Xəbər lenti



Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Artıq 25 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

 

“Qafqazinfo” əlamətdar günlə bağlı uzun müddət milli təhlükəsizlik orqanlarında çalışmış Milli Məclisin deputatı, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevlə həmsöhbət olub.

Deputat qurumun tarixi, AXC, sovet və müstəqillik illərində fəaliyyəti, apardığı əməliyyatlar barədə danışıb: 

 

“Milli Təhlükəsizlik Nazirliyi sistemi, eyni zamanda Dövlət Təhlükəsizlik Komitəsi və yaxud təhlükəsizlik sistemindən danışarkən mütləq şəkildə ulu öndərin adı birmənalı şəkildə ən yüksək tribunalardan çəkilməlidir. Təsəvvür edin 1944-cü ildən başlayaraq əməliyyat müvəkkili vəzifəsindən 1969-cu ilə qədər Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər bütün mərhələləri keçmiş, bütün prosesləri yüksək səviyyədə həyata keçirmiş bir əməkdaşdan, bir rəhbərdən, bir generaldan söhbət gedir. Dövlət Təhlükəsizliyi Komitəsi sistemində ulu öndərin atdığı ən böyük addımlardan biri məhz həmin orqanın milliləşməsi idi”.

Müstəqillik illərində xüsusi xidmət orqanlarının fəaliyyəti

O, xatırladıb ki, Azərbaycanda müstəqillik illəri 1991-ci ilin noyabr ayına təsadüf edir: “1988-ci ildə erməni təxribatı, erməni təcavüzü başlayanda, Qarabağ məsələsi gündəmə gətiriləndən sonra xüsusi xidmət orqanlarının işi həddən artıq çox idi. 1988-ci ildən 1990-cı illərin ortalarına qədər bizim əməkdaşlarımız bir əsgər, bir zabit kimi əllərində silah ermənilərin təcavüzə məruz qoyduğu kəndlərin dinc əhalisinin qorunması ilə məşğul idi və paralel olaraq həm də kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətini həyata keçirirdilər. O vaxt xüsusi təyinatlı dəstə də var idi. Həmin xüsusi dəstəyə bütün əməliyyat sistemi də cəlb olunmuşdu və bu gün Dövlət Təhlükəsizlik Xidməti rəhbərliyində təmsil olunan şəxslərin çoxu o məktəbi keçmiş zabitlərdir, generallardır. 1991-ci ildən sonra istər dövlət çevrilişlərinin qarşısının alınmasında, ölkəmizdə törədilən terror aktlarının üstlərinin açılmasında və hazırlanan terror aktlarının qarşısının alınmasında istiqaməti çox idi”.

Xəbəri rus dilində oxuyun: Супруга Полада Гашимова получила должность

2016-cı ildən sonrakı dövr

Arzu Nağıyev qeyd edib ki, 2016-cı ildən başlayaraq kəşfiyyat və əks-kəşfiyyat demək olar ki, ayrıldı: Dövlət Təhlükəsizlik Xidməti və Kəşfiyyat işləri ilə məşğul olan Xarici Kəşfiyyat İdarəsi yaradıldı: “Hər iki qurum paralel olaraq yenə də dövlət, dövlətçilik və Ali Baş Komandanın müvafiq tapşırıqlarını həyata keçirmək üçün addımlar atır. Korrupsiya və rüşvətxorluğa qarşı da çox ciddi addımlar atıldı. Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi islahatların bariz davamı olaraq Dövlət Təhlükəsizlik Xidməti öz əməliyyatlarını həyata keçirdi. Bura həm anti-terror əməliyyatları, həm korrupsiyaya qarşı mübarizə, həm kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarının alınıb, ortaya qoyulması, hansısa dövlətlərin ölkəmizə qarşı atılacaq addımlarının qarşısının alınmasına dair məsələlər daxildir.

Yəni, birmənalı şəkildə Azərbaycan vətəndaşı hiss etdi ki, Azərbaycan dövlətinin suverenliyində, eyni zamanda təhlükəsizliyinə təhdidin qarşısının alınmasında və hər bir vətəndaşın rifahının daha da yüksəldilməsi istiqamətində DTX öz dəsti-xətti ilə, əməli və fəaliyyəti ilə gündəmdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xüsusi xidmət orqanları, Dövlət Təhlükəsizlik Xidməti, Kəşfiyyat Xidməti bütün proseslərdən üzüağ çıxdı. Post-münaqişə dövründə separatçıların həmin ərazidə qalması məsələsi gündəmdə idi və biz gördük ki, anti-terror əməliyyatı nəticəsində Azərbaycan ərazisində terror həyata keçirmək istəyən erməni terrorçuları həbs edildi”.

Deputat qurumun gələcək əməkdaşlarına arzularını da çatdırıb: “Vətəni, torpağı, xalqını, el-obasını sevmədən, bu vətənə bağlı olmadan bu qurumun əməkdaşı olmaq qeyri-mümkündür. Bütün məlumatların alınması, təhlili və onun gələcəkdə cinayət olub-olmamasını ortaya qoyaraq məsələni həll etmək - Bu, ciddi təfəkkür, ağıl, zəhmət tələb edir. Bilirsiniz onlar çox vaxt ailələrindən kənar olurlar, çox vaxt öz bildiklərini kiməsə danışa bilmirlər. Bütün bu proseslər çox çətin və şərəfli məsələlərdir. Mən gələcək əməkdaşlarımıza vətəni sevməyi, vətən üçün işləməyi, öz işinin şərəfini duymağı arzulayıram. Bugünkü bayram ərəfəsində mən milli təhlükəsizlik sisteminin – istər Dövlət Təhlükəsizlik Xidməti, istərsə də Kəşfiyyat Xidmətinin bütün əməkdaşlarını təbrik edirəm. Dünyasını dəyişmiş veteranlarımızın sağ qalan bütün ailə üzvlərini təbrik edirəm. Biz doğrudan da çiyin-çiyinə, şərəflə addımladıq. Bir məsələni də qeyd etmək istəyirəm ki, biz birlikdə güclüyük”. 

Eldar Tanrıverdi

Video: Pərvin Zeynal



Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin sülhməramlı əməıiyyatlar zonasındakı vəziyyətə dair növbəti bülletenində göstərilənlərə cavab olaraq yeni sərt bəyanatla çıxış edib.

Bəyanatda MN təəssüflə bildirir ki, Rusiya Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyil.Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

 

 

"Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb. Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir",-bəyanatda vurğulanır.

Azərbaycan tərəfi Rusiya tərəfinə xatırladır ki,  2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndinə əsasən “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

"Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir",-Azərbaycan MN bildirir.

Bəyanatda o da qeyd olunur ki, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

"Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kənd yoxdur. Qeyd edilən kəndin adı FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir", - MN bildirir. 



Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya Ayaz Mütəllibovun sabiq köməkçisi Anar Ağayev məlumat verib.


 
Kamaləddin Qafarov: “Prezidentimizin Novruz tonqallarını Qarabağda  alovlandırması ənənəyə çevrilir”

“Martın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər ediblər. Dövlət başçımızın işğaldan azad edilmiş bu bölgəyə səfəri də bir neçə açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olub. İlk növbədə Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyulması xüsusi qeyd olunmalıdır. Məlumdur ki, işğal dövründə ermənilər İslam dini abidələri, o cümlədən məscidlər, türbələr və digər inanc yerlərini xüsusi amansızlıqla dağıdıblar. Qarabağ ərazisində rəsmi fəaliyyət göstərmiş 67 məscidin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Bu misli görünməmiş vandalizm aktları bir daha erməni işğalçılarının vəhşi xislətini tam çılpaqlığı ilə bütün dünyaya nümayiş etdirmiş oldu. Lakin bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərini böyük vüsətlə həyata keçirməkdədir. Prezident İlham Əliyevin göstərişi ilə hazırda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Laçında digər tarixi-mədəni abidələrimizlə yanaşı, məscidlərimizin də bərpası və ya yenidən inşası həyata keçirilir. Martın 20-də ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlqoyma mərasimində iştirak etməklə xalqımızın və dövlətimizin öz milli adət-ənənələrinə, dini etiqadına və mənəvi irsinə sədaqətini yenidən vurğulamış oldular”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: “ Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. Azərbaycanın iqtisadi gücü və dövlət başçısının siyasi iradəsi işğaldan azad edilən ərazilərdə hərbi hissələrin yaradılmasını və onların ən müasir texnikalarla təchizatını mümkün edir. Ən önəmli məqamlardan biri də budur ki, ölkə ictimaiyyəti, bütün xalqımız dövlətin bu siyasətini birmənalı şəkildə dəstəkləyir”.

Milli Məclisin deputatı işğaldan azad olunmuş ərazilərdə idman və turizm kimi sahələrin də inkişaf etdirilməsinin vacibliyini və bu istiqamətdə mühüm addımlar atıldığını vurğulayayıb: “Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlqoyma mərasimində dövlət başçımız şəxsən iştirak etmişdir. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə idmanın inkişaf etdirilməsi də xüsusi əhəmiyyət kəsb edən bir istiqamətdir. Belə ki, xüsusən gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşmasında idmanın rolu olduqca önəmlidir. Ölkədə idmanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev bu siyasətin işğaldan azad olunmuş ərazilərdə də uğurla həyata keçirilməsinə ciddi şəkildə nəzarət edir. Bu baxımdan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı da ölkəmizin idman həyatında mühüm əhəmiyyət kəsb edən bir hadisə kimi qeyd olunmalıdır.”

Prezident İlham Əliyevin Azərbaycan xalqına Novruz bayramı münasibətilə ünvanladığı təbrik çıxışının eyni zamanda insanlarımızın yaradıcı ruhunun daha da yüksəlməsi üçün ən güclü stimul, həm də düşmənlərimizə ünvanlanmış növbəti sərt xəbərdarlıq mesajı olduğunu vurğulayan Kamaləddin Qafarov deyib: “Ölkə Prezidenti İlham Əliyevin Suqovuşan qəsəbəsindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti həm mənəvi, həm də siyasi aspektdən mühüm əhəmiyyət kəsb edən bir çıxışdır. Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdıqdan sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Novruz bayramlarını işğaldan azad olunmuş ərazilərdə qarşılamaları artıq bir ənənəyə çevrilir. Hamımız gözəl xatırlayırıq ki, ötən il dövlət başçısı bayram tonqalını Şuşada, Cıdır düzündə qalamışdı. Bu il isə bayram tonqalı Tərtər rayonunun Suqovuşan qəsəbəsində alovlandırıldı. Dövlət başçımızın xalqa ünvanladığı təbrik çıxışında da qeyd etdiyi kimi, Suqovuşan qədim Azərbaycanın tarixi ərazisidir. Azərbaycan xalqı bu ərazilərdə və bütün Qarabağda əsrlər boyu yaşayıb. Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur. Dövlət başçımızın dediyi kimi, bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Öz çıxışında Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, bu gün bütün bölgədə sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir. Bu bəyanatı, ilk növbədə, erməni separatizmini, erməni faşizmini hələ də dirçəltməyə çalışan qüvvələr diqqətə almalıdırlar. Onlar birdəfəlik bilməlidirlər ki, Azərbaycana qarşı hər hansı ərazi iddiaları Ermənistan üçün ən ağır nəticələrə səbəb ola bilər”.

AİA.Az
 
 
 
Rüstəm Nağıyev: “Bu gün Azərbaycan idmançıları dünyada qalib ölkəni təmsil edirlər”

Artıq xəbər verildiyi kimi, bu yaxınlarda 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında Azərbaycanın gənc güləşçiləri 7-si qızıl olmaqla ümumilikdə 16 medal qazanaraq komanda hesabında birinci yerə layiq görülmüşlər. Əlbəttə ki, bu çox yüksək nailiyyətdir. Çempionatda 34 Avropa ölkəsini təmsil edən güclü idmançıların iştirak etdiyini nəzərə alsaq, güləşçilərimizin həqiqətən də böyük uğura imza atdıqlarını aydın görərik. Təsadüfi deyil ki, martın 17-də gənc güləşçiləri qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmançılarımızın bu uğurunu çox yüksək qiymətləndirmişdir.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. 1997-ci ildə İlham Əliyev cənablarının Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilməsindən sonra ölkəmizdə idmanın inkişafında əsaslı dönüş baş verdi. Məhz həmin ildən Azərbaycan idmanı tamamilə yeni, daha yüksək və dinamik inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi.

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ötən illər ərzində idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı illərdə də davam edəcəyi bu gün heç kimdə şübhə doğurmur. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.

2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə ki, bu müharibədə Zəfər qazanmış Şanlı Ordumuzun da aparıcı qüvvəsi məhz vətənpərvər Azərbaycan gəncliyi idi. Artıq Azərbaycan idmançıları da dünyanın ən mötəbər idman arenalarında qalib ölkəni təmsil etmələrindən böyük qürur duyurlar. Heç şübhəsiz bu amilin özü də qələbələrə aparan yolda böyük bir stimuldur. Aydındır ki, bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də idman inkişaf etdiriləcək. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, artıq indidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır.

Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi ən müasir tələblər səviyyəsində inkişaf etdirilir. Bu prosesin daha da genişmiqyaslı olması üçün dövlətimiz tərəfindən bütün gərəkli addımlar vaxtında və qətiyyətli şəkildə atılır. Ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar sayəsində qarşıdakı illərdə Azərbaycan idmanı yeni, daha yüksək zirvələri fəth edəcək.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri



 
Kamaləddin Qafarov: “Novruz bayramı milli birliyimizin ən parlaq təzahürlərindən biridir”

“Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulmuş Novruz - bu əsrarəngiz bahar bayramı uzun illərin fasiləsindən sonra, 1969-cu ildən respublikamızda təntənə ilə qeyd olunmağa başlandı. Hələ 1994-cü ildə, Novruz şənliklərində iştirak edən ümummilli lider Heydər Əliyev xalqa müraciət edərək demişdi: “Novruz bayramı xalqın milli birlik, sarsılmaz dostluq və qardaşlıq bayramıdır. Ürəklərdən kin-küdurəti silib yerində sevgi, məhəbbət və sədaqət kimi saf duyğular cücərdən, bölümləri bütövlüklə, kədəri sevinclə əvəz edən, cəmiyyətdə xoş münasibətlərin meydanını genişləndirən bir bayramdır. Novruz uzaq minilliklərin o tayından çağdaş dövrümüzə qədər ağır təzyiqlərə sinə gərə-gərə, keçilməz maneələri yara-yara müstəqillik qazanıb. Bizim də qələbə yolumuz xalqın birliyindən keçir””.

Bu sözləri Novruz bayramı münasibətilə mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili Novruzun fəlsəfi əsaslarından danışaraq bildirib ki, bu bayram həyatın və yeniliyin ən mükəmməl rəmzidir: “Novruz sözünün mənası yeni gün deməkdir. Qədim dövrlərdən insanlar qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif mərasim və rituallarla qarşılayıblar. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır. Su çərşənbəsi qışda donmuş çayların baharın ilk nəfəsi ilə əriyib tədricən torpağı nəmləndirməyə başlamasına, od çərşənbəsi – günəşin torpağı isidərək, onu canlandırmasına, yel çərşənbəsi – artıq oyanmış torpağı, tumurcuqlanmağa başlayan gülləri, ağacları yaz ətirli mehlə hərəkətə gətirməsinə, torpaq çərşənbəsi – torpağın əkilib-becərilməyə hazırlığına işarə olaraq qeyd edilir”.

Milli Məclisin deputatı Novruz bayramının 2009-cu ildən UNESCO-nun qeyri-maddi irs siyahısına salınmasını bütün Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən bir hadisə kimi xarakterizə edərək deyib: “2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq ifadəsidir. 23 fevral 2010-cu ildən etibarən isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında hər il martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.”

Millət vəkili Prezident İlham Əliyevin yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını yüksək dəyərləndirdiyini xüsusi qeyd edib: “Ölkə Prezidenti cənab İlham Əliyev hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Bu təbriklərdən birində dövlətimizin başçısı demişdi: “Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir.”

Artıq ikinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını xüsusiş ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Ulu Öndər Heydər Əliyev hələ uzaq 1998-ci ildə demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini də yerinə yetirdi və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız bundan sonra həmin ərazilərdə Novruz bayramını min illiklər boyunca qeyd edəcəkdir!” – deyə Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

AİA.Az
 
 
 


Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.


17.03.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının YAP Aparat və Paylayıcı Elektrik Şəbəkəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

44 günlük Zəfər Müharibəsində qazanılan qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi.

Hesabat-seçki yığıncaqlarını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb,Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan ərazi təşkilatlarına

YAP Aparat ərazi partiya təşkilatına - sədr Mehdiyev Zaur Vahid oğlu, müavin Qasımov Rövşən Nəsimi oğlu.

Paylayıcı Elektrik Şəbəkəsi ərazi partiya təşkilatına - sədr Qurbanov Məhəmməd Mamed oğlu, müavin Alıyev İlqar Firuddin oğlu seçildilər.

Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşkilatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı.
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522749_n1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522738_n2.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522758_n3.jpg
 
 
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522749_n1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522738_n2.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522758_n3.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522678_n4.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522747_n5.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522730_n6.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522721_n7.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-03_1647522696_n8.jpg
 
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”



Milli Məclisinin deputatı, professor Eldar Quliyevin müsahibəsi


AİA.Az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

Eldar müəllim, ilk növbədə Sizi, eləcə də Sizin timsalınızda rəhbərlik etdiyiniz universitetin professor-müəllim heyətini, bütün kollektivini və tələbələrinizi qarşıdan gələn Novruz bayramı münasibətilə öz adımdan və təmsil etdiyim informasiya agentliyi adından səmimi qəlbdən təbrik edirəm. Əlbəttə ki, söhbətimizin gedişində xalqımızın ən qədim dövrlərdən qeyd etdiyi Novruz barədə də suallar yer alacaq. Lakin bundan öncə bu ilin əvvəlindən ölkəmizdə və dünyada cərəyan edən proseslərə dair oxucularımızı da maraqlandıracaq bəzi sualları cavablandırmağınızı istərdik. Təbii ki, son iki ildə ölkəmizdə baş verən demək olar ki, bütün hadisələr bu və ya digər şəkildə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizin təsiri altında formalaşır. O cümlədən Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Azərbaycanda Şuşa ili elan olunması da birbaşa bu qədim şəhərimizin işğaldan azad olunması ilə şərtlənən bir qərardır. Elə bilirəm ki, söhbətimizə də məhz bu mövzu ilə başlasaq yaxşı olar. Deyə bilərsinizmi bu qərarın Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

İlk növbədə birmənalı şəkildə qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu ilin yanvar ayının 5-də imzalanmış Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam sözün əsl mənasında tarixi bir sənəddir. Təsadüfi deyil ki, möhtərəm dövlət başçımız verdiyi bu tarixi qərar barədə ilk açıqlamanı da məhz 2021-ci ilin dekabr ayının 31-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində təqdim etdi. Çünki bu qərar təkcə Azərbaycan üçün deyil, eləcə də bütün dünyada yaşayan azərbaycanlılar üçün, hətta bütün Türk dünyası üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı bütün aspektlərdən baxdıqda xalqımız üçün qara bir ləkə idi. Ermənilər 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilmədilər. Təbii ki, eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular və bununla da ermənilərin Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoyuldu.

Sözsüz ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış bu Sərəncam bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini nümayiş etdirir. Digər tərəfdən isə, bu Sərəncam eyni zamanda istər Şuşada, istərsə də işğaldan azad olunmuş digər ərazilərimizdə aparılan quruculuq işlərinin daha böyük vüsət almasına səbəb olacaq. Bu barədə nə deyə bilərsiz?

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bilirsiniz ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu gün artıq bütün dünya bilir ki, işğal dövründə ermənilər tərəfindən Şuşada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirilmişdir. Bu qədim mədəniyyət beşiyində erməni vandallarının törətdikləri mədəni genosidin miqyası ölçüyəgəlməzdir. Lakin dediyiniz kimi, Vətən müharibəsinin nəticələri 30 il ərzində dünyaya təqdim olunan bütün saxta reallıqları kökündən dəyişdirdi. Tarixi ədalət bərpa olundu, azərbaycanlılar Şuşaya, Şuşa isə Azərbaycana döndü. Bu gün artıq işğaldan azad edilmiş Şuşanın yenidən dirçəlməsi istiqamətində möhtəşəm işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin son bir ildə Şuşa şəhərinə 7 dəfə səfər etməsi də burada bərpa-quruculuq işlərinin həyata keçirilməsinə, eləcə də tarixi-mədəni irsin bərpası və qorunması istiqamətində aparılan işlərə dövlətimiz tərəfindən xüsusi diqqət ayrıldığından xəbər verir. Bir məqamı da diqqətdən qaçırmayaq ki, 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması faktiki olaraq ötən ilin may ayında Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə qəbul olunmuş digər bir tarixi qərarın məntiqi davamı kimi nəzərdən keçirilməlidir. Dövlət başçısının imzaladığı hər iki Sərəncam Şuşa şəhərinin Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayan mühüm tarixi sənədlərdir və bu qərarların hər biri bundan sonra həm Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcək.

Eldar müəllim, yeri gəlmişkən paytaxtın ictimai-mədəni həyatında bu ilin ilk ayında baş vermiş daha bir əhəmiyyətli hadisə də Bakıda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı oldu. Bu hadisənin tarixi və mədəni baxımdan əhəmiyyətini necə qiymətləndirirsiniz?


Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı təkcə paytaxt Bakının deyil, eyni zamanda bütün ölkənin ictimai-mədəni həyatında xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Ölkə Prezidenti cənab İlham Əliyevin yanvar ayının 18-də abidənin açılışında şəxsən iştirak etməsi də bu hadisənin əhəmiyyətini bir daha vurğulamış oldu. Məlum olduğu kimi Zeynalabdin Tağıyev tarixdə, Azərbaycan xalqının yaddaşında ilk növbədə böyük xeyriyyəçi kimi qalmışdır. Məhz onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir ki, onların da arasında Bakıya təmiz içməli suyun gətirilməsi xüsusilə qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir və indinin özündə də Bakı və Sumqayıt şəhərlərinin bir hissəsini təmiz içməli su ilə təmin edir. Həmçinin Tağıyevin təhsil sahəsində göstərdiyi xeyriyyəçilik fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bircə bunu demək kifayətdir ki, müsəlman dünyasında ilk qızlar məktəbinin açılması o dövr üçün son dərəcə mütərəqqi bir hadisə idi. Abidənin açılışında etdiyi çıxışında Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların tikilməsinin də təşəbbüskarı məhz Tağıyev olmuşdur. Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir. Həmçinin Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Son dərəcə qürurverici haldır ki, bu gün Azərbaycanda Zeynalabdin Tağıyevin əsasını qoyduğu xeyriyyəçilik ənənələri uğurla davam etdirilir və bu ənənələrin ən böyük daşıyıcısı Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda ən böyük xeyriyyəçi qurum olaraq, artıq 20 ilə yaxın bir müddətdir ki, bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ etməkdə, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinin inkişafına misilsiz töhfələr verməkdədir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan bu gün daha çox tanınır və məhz bu amil ölkəmizə İkinci Qarabağ müharibəsi dövründə böyük köməklik göstərdi. Həmçinin bu gün Heydər Əliyev Fondu işğaldan azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Məlum olduğu kimi, Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu, “YAŞAT” Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsaitlər köçürürlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının xarakterik cəhətlərindən biri olub və bu ənənə ölkəmizdə hər zaman yaşayacaq.

Eldar müəllim, az öncə də qeyd olunduğu kimi, bu gün Azərbaycan bir qalib dövlət olaraq işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa-quruculuq işləri ilə məşğuldur. Eyni zamanda regional sülhün möhkəm və davamlı olmasında ən çox səy göstərən ölkə də məhz Azərbaycandır. Lakin cərəyan edən hadisələr belə deməyə əsas verir ki, bu gün Ermənistanda hələ də revanşizm xülyalarını bəsləyən, erməni faşizmini dirçəltməyə çalışan qüvvələr mövcuddur. Sizcə Azərbaycan belə tendensiyaların mümkün fəsadlarının qarşısını ala bilmək üçün kifayət qədər imkanlara sahibdirmi?

Xatırlayırsınızsa, Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibənin gedişində bu məsələyə toxunaraq xalqımızın heç vaxt erməni vəhşiliyini, erməni faşizminin cinayətlərini unutmayacağını bildirdi. Dövlət başçımız bir daha erməni faşizmini qidalandıran, onları dəstəkləyən qüvvələrə səslənərək qəti şəkildə bildirdi ki, biz qalib dövlətik və Azərbaycan erməni faşizminin bundan sonra heç vaxt baş qaldırmasına yol verməyəcək. Əslində bu bəyanat həm də sizin sualınıza tam və ən dolğun bir cavabdır. Bilirsiniz ki, Vətən müharibəsinin gedişində Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistanın cinayətkar ordusu hər zaman olduğu kimi dinc şəhər və qəsəbələrə hücumlar edir, mülki insanlar arasında tələfat törətməklə Azərbaycanı geri addım atmağa məcbur etməyə çalışırdı. Bu məqsədlə erməni faşistləri Mingəçeviri, Bərdəni, Tərtəri, Goranboyu, Ağdam və Füzuli rayonlarını, Naftalan şəhərini bombalayır, raket atəşinə tuturdular. Həmçinin İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq insanların həyatına son qoyub. Bu dinc şəhərdə 26 mülki vətəndaş namərd atəşi nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Amma ermənilərin Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi baş tutmadı. Bizi heç kim və heç nə dayandıra bilməzdi və bilmədi də. Azərbaycan Ordusu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Ermənistanın törətdiyi əməllər isə hərbi cinayətdir və bunu bütün dünya qəbul etməlidir. Yanvarın 30-da dövlət başçımızın Gəncədə təməini qoyduğu Memorial Kompleks də erməni faşizminin cinayətlərini hər zaman bütün dünyaya xatırladacaq. Bu yaddaş silinməməlidir və heç kim erməni vəhşiliyini unutmamalıdır. Azərbaycan erməni faşizminin ən kiçik təhdidinə dərhal ağır zərbə ilə cavab verməyə hazırdır və hər an bu hüququndan istifadə edə bilər. Dövlət başçımızın dediyi kimi, əgər Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilərsə, bu zaman o, yerindəcə məhv ediləcək və bunu hər kəs bilməlidir.

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumu keçirildi. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinin effektivliyini necə qiymətləndirirsiniz?

Deyə bilərəm ki, Ölkə Prezidenti cənab İlham Əliyev Gənclər Forumunda etdiyi çıxışında ölkə ictimaiyyətini, xüsusən də gəncləri maraqlandıran bir çox vacib məsələlər barədə son dərəcə önəmli açıqlamalar verdi. O cümlədən Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilmiş Azərbaycan Gəncləri Gününün bu sahədə həyata keçirilən dövlət siyasətinin effektivliyinə zəmin yaratmış əsas amillərdən biri olduğunu vurğulayan dövlət başçımız Azərbaycan gəncliyinin bugünkü fəaliyyətini də yüksək qiymətləndirdi. Bu yanaşma ölkəmizdə gənclər siyasətinin əsasında Heydər Əliyev ideyalarının durduğunu bir daha təsdiq edir. 25 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsi Ümummilli Liderin növbəti siyasi uzaqgörənliyi idi. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, həmin dövrdə gənclər problemi bəlkə də hakimiyyət strukturlarında yer almış insanların böyük əksəriyyətini ən az narahat edən, düşündürən məsələlərdən biri idi. Əlbəttə, bunun da öz səbəbləri var idi. Həmin vaxt Azərbaycan çox böyük, ciddi, problemlər qarşısında dayanmışdı. Nizami ordusu olmayan Azərbaycan Birinci Qarabağ müharibəsində xaricdən böyük maliyyə və hərbi dəstək alan Ermənistana məğlub olmuşdu. Bütün digər sahələrdə də vəziyyət çox ağır idi. Dövlət başçımızn da öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Bütün dünyada ermənipərəst qüvvələr Azərbaycan həqiqətlərini təhrif edir, regionda baş verən prosesləri dünya ictimaiyyətinə öz maraqlarına uyğun şəkildə təqdim edirdilər. İknci bir tərəfdən də ölkə iqtisadiyyatı tənəzzül içərisində, dağıdılmış vəziyyətdə idi. Ölkənin gələcəyi böyük sual altında idi. Yalnız 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin kontraktı” imzalandıqdan sonra Azərbaycanın gələcəyə böyük ümidləri yarandı. Bütün bunlara rəğmən Ulu Öndər Heydər Əliyevin ölkə üçün son dərəcə ağır və təcili həllini gözləyən bir çox problemlərin olduğu bir dövrdə məhz gənclər məsələsinə xüsusi diqqət ayırması əlbəttə ki, gələcəyə hesablanmış mühüm strateji addım idi. 1996-cı il fevralın 2-də Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Bundan bir il sonra isə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Dediyimiz kimi, həmin vaxt bu qərar bir çoxları tərəfindən anlaşılmazlıqla qarşılandı. Lakin tarix özü bir daha kimin haqlı olduğunu göstərdi və bu gün Azərbaycan cəmiyyəti həmin müdrik qərarın möhtəşəm nəticələrinin şahididir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və 2003-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək uğurla həyata keçirilən gənclər siyasəti bu gün öz möhtəşəm nəticələri ilə xalqımızın rifah yüksəlişinə, dövlətimizin güclənməsinə xidmət edir. Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi ölkəmizin, cəmiyyətimizin həyatında çox önəmli rol oynayır. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur. Azərbaycan gəncliyi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Bu, aktual məsələdir və öz aktuallığını heç zaman itirməyəcək.

ardı var...

Gununxeberi.az 
 
YAP Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

AİA.Az xəbər verir ki, 16.03.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Qaz İstismar İdarəsi, Çobankənd, Novoivanovka, Novosaratovka və Şahdağ ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

44 günlük Zəfər Müharibəsində qazanılan qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi.

Hesabat-seçki yığıncaqlarını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb,Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan ərazi təşkilatlarına

Qaz İstismar İdarəsi ərazi partiya təşkilatına - sədr Rəsulov Ramin Məhərrəm oğlu, müavin – Gözəlov Bayram Hüseyn oğlu.

Çobankənd ərazi partiya təşkilatına - sədr Bağırov Nizaməddin Valeh oğlu, müavin – Abdullayev İlqar Mahal oğlu.

Novoivanovka ərazi partiya təşkilatına - sədr Tağıyev Bahəddin Fəxrəddin oğlu, müavin – Nəcəfov İsmayıl Arif oğlu.

Novosaratovka ərazi partiya təşkilatına - sədr Tomuyev Cəlal Səməd oğlu, müavin – Musayev Elvin İsmayıl oğlu.

Şahdağ ərazi partiya təşkilatına - sədr Əliyev Ramiz Adil oğlu, müavin – Zeynalov Babək Əli oğlu seçildilər

Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşkilatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı.
 
 
 
 
 



Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib.

 

 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov