Xəbər lenti




Özünəməxsus ənənələri olan Azərbaycan teatrı çox uzun, eyni zamanda mənalı bir yol keçmiş, hər zaman inkişaf etmiş, bu gün də inkişafdadır. Hazırda Azərbaycan teatrlarının fəaliyyəti Dövlət Proqramı çərçivəsində tənzimlənir. Teatrların təmiri, yenidən qurulması, müasir texniki vasitələrlə təchizi, eyni zamanda yaradıcı işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində çox böyük işlər görülür. Teatr xadimlərinin əməyinin stimullaşdırılması, onlara fəxri ad və mükafatların verilməsi də milli teatr sənətimizin inkişafına xidmət edir.

Dövlətimiz və xalqımız respublikamızın aparıcı sənət ocaqlarından biri olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının da əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirir. 17 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Akif Turan oğlu Məlikovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Akif Turan oğlu Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Akif Məlikov 18 mart 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirmişdir. Hələ tələbəlik illərindən komsomol orqanlarında çalışmış, Bakı şəhər Komsomol Komitəsinin təlimatçısı, Suraxanı rayon komsomol komitəsinin birinci katibi olmuşdur. 1976-cı ildə YİLKKİ MK yanında Ali Komsomol Məktəbini bitirmiş və Azərbaycan YİLKKİ MK-nın təlimatçısı vəzifəsinə təyin olmuşdur. 1977-1978-ci illərdə Ş.Məmmədova adına Opera studiyasının direktoru vəzifəsində işləmiədir. 1987-ci ildə A.Məlikov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilmişdir. Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A.Məlikovun rəhbərliyi altında Opera və Balet teatrı bu illər ərzində yüksək yaradıcılıq uğurları qazanmışdır. 1998-2006-cı illərdə A.Məlikov həm də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdır. 2000-ci ildə «Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi» adına, 2002-ci ildə «Hümay» mükafatına layiq görülmüşdür.

Yüksək təşkilatçılıq qabliyyətinə malik olan A.Məlikovun rəhbərliyi altında bu gün Opera və Balet Teatrında çox sağlam yaradıcılıq ab-havası hökm sürür. Teatrın bütün yaradıcı kollektivləri - vokal və balet truppaları, simfonik orkestr, xor kollektivi, eləcə də inzibati-texniki heyət canlı bir orqanizm kimi sıx birləşərək daimi yaradıcılıq axtarışında olub, fədakarlıq və ruh yüksəkliyi ilə çalışır. Bunun nəticəsidir ki, teatr bütün sahələr üzrə yüksək göstəricilərə nail olur. Bütün kollektivin ali məqsədi isə tamaşaçılara hər zaman ən yüksək tələblərə cavab verən, onlara yüksək zövq aşılayan dəyərli səhnə əsərləri təqdim etməkdir.

Akif Məlikovun mahir təşkilatçılığı sayəsində Azərbaycan balet truppasının dünyanın aparıcı teatrlarının səhnələrində çıxışları böyük əks-səda doğurmuş, tamaşalara yüksək qiymət verilmişdir. Yaradıcı kollektivlərin qastrol səfərlərinə dəstək göstərilməklə yanaşı, teatrın simfonik orkestrinin maddi-texniki bazasının möhkəmlənməsi ilə bağlı da əhəmiyyətli işlər görülüb. Teatrın simfonik orkestri xaricdə keçirilən çox mötəbər beynəlxalq opera sənəti festivallarına dəvətlər alır. Orkestr festivallarda dünyanın ən məşhur bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarlarının da musiqilərini uğurla ifa edərək, tələbkar Avropa dinləyiciləri qarşısında həm də Azərbaycan mədəniyyəti və incəsənətinin xaricdə geniş təbliğatına xidmət edir.

Teatrda gənclərlə iş yüksək səviyyədə qurulub. Teatrın gənc vokalçıları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dünyanın müxtəlif musiqi akademiyalarında təhsil alırlar.

Akif Məlikovun rəhbərlik etdiyi teatrın səhnəsində xaricdən dəvət olunmuş, sənətsevərləri heyran edən çoxlu sayda dünya şöhrətli balet ulduzları çıxış etmişlər. Balet və vokal solistləri, dirijor, baletmeyster və rejissorların fərdi şəkildə dəvət olunması ilə yanaşı, başqa ölkələrin opera və balet teatrları ilə ikitərəfli əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Memorandumlar musiqi sənəti, teatr-quruluş fəaliyyəti sahələrində mübadiləyə, ayrı-ayrı solistlərin və yaradıcı kollektivlərin qastrollarının təşkil edilməsinə, teatrların aparıcı mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilməsinə, dirijor, rejissor və rəssamların mübadiləsi sahəsində əməkdaşlığa, musiqi və teatr həyatı sahəsində informasiya mübadiləsinin reallaşmasına xidmət etmişdir.

Akif Məlikov mədəniyyətin dövlətin diqqət mərkəzində olduğunu həmişə vurğulamış, ölkə prezidentinin teatr sənəti ilə bağlı imzaladığı fərman və sərəncamları Azərbaycan incəsənətinin inkişaf strategiyası kimi səciyyələndirmişdir.

Çox hörmətli Akif müəllimi 70 illik yubileyi və yüksək dövlət təltifinə layiq görülməsi münasibətilə təbrik edirik, ona uzun ömür, can sağlığı arzulaıyrıq. İnanırıq ki, Akif Məlikov dövlətimizin başçısının göstərdiyi etimadı doğrultmaq üçün bundan sonra da bütün qüvvə və bacarığını milli mədəniyyətimizin inkişafına və çiçəklənməsinə sərf edəcək.

Zaur Vəliyev

24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
18 Yanvar 2023 İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarır
18 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan enerji sahəsində geniş imkanlara malikdir”
19 Dekabr 2022 Sərvətlərimizin talan edilməsi yolverilməzdir
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov