Xəbər lenti




2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin təməli qoyuldu. Nəinki Azərbaycan, eləcə də region üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyan bu layihənin istismara verilməsi isə 2017-ci ildə planlaşdırılır.

Uzunluğu 826 metrdən çox olan dəmir yolu xətti Bakını Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhəri ilə birləşdirəcək. Azərbaycan bu dəmir yolu vasitəsilə beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. BTQ dəmir yolu xətti ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaq.

Ümumilikdə, bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.


 



Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” oyunu böyük qalmaqala səbəb olacaq. Meydan sahiblərinin 3:1 hesabıyla qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov