Xəbər lenti



Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə, Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.




Ukrayna Silahlı Qüvvələri Xarkov ətrafında gedən döyüşlərdə Rusiya ordusunun elit bölmələrini darmadağın edib və əsir alıblar. Bu barədə Ukrayna prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

“Xarkov ətrafında Rusiya ordusunun elit bölmələri darmadağın edilib və əsir alınıb. Bunlar 1-ci tank ordusunun-Tamansk diviziyasının, Kantemirsk diviziyasının və digərlərinin bölmələridir”, - o deyib.

Arestoviç əlavə edib ki, Rusiya işğalçı qüvvələrinin digər bölmələri haqda heç danışmağa dəyməz. “Qalanlar haqda isə heç danışmaq istəmirəm. Bu gün zabitlər əsir düşüb – tank batalyonlarının komandirləri, üç polk komandirinin müavini və digərləri. Və budur, onlar ağlayırlar, diz çökürlər və deyirlər ki, “Biz bilməmişik...” Onlar heç əvvəldən düz-əməlli əfsanə də hazırlaya bilməyiblər”, - o bildirib.

Prezident Ofisinin müşaviri qeyd edib ki, hazırda Rusiya qoşunlarının 55-60 faizi Xarkov və Kiyev ətrafında cəmləşdirilib, digər regionlarda isə onların mövqeləri arasında “nəhəng dəliklər” yaranıb.

 

“Onlar batalyon və bölük qrupları ilə (200-400, 600 nəfər) hansısa vəzifələr həll etməyə çalışırlar. Və budur, onlar Krivoy Roq və Nikolayev ətrafında üç dəfə belə vəzifəni yerinə yetirməyə cəhd ediblər, amma hər dəfə darmadağın olunublar və praktiki olaraq tam məhv ediliblər”, - Arestoviç deyib.

Peşəkar hərbçi olan A.Arestoviç qeyd edib ki, o özü də Rusiya ordusunun bir həftəyə bu qədər itki verəcəyini ağlına gətirməzdi. Amma döyüş əməliyyatlarının hər günündə ruslar orta hesabla 1 500 nəfər itiriblər.

virtualaz.org



Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya qoşunları paytaxta soxulmağa çalışır. “Rusiya hərbçiləri paytaxta soxulmağa çalışır, lakin ukraynalı müdafiəçilər xətti tutub paytaxtın kənarında onları dayandırırlar”. Bu barədə o, videomüraciəti zamanı bildirib.

Kliçko həmçinin Kiyev sakinlərinə dözümlülüklərinə və təhlükəsizlik tələblərinə əməl etdiklərinə, evdə və ya sığınacaqlarda olduqlarına görə təşəkkür edib. Onun sözlərinə görə, martın 2-də axşam saatlarında şəhərin bəzi rayonlarında bir neçə mərmi həyətlərə düşüb.

“Ölən və ya xəsarət alan yoxdur. Həmçinin, bir neçə avtomobil yanıb, şəxsi evə ziyan dəyib”, - Kliçko bildirib.




“Rusiya nümayəndə heyəti bu gün axşam saatlarında danışıqların aparılacağı yerdə ukraynalı nümayəndələri gözləyəcək”.

 

Bu açıqlama ilə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

“Bu gün günortadan sonra bizim nümayəndə heyətimiz ukraynalı heyəti gözləyəcək. Ümidvarıq ki, onlar gələcəklər”.

“Rusiya nümayəndə heyəti bu gün axşam saatlarında danışıqların aparılacağı yerdə ukraynalı nümayəndələri gözləyəcək”.

 


 
Kamaləddin Qafarov: “Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni tarixi reallıqlar yaradıb”

“BMT Baş Assambleyasının 76-cı sessiyasında dövlət və hökumət başçıları səviyyəsində keçirilən yüksək səviyyəli tematik müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda etdiyi çıxış mahiyyət etibarı ilə Azərbaycanın siyasi-diplomatik müstəvidə apardığı mübarizənin mühüm tərkib hissəsidir. Ermənistanın işğal dövründə Azərbaycan ərazisində törətdiyi ağır cinayətlər və bu əməllərdən yaranan ciddi fəsadlar barədə məlumatlar, bütün bunlara görə Ermənistanın məsuliyyətə cəlb olunmasına dair tələblə yanaşı, dövlət başçımızın bu çıxışında Azərbaycanın bir çox istiqamətlərdə, o cümlədən pandemiya ilə mübarizə sahəsində qlobal təşəbbüsləri, həçmçinin ölkəmizin post-müharibə dövrü üçün artıq reallaşdırmağa başladığı daxili və beynəlxalq layihələr və bir çox başqa vacib məsələlər barədə ətraflı məlumatlar təqdim olunmuşdur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin öz çıxışına məhz COVİD-19 pandemiyası ilə qlobal mübarizə tədbirlərinin müzakirəsi ilə başlaması bir daha onu göstərir ki, Azərbaycan təkcə öz problemlərini deyil, eyni zamanda, bütün dünya ölkələrini narahat edən ciddi problemləri düşünür və onların həlli istiqamətində effektiv addımların atılması məqsədilə hər zaman konkret, rasional təkliflərlə çıxış edir: “Prezident İlham Əliyevin şəxsi təşəbbüsləri ilə Azərbaycan bu dövr ərzində bir çox iqtisadi baxımdan zəif ölkələrə çox dəyərli yardımlar göstərmişdir. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edilib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib. Ölkəmiz pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin yaranması üçün vacib təşəbbüslərlə çıxış edib.”

K. Qafarov Ermənistanın işğal dövründə Azərbaycan ərazisində törətdiyi ağır cinayətlər, bu əməllərdən yaranan fəsadlar və bütün bunlara görə Ermənistanın məsuliyyətə cəlb olunmasının vacibliyi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından Prezident İlham Əliyevin çıxışının böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “Prezident İlham Əliyev öz çıxışında 30 il ərzində Ermənistanın işğal etdiyi ərazilərdə yerləşən bütün şəhər və kəndləri qəsdən dağıtması, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirməsi barədə ətraflı məlumat vermişdir. Dövlətimizin başçısı xüsusi olaraq qeyd etmişdir ki, II Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir.”

Miilər vəkili qeyd edib ki, Prezident İlham Əliyev bu dəfə də öz çıxışında Cənubi Qafqaz regionunda dayanıqlı sülhə və davamlı inkişafa aparan yeganə yolu Ermənistana yenidən göstərmiş və eyni zamanda da bu ölkədə revanşist əhval-ruhiyyələrini qızışdırmaq məqsədi güdən qüvvələrə öz sərt mesajını çatdırmışdır: “Prezident İlham Əliyev öz çıxışında beynəlxalq ictimaiyyətin də müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana müvafiq çağırış etməli olduğunu vurğulamışdır. Dövlətimizin başçısı Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulması tələbi ilə dünyada hələ də Azərbaycanın Qələbəsini həzm edə bilməyən qüvvələrə öz mesajını bir daha çatdırmışdır. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Artıq hər kəs bunu qəbul etməli və öz gələcək fəaliyyətini də məhz bu reallıqları nəzərə almaqla planlamalıdır.”

AİA.Az



Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya Polşa aerodromlarında yerləşdiriləcək 70 hərbi təyyarə verəcək. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna ordusu üçün 70 təyyarə! Tərəfdaşlarımız bizə MiQ-29 və Su-25 təyyarəsi verir! Lazım gələrsə, Polşa aerodromlarından istifadə etməklə ukraynalı pilotlar döyüş tapşırıqlarını yerinə yetirəcəklər”, - məlumatda deyilir.

Bildirilib ki, Bolqarıstan Ukraynaya 16 ədəd MiQ-29 qırıcısı və 14 ədəd Su-25 hücum təyyarəsi, Polşa 28 ədəd MiQ-29, Slovakiya isə 12 ədəd MiQ-29 qırıcısı verəcək.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, qurumun xarici işlər nazirləri Ukraynaya 450 milyon avro dəyərində öldürücü silahlar verməyə razılaşıblar. Bundan əlavə Borrell Aİ-nin Ukraynaya hərbi təyyarələr tədarük edəcəyini bildirib.



Kiyevdə güclü partlayışlar olub. 

TRT xəbər verir ki, Kiyev ərazisinə atılan "İsgəndər" raketi şəhərdə böyük təşviş yaradıb. 


 
Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Moskvada Azərbaycan  həqiqətlərini dünyaya çatdırdı”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə keçirdiyi görüş Rusiya ictimaiyyətinin ölkəmizdə və Cənubi Qafqaz regionunda gedən proseslərə, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin əsas inkişaf istiqamətlərinə və dinamikasına olan böyük marağını bir daha nümayiş etdirdi. Rusiya KİV rəhbərlərinin dövlət başçımıza ünvanladıqları, sualları hər zaman olduğu kimi, dürüst və dolğun cavablandıran dövlət başçımız isə Azərbaycanın obyektiv və sülhsevər mövqeyini bir daha bütün dünyaya göstərdi”.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Rusiyanın aparıcı KİV rəhbərlərinin verdikləri suallar, ilk növbədə, Rusiya-Azərbaycan münasibətlərinin yeni formata keçidi barədə olub. Bu isə fevral ayının 22-də Moskavada imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannaməyə olan maraqdan irəli gəlir: “Əlbəttə ki, bu görüşün ölkələrimiz arasında qarşılıqlı müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasından dərhal sonra baş tutması heç də təsadüfi deyildi. Dövlət başçımızın da qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan arasında indiyədək 200-dən artıq sənəd imzalanıb. Lakin müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə xüsusi sənəddir. Bu sənədlə Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri rəsmən təsbit edilmiş oldu. Ölkələrimiz arasında bundan əvvəl mövcud olan müqavilədə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müddəalar öz əksini tapmışdısa da, o sənəd müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Münasibətlərin indiki formatı isə ən ali formatdır.” – deyə K.Qafarov qeyd edib.

Millət vəkili erməni əsilli jurnalistin qərəzli sualını cavablandırarkən Prezident İlham Əliyevin ölkəmizdə əsl tolerantlıq və multikulturalizm mühitinin formalaşdığını, Ermənistanın isə sırf monoetnik dövlət olmasını və bu ölkənin hələ də bütün beynəlxalq hüquq normalarını ciddi şəkildə pozan əməllərdən əl çəkmədiyini böyük məharətlə ortaya qoyduğunu vurğulayaraq deyib: “Azərbaycan Prezidenti “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin erməni əsilli baş redaktoru Marqarita Cimonyanın qərəzli və mahiyyət etibarlı ilə təxribat xarakterli sualını cavablandırarkən ölkəmizə qarşı hər zaman mənfi ictimai rəy formalaşdırmağa çalışan erməni təbliğatına növbəti sarsıdıcı zərbəni vurmuş oldu.Dövlətimizin başçısı Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağaların olmadığını bəyan etdi və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərlərindən konkret misallar gətirməklə belə bir iddianın tam əsassızlığını sübuta yetirdi. Prezident İlham Əliyev bir daha xatırlatdı ki, İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Dövlətimizin başçısı ermənilərin işğalda olmuş ərazilərdə törətdikləri vəhşilikləri, eləcə də minalanmış ərazilərin dürüst xəritələrin indiyədək Azərbaycana təqdim olunmamasını da diqqət mərkəzinə çəkib. Qeyd olunub ki, son 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda isə, Ermənistanın baş naziri onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, əlbəttə ki, yalan idi. Cəmi bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, belə xəritələr mövcuddur, lakin onları Azərbaycana verməkdən imtina edirdilər. Bununla Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və daha çox insanları ölümə məhkum edirdi. İşğalda olmuş ərazilərdə mövcud dağıntıların miqyası barədə aydın təəssürat yaratmaq üçün dövlətimizin başçısı hətta belə bir müqayisə də apardı ki, Azərbaycan hazırda Livanın ərazisinə bərabər ərazini bərpa etməlidir. Məhz belə bir ərazidə ermənilər tərəfindən misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq törədilib. 30 il ərzində işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu isə bütün bunları görməməyi üstün tutub. Prezident İlham Əliyev sülh naminə danışıqlar aparılmasının labüd olduğunu bir daha vurğuladı və ölkəmizin buna hazır olduğunu göstərdi. Lakin Ermənistan hələ də Azərbaycanın sülh çağırlşlarına cavab vermir”, - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.

AİA.Az
 
 
 
 
Aqiyə Naxçıvanlı: “Azərbaycan həm COVİD-19 pandemiyası, həm də “peyvənd millətçiliyi” ilə mübarizənin ön cərgəsindədir”

Bu gün bütün dünyanın bürümüş bir çox iqtisadi və siyasi sarsıntıların fonunda COVİD-19 pandemiyası hələ də ən təhlükəli qlobal təhdidlərdən biri kimi öz aktuallığını saxlayır. Bəşəriyyət hələ də bu bəladan qurtulmağın yollarını axtarır. Əlbəttə, iki il bundan əvvəlki dövrlə müqayisədə müəyyən irəliləyişlərə nail olunmuşdur. Xüsusilə ayrı-ayrılıqda götürülmüş bəzi ölkələrdə pandemiyanın dağıdıcı təsirini minimum səviyyəyə enrimək mümkün olmuşdur. O cümlədən Azərbaycan COVİD-19-la mübarizədə istər ölkə daxilində əldə edilmiş nəticələr, istərsə də iqtisadi cəhətdən daha zəif olan digər ölkələrə yardım göstərilməsi baxımından yüksək göstəricilərə malikdir. Bununla belə dünya səviyyəsində pandemiya ilə effektiv mübarizə sahəsində hələ də ciddi problemlər mövcuddur. Məhz elə bu baxımdan fevralın 25-də BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirələr xüsusi əhəmiyyət kəsb edən ali toplantı kimi dəyərləndirilməlidir. Məlum olduğu kimi, bu tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev həm milli kontekstdən, həm də Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxış edib. Ümumiyyətlə qeyd olunmalıdır ki, COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu danılmazdır və bu mənada Ümumdünya Səhiyyə Təşkilatının səyləri əlbəttə ki, əvəzolunmazdır. Eyni zamanda da BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsən, bu məsələlər ilə bağlı irəli sürdüyü çoxsaylı təşəbbüslər Pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Milli Məclisin deputatı qeyd edib ki, belə yüksək səviyyəli tematik müzakirələrin məhz dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi bir vaxtda keçirilməsi əlbəttə ki, təsadüfi deyil: “Məlumdur ki, Azərbaycan pandemiya ilə mübarizədə hər zaman dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Hətta bəzi inkişaf etmiş ölklər də koronavirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul ediblər. İkinci bir tərəfdən isə Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatı ötən dövr qarşılıqlı əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr də məhz Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-ə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı edib və təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə yardımı göstərib.”

Daha sonra Aqiyə Naxçıvanlı vurğulayıb ki, Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdən biri, bəlkə də birincisidir: “Prezident İlham Əliyev daim vaksinlərin ədalətsiz bölgüsünə qarşı qlobal səviyyədə çıxış edib.Həmçinin BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs də məhz dövlətimizin başçısına məxsusdur. Fevralın 25-də BMT Baş Assambleyasının tematik müzakirələrinin gedişində etdiyi çıxışında da Prezident İlham Əliyev bildirdi ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Dövlətimizin başçısı bu dəfə də konkret təkliflər irəli sürərək bildirdi ki, COVID-19 pandemiyası ilə effektiv mübarizəni təmin edə bilmək üçün bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir” – deyə Milli Məclisin deputatı fikirlərini tamamlayıb.

AIA.Az
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov