Laçın rayonunun Suvarma sistemlərinə 380.384 min manat xərclənəcək.
Bizimaz.az Qlobal.az-a istinadən xəbər verir ki, bu məqsədlə Laçın Suvarma Sistemləri İdarəsi 3 lot üzrə dövlət satınalması həyata keçirib.
Suvarma Sistemləri İdarəsinin “Cari təmir üçün mal-materialların, mexanizmlərin və nasoslar üçün ehtiyyat hissələrinin satın alınması” lotu üzrə sifarişçi olduğu tenderin məbləği 297.512, “Avtomaşın ehtiyyat hissələrinin satın alınması” lotu üzrə 14.720, “Əsaslı təmir üçün mal-materialların və ehtiyyat hissələrinin satın alınması” üzrə 48.152 manat təşkil edib.
Hər üç satınalmanın qalibi “Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
“Ruzi” MMC 2002-ci ildə dövlət reyestrində qeydə alınıb.
10 manatlıq nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Piriyev Teymur Bünyad oğludur.