmiş qaydada parlamentə təqdim ediləcək.

Alpər Mövludoğlu
Ordu.az


“Kiyev NATO ölkələrinə təklif olunandan geri qalmayacaq təhlükəsizlik təminatı sistemi almalıdır".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

“NATO, əslində, Ukraynanın qoşula biləcəyi mövcud təhlükəsizlik ittifaqlarından yeganə qurumdur. Orada bizim üçün açıq qapı mövqeyi var. Amma bu yolda uzun bir məsafə var - illər və aylar, xüsusən də eskalasiya olacaqsa. Bu yolu keçməklə biz zəmanət sistemi əldə etməliyik. Ən azı nəzəri cəhətdən bu, NATO ölkələrinə təklif olunan sistemdən geri qalmamalıdır”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, ölkənin özünü müdafiə etdiyi indiki şəraitdə bu, yeganə alternativdir.

Zelenski qeyd edib ki, Ukrayna üçün sabitlik zəmanəti olan sənəd Rusiya və ABŞ tərəfindən imzalanmalıdır.

“Biz Normandiya formatlı kollektivlə yola düşməyəcəyik və heç kim düşməyəcək. Dövlətlər və Rusiya da daxil olmaqla, güclər oturub imza atacaqlar ki, belə bir yol var. Amma ölkəmizin təhlükəsizliyi ilə bağlı üç-dörd-beş punkt olmalıdır. Onda bu, danışıq hesab ediləcək”, - deyə Ukrayna Prezidenti bildirib.