Dünyada son ayların ən çox təşviş yaradan mövzusu, heç şübhəsiz ki, koronavirus epidemiyasıdır.
Bizimaz.az xəbər verir ki, bu günə qədər dünya üzrə koronavirus epidemiyasına 95 min 415 nəfər yoluxub. Bu rəqəmin 80 min 409-u Çinin payına düşür.
Koronavirus ümumilikdə 3285 nəfərin həyatına son qoyub. Bu da virusa yoluxanların cəmi 3,4 faizidir. Yəni, vəziyyət göründüyü kimi hazırda təqdim edildiyi qədər vahiməli deyil.
Qripin digər növləri koronavirusdan daha təhlükəlidir, lakin onlar haqqında bu qədər ajiotaj yaradılmır.
Koronavirusun qlobal səviyyədə təşvişə səbəb olmasını isə bir neçə səbəblə əlaqələndirmək olar.
1. Virusun yayıldığı yer
Virusun Çindən yayılması əslində çox şeydən xəbər verir. Ticarət və turizm mərkəzi olan Uhan şəhərində ilk dəfə virusun ortaya çıxması Çin kimi qlobal gücün dünyadan təcridinə gətirib çıxarıb. Demək olar ki, əksər ölkələr Çinlə iqtisadi və digər münasibətləri ya dayandırıb, ya da məhdudlaşdırıb. Nəticədə Çinə milyardlarla dollar ziyan dəyib.
2. Neft
Virusun yayıldığı andan bu günə qədər neftin qiyməti ümumilikdə 15 faiz azalıb. Neftin ucuzlaşması səbəbindən ixracatçı ölkələr 10 milyard ABŞ dollarına yaxın ziyana uğrayıblar. Bu isə bəzi dairələrin maraqlarına tam uyğundur.
3. Böyük şirkətlər iflasa sürüklənir
Koronavirus səbəbindən qlobal şirkətlərin hissə dəyərləri böyük itkilərlə üzləşib. Milyarderlərin sərvəti azalıb. Milyonlarla şirkət iflasla üz-üzə qalıb.
Qlobal maliyyə bazarını əlində saxlayan “üst ağıllar” da məhz yaranmış bu xaosdan istifadə edərək maliyyə gücünü əlində cəmləşdirirlər.
Siyahını daha da uzatmaq olar. Lakin bu 3 faktor yaranmış mənzərəni daha aydın izah edir.
Bütün bunları isə sadəcə bir vasitə ilə yaradırlar: TƏŞVİŞ
İnsanları təşvişə salaraq sabitliyi pozurlar, sosial-iqtisadi həyatı xaos vəziyyətinə gətirirlər. Bu kimi addımlar ölkələrin hökumətlərini təzyiq altında qoyurlar. İctimai təşvişi nəzərə alan hökumətlər bəzi addımlar atmaq məcburiyyətində qalır.
Doğrudur, qabaqlayıcı tədbirlər görmək və virusdan qorunmaq üçün maarifləndirici tədbirlər görmək mütləqdir. Lakin informasiya motorları vasitəsilə böyük təşviş yaradılması vəziyyəti daha da çətinləşdirir.
Ajiotaj yaradacaq xəbərlər daha çox sosial şəbəkələrdə yayılır. Nədənsə, sosial şəbəkələri yönləndirən insanlar koronavirusla bağlı pozitiv informasiyaları kənara qoyurlar, əhalidə qorxu yaradacaq əsasən də yalan xəbərləri yayırlar. Burada da xüsusi məqsəd özünü göstərmiş olur.
Məlumat üçün bildirək ki, daha öncəki illərdə SARS, İspaniya qripi kimi viruslar daha çox ölümə səbəb olub. Hətta adi qrip ötən il ABŞ-da 18 min insanın həyatına son qoyub.
Koronavirus isə mutasiya nəticəsində süni şəkildə ortaya çıxmış bir virusdur. Bu, daha çox psixoloji xəstəlikdir desək, yanılmarıq. Qoruyucu tədbirlər görərək bu virusdan yan keçmək və normal həyata davam etmək lazımdır.
BAKU.WS