![]() |
ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 Fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Mitç Kolvin, Eleyn M. O'Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərlərində və dünyada yaşayan Azərbaycan icması hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edir.
Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının öz töhfəsini verdiyinə diqqət cəlb edilib.
Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.
Dövlətimizin başçısı deyib ki, bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və həmin sifarişlər diqqətlə nəzərdən keçirilir: “Hesab edirəm ki, bu sahə bizim əməkdaşlığımızın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq”.
Rusiya Prezidenti ilə görüşündə regionda münaqişədən sonrakı vəziyyətin də ətraflı müzakirə olunduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində roluna görə Rusiyaya və şəxsən Prezident Vladimir Vladimiroviç Putinə təşəkkür edirik. Hesab edirəm ki, belə çoxillik, - otuz ilə yaxın, - qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərirsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir”.
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
bizimaz.az həmin cədvəli təqdim edir:
S/n |
Qəbulun keçirildiyi şəhər, rayon |
Əhatə olunan şəhər, rayonlar |
Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu |
Qəbulun keçirildiyi gün |
1. |
Füzuli |
Füzuli, Beyləqan, Xocavənd |
ədliyyə naziri Fikrət Məmmədov |
02 |
2. |
İmişli
|
İmişli, Saatlı, Sabirabad |
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli |
02 |
3. |
Sumqayıt |
Sumqayıt, Qubadlı |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı |
04 |
4. |
Sabirabad |
Sabirabad, Saatlı, İmişli |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov |
04 |
5. |
Ağdaş |
Ağdaş, Göyçay
|
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev |
10 |
6. |
Ağsu
|
Ağsu, İsmayıllı, Şamaxı, Qobustan |
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov |
10 |
7. |
Mingəçevir |
Mingəçevir, Yevlax |
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov |
10 |
8. |
Lənkəran |
Lənkəran, Astara, Lerik |
Baş prokuror Kamran Əliyev |
11 |
9. |
Siyəzən |
Siyəzən, Xızı |
ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev |
11 |
10. |
Tovuz |
Tovuz, Ağstafa, Qazax |
gənclər və idman naziri Fərid Qayıbov |
11 |
11. |
Quba |
Quba, Qusar |
iqtisadiyyat naziri Mikayıl Cabbarov |
11 |
12. |
Şəki
|
Şəki, Qax
|
kənd təsərrüfatı naziri İnam Kərimov |
11 |
13. |
Astara |
Astara, Lənkəran, Lerik |
mədəniyyət naziri Anar Kərimov |
11 |
14. |
Ağstafa |
Ağstafa, Qazax, Tovuz |
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev |
11 |
15. |
Şamaxı |
Şamaxı, Qobustan |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova |
11 |
16. |
Mingəçevir |
Mingəçevir, Yevlax |
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev |
11 |
17. |
Gəncə |
Gəncə, Samux, Kəlbəcər |
təhsil naziri Emin Əmrullayev |
12 |
18. |
Goranboy |
Goranboy, Xocalı, Naftalan |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev |
14 |
19. |
Şirvan |
Şirvan, Hacıqabul |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev |
14 |
20. |
Şamaxı |
Şamaxı, Qobustan |
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev |
14 |
21. |
Saatlı |
Saatlı, Sabirabad, İmişli
|
“Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənov |
16 |
22. |
Quba |
Quba, Qusar |
Ali Məhkəmənin sədri Ramiz Rzayev |
18 |
23. |
Şirvan |
Şirvan, Hacıqabul |
energetika naziri Pərviz Şahbazov |
18 |
24. |
Abşeron |
Abşeron, Zəngilan |
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev |
29 |
25. |
Gəncə |
Gəncə, Samux, Kəlbəcər |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov |
29 |
26. |
Lənkəran |
Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı |
daxili işlər naziri Vilayət Eyvazov |
30 |
27. |
Bərdə |
Bərdə, Tərtər |
fövqəladə hallar naziri Kəmaləddin Heydərov |
31 |
“Bizim və dövlətimizin tarixlə bağlı uzun mühazirələrə vaxtımız yoxdur, ona görə də keçmişi dərindən araşdırmayacağam. Reallıq və gələcək haqqında danışacağam. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərində mənim arxamdadır və Rusiyanın hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq, belə də olacaq”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski vətəndaşlara videomüraciətində deyib.
Onun sözlərinə görə, Rusiyanın “DXR” və “LXR”i tanıması sülh səylərinə zərbə vurur və danışıqlar proseslərini məhv edir.
Ukrayna dövlətinin başçısı vurğulayıb ki, Ukrayna Rusiyanın hərəkətlərini dövlətin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir və “DXR” və “LXR”nin tanınmasının nəticələrinə görə bütün məsuliyyəti Moskvanın üzərinə qoyur. Zelenski həmçinin əlavə edib ki, bu ərazilərin Rusiya tərəfindən tanınması Rusiyanın Minsk razılaşmalarından birtərəfli qaydada çıxması və Normandiya sazişləri çərçivəsində qərarlara məhəl qoymaması anlamına gələ bilər.
“Bu, sülh səylərinə zərbə vurur və danışıqlar formatlarını məhv edir", - o bildirib.
Ukrayna prezidenti vurğulayıb ki, Rusiya öz qərarları ilə faktiki olaraq 2014-cü ildən Donbassın işğal olunmuş ərazilərində olan qoşunlarını leqallaşdırır.
“Səkkiz ildir müharibəni dəstəkləyən ölkə iddia etdiyi kimi sülhü qoruya bilməz”, - deyə Zelenski əlavə edib.
Prezidentin qeyd etdiyi kimi, Ukrayna fərdi və kollektiv özünümüdafiə hüququnu özündə saxlayır. Bundan əlavə, o, yaradılmış ərazi müdafiə sistemini xatırladıb, Ukrayna sərhədlərinin etibarlı mühafizə altında olduğuna inandırıb və vəziyyətin dəyişməsi barədə məlumat verəcəyini vəd edib.
“Sərhədlərimiz etibarlı şəkildə qorunur... Biz təxribatlarla təcavüzkar qoşunların hücumunu yaxşı fərqləndiririk. Vəziyyətin dəyişdiyini və risklərin artdığını görən kimi bütün bunlardan xəbəriniz olacaq. Biz sülhsevər və diplomatik yola sadiqik, onu və yalnız onu gedəcəyik. Biz öz torpağımızdayıq, heç kimdən və heç nədən qorxmuruq, heç kimə borcumuz yoxdur, heç kimə heç nə verməyəcəyik və buna əminik”, - deyə Zelenski yekunlaşdırıb.
Türkiyə Rusiyanın qondarma “LXR” və “DXR”in müstəqilliyini tanınması qərarını pisləyib.
Bu barədə Türkiyə XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.
“Rusiya Federasiyasının qondarma “Donetsk və Luqansk Respublikaları”nı tanıması qərarı Minsk anlaşmalarına qarşı olduğu üçün, Ukraynanın siyasi birliyinin, ərazi bütövlüyünün açıq şəkildə pozulması anlamına gəlir.
Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik.
Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına bağlılığımızı vurğulayır, bütün tərəfləri beynəlxalq hüquqlara riayət etməyə çağırırıq” - deyə rəsmi Ankara məsələyə münasibətini bildirib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.