Xəbər lenti



Səbəbi Siyavuş Novruzov danışır

“123 nəfər YAP tərəfindən irəli sürülmüş namizədimiz vardı. 236 nəfər isə partiyanın qərarı olmadan öz hüquqlarından istifadə edərək, namizədliyini irəli sürmüşdü”.

Bunu Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Siyavuş Novruzovun deyib.

S. Novruzovun sözlərinə görə, onlardan 101 nəfər partiya tərəfindən namizədlər irəli sürüldükdən sonra öz namizədliyini geri götürüb: “135 nəfərlə isə söhbət aparıldı. Partiyanın Nizamnaməsində göstərilir ki, partiyanın qərarına hörmətlə yanaşılmalıdır. Partiyanın rəhbər orqanlarının çıxardığı qərarlar partiyanın üzvləri tərəfindən qəbul olunmalıdır. Eyni qaydada üzvlər üçün də bizim Nizamnamədə qeyd olunub ki, hər zaman partiyanın dəstəyindən istifadə edə bilər. Həmin şəxslər isə bizim öz namizədlərimizə alternativ yaradırdılar. Partiya uzun illər ölçüb-biçir, tədqiqat işləri aparır ki, hansı dairədən hansı şəxsin namizədliyi irəli sürülsə, qələbə çala bilər. Bunlar hamısı hesablanır. Bütün bunlarla bağlı tədqiqat aparıldıqdan sonra namizədlər irəli sürülür. Lakin 135 nəfər bu tələblə razılaşmadığı üçün partiyadan xaric edildi. Özü də həmin şəxslər Bakıda hansısa təşkilatdan idilər və müxtəlif rayonlarda namizədliyini irəli sürmüşdü. Həmin şəxslərə izah edildi ki, partiyanın bütün qüvvəsi partiyanın irəli sürdüyü namizədi dəstəkləmək üçün səfərbər olunub. Bir partiyadan iki namizəd çıxaranda seçicilər arasında çaşqınlıq yaranır. Bu baxımdan həmin şəxslər partiya sıralarından çıxarıldı. Hazırda onların böyük əksəriyyəti peşmanlıq keçirərək, bizə müraciətlər edirlər. Bu isə təşkilatların və Nəzarət-Təftiş komitəsinin işidir ki, həmin şəxslərlə bağlı qərar verəcək”. (APA)


 

Bizimaz.az: Moderator.az dünyaca məşhur şəxsiyyətlərin bilinməyən sirlərinin, hobbiləri və şəxsi keyfiyyətlərinin ictimaiyyətdən gizli saxlamağa çalışdıqları tərəflərinin oxuculara təqdimatına başlayır. İlk olaraq haqlı olaraq "Sirr dağarcığı" hesab olunan SSRİ rəhbəri Yuri Vladimiroviç Andropovu oxuculara daha da yaxından tanıtmağa çalışacağıq:

Ardını oxu...

“Pozuntulara yol verənlər cəzalandırılacaq”
12.02.2020 | 22:04
Oxunma sayı: 7929

 

"Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır".

"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, parlament seçkiləri rəqabət qabiliyyətli keçib:

"Parlament seçkiləri bir daha onu göstərdi ki,  bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə ən tənqidi mövqedən bizə yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meyilləri qəbul etməyə məcbur olublar. Və pozutulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alsın. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu onu göstərir ki, seçkilər rəqabət qabiliyyətli keçib. Rəqabət onda nədir? Bir dairədən əgər orta hesabla 10 nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdi. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Deyirlər ki, sərbəst toplaşma azadlığı təmin olunmayıb. Yalandır, olunub. Çünki indi müvafiq yerlərdə hər kəs sərbəst toplaşma haqqını icra edə bilər. Amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə. Ona görə seçki prosesi bütün demokratik meyarlara cavab verib. Heç kim deyə biməz ki, seçki prosesində hər hansı pozuntular olub. Və seçkilər günü də çox müsbət şəkildə seçkilər keçirildi. Əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq. Və bilirəm ki, Mərkəzi Seçki Komissiyası işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz özümüz də istəmirik ki, bu pozuntular olsun". 


Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs,yürütdüyü siyasət ölkə iqtisadiyyatının inkişafı,əhalinin firavan yaşayışı, ölkədə reallaşan layihələrın əsas amili Azərbaycan vətəndaşının uğurlu sabahına hesablanıb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov