Xəbər lenti



Son vaxtlar sosial şəbəkələrdə bəzi məmurların xarici ölkələrdə əmlaklarının siyahıları nümayiş olunur.  Müxtəlif xarici ölkələrdə  hansısa məmurun oteli, ofisi, villasının olduğu bildirilir. Düzdür, bu məsələlərdə adları cəkilən məmurlardan bəziləri yayılan xəbərləri yalan adlandırsada, bəziləri hələ də bugünədək susur.  

 Redaksiyamıza Göranboy rayonunda uzun illər calışan məmrlardan biri ilə bağlı maraqlı faktlar daxil olub. Belə ki, həmin məlumatda bildirilir ki, cəbhə rayonu olan Göranboyda uzun illərdir işləyən məmurlardan biri bu yaxınlarda rayonun Borsunlu kəndində, Bakı-Qazax magistral yolunun on metrliyində  özünə “Cinar” şadlıq sarayı tikdirib. Şadlıq sarayı biznesinə girişən bu məmurun rayonun Goran adlanan ərazisində icarədə olan başqa biznes obyektlərinin də olduğu bildirilir.



Dəfələrlə ölkə başcısı İlham Əliyev cıxışlarında məmurların şəffaf şəkildə işləmələrini,sahibkarlığa şərait yaratmağı məsləhət gördükdə nədənsə “Cinar” şadlıq sarayının rəhbərliyi prezidentin bu tezislərini unudub. Deyilənə görə bu məmur özü bu kənddən olmasa da həmin ərazidə digər sahibkarlara şadlıq evi tikməyi yasaq edib. Dəfələrlə kənd sakinləri kecmiş icra başcısı Nizaməddin Quliyevə bu barədə müraciət etsələrdə həmin məmur ilə icra başcısının sıx münasibəti olduğu ücün rədd cavabı alıblar.

Aldığımız məlumata görə ölkə başcısının sərəncamı ilə rayona yeni təyin olunan icra başcısı Məhərrəm Quliyev kecmiş sələfinin dövründə sahibkarlara verilən sərəncamların döğrü-düzgünlüyünü yoxlamaq ücün tapşırıq verib. Və bundan sonra rayonda böyük nüfüza malik “Cinar”şadlıq sarayının əsl sahibi olan məmur təşvişə düşüb. Təkcə şadlıq sarayının tavanına külli miqdarda vəsait xərcləyən məmurun təşvişə düşməsinin səbəblərindən biri də


budur.

Məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qanunla yasaq olması xatirinizdədir. Cox təəssüf ki, bəzən bəzi məmurlar öz şəxsi mənafeyləri naminə bunları unudur. Hətta qanunları elə şəkildə pozurlar ki, azyaşlı məktəbliləri özlərinin sahibi olduqları obyektlərdə əməyini istismar edirlər. Hec bir əmək müaviləsi olmadan işlətdikləri işcilər ilə görəsən Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerlərdəki əməkdaşları niyə məşğul olmurlar? Bəlkə onlarda belə sahibkar-məmurlardan qorxurlar?

P.S. Yazı capa gedərkən redaksiyamızın əməkdaşı Göranboy rayonunda olub və bu mövzuda daha ətraflı faktlar əldə edib.Əməkdaşımız kecmiş icra başcısının dövründə haqsızlıqla qarşılaşmış bir necə sahibkarlarla görüşüb. Bu məsələ ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da cəhdimiz baş tutmadı. Odur ki, qarşı tərəfin, həm icra hakimiyyətinin, həm də adı çəkilən " Çinar" şadlıq sarayının rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

 Ətraflı gələn sayımızda.

“Bizimaz.az”


Təəssüflər olsun ki, son zamanlar həmişə müqəddəs saydığımız məktəbi, müəllimi hörmətdən salmaq istəyənlərə rast gəlinir.
Məktəbin, müəllimin ünvanına yerli-yersiz hədyanlar səsləndirilir. Təəccüblüdür ki, belələrinin arasında özünü hətta "təhsil fədaisi" kimi təqdim edənlər də tapılır. Adama deyərlər, əgər ziyalısansa, içində işıq varsa, təhsilin inkişafına dair tövsiyələrini paylaş, səmərəli hesab elədiyin fikirləri bölüş, təkliflərini irəli sür. Yenə də təəssüf ki, xalqın bir çox üzdə olan ziyalısı bu vəziyyətə susur, cəmiyyətin öndə gedən aydınları məktəbin, müəllimin məruz qaldığı hücumları sakitcə izləyir, seyrçi mövqeyində qalırlar. Axı məhz onlar müəllimin müdafiəsinə qalxmalı, səslərini ucaltmalı, təhsil işçilərini hədəfə alan ünsürləri yerində oturtmalı, Təhsil Nazirliyini və təhsil ictimaiyyətini bu meydanda tək qoymamalıdırlar.

Ardını oxu...

İşinin Sərrafı

... Qara dəri üzlüklü qeyd dəftərini açıb, təmiz səhifəyə çevirir. Bir neçə vacib qeydi yazıb, dəftərini bağlayır və rəfdə həmişəki yerinə qoyur...

Əslində, bu, onun üçün sadə qeyd dəftəri deyil. Həyat kitabçasıdır... Qarşısına qoyduğu məqsədləri, hədəfləri, qazanmağı planlaşdırdığı uğurları qeyd etdiyi kitabça... Çıxdığı ömür yoluna işıq tutan yazılı mayak...

O dəftərdə nələr yoxdu ki? Orta məktəbi bitirəndə daxil olacağı universitetin və fakültənin adını əvvəldən qeyd etmişdi. Elə yazdığı kimi də olmuşdu. Sonra iş həyatına başlayanda da çalışmaq niyyətində olduğu, arzuladığı, hədəflədiyi yerlərin adını dəftərinə yazırdı. Məsələn, çalışdığı vəzifədə bir addım irəli gedəcəyini 3 ay öncədən qarşısına məqsəd qoyub, kitabçasının bir səhifəsinə həkk etmişdi. Hətta Prezident Administrasiyasında işləyəcəyinin qeydi belə, xeyli müddət əvvəl o kitabçada vardı...

Amma bu, nə uzaqgörənlikdi, nə də öncəgörücülük. Beynində qurduğu həyat alqoritmində çatacağı hədəfləri dəqiq göstərmək bacarığıdır sadəcə... Özünə çizdiyi ömür xəritəsidir... Uğur formuludur...

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dillər Universitetində rektorun İctimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov (Sərraf Balaxan) özünün "Uğur formulu”nu açıqlayır.

 

Əlaçı tələbənin Heydər Əliyev mükafatı

 Sərraf Balaxan oğlu Hüseynov 1986-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. 2004-cü ildə kənd orta məktəbini bitirib və elə həmin il Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə daxil olub və həyatının ilk hədəfinə çatıb.

- Ali təhsil mənim ilk böyük hədəfim idi. Eyni zamanda Prezident təqaüdü almağı da hədəfləmişdim. Lakin topladığım bal təqaüdə düşmədi. Buna görə o qədər təəssüfləndim ki, kədərim universitetə daxil olmaq sevincimi üstələdi. Amma 2-ci kursda oxuyanda sevindirici hal baş verdi. Universitetin ovaxtkı rektoru Kamal Abdulla təhsildə yüksək göstəricisi olan və müvafiq müsabiqəni keçən tələbələrə Heydər Əliyev mükafatı təsis etdi. Mən də hazırlaşdım, müsabiqəni keçdim, qiymətlərim də yüksək olduğuna görə mükafata layiq görülənlərdən biri oldum. Universiteti bitirənə qədər həm Heydər Əliyev mükafatı, həm də əlaçılıq təqaüdü aldım. O vaxt üçün yaxşı məbləğ idi. Artıq valideynlərimin maddi dəstəyinə ehtiyacım qalmadı. Aldığım məbləğ həm şəhərdə qalmaq, həm də yaşam xərclərimə kifayət edirdi. 1-ci kursda oxuyanda Texniki Universitetin yataqxanasında qalırdım. Təqaüd alandan sonra sinif yoldaşımla birlikdə kirayə evə köçdüm. Bakının demək olar ki, hər yerində kirayə qalmışam. Köçmək üçün də elə ağır yüküm olmurdu. Tələbəyə lazım olan əşyalar - bir dəst yorğan-döşək, bir çanta paltar və kitablarım...

 "Kənd mənim enerji mənbəyimdir”

 18 il kənddə yaşayan, kəndin saf, təmiz mühitinə öyrəşən gənc üçün şəhər mühitinə alışmaq əvvəl-əvvəl asan olmur. Amma bunun da öhdəsindən tez bir zamanda gəlməyi bacarır.

- Mənim düşüncəmdə şəhərdə ən böyük çətinlik evin olmamasıdır. Ay bitməmiş ev yiyəsinin kirayə pulunu istəməsi insanı ən çox sıxan nəsnədir. Sonradan bu sıxıntıdan azad oldum. Şükürlər olsun ki, tələbəlikdə nail olmasam da, sonradan çalışdım, işlədim, özümə ev aldım. Bir də kənddəki insanlar arasındakı münasibətlərdəki saflığı, təmizliyi şəhərdə görmədim. Bu, əvvəllər mənə çətin gəlirdi. İlk iş həyatıma başlayanda atama dedim ki, insanların qeyri-səmimi münasibətindən, rəftarından işləyə bilmirəm. Dedi, narahat olma, öyrəşəcəksən. Öyrəşdim də. 18 il kənddə yaşamağıma baxmayaraq, şəhər qayda-qanunlarını tez əxz etdim. Necə deyərlər, şəhərin nəbzini tuta bildim. Amma onu da deyim ki, mən kənd həyatından ayrılmamışam. Kənd saf, təmiz yer və enerji mənbəyi olaraq həmişə yaddaşımdadır. Valideynlərim, bacım, qardaşım orada yaşayır. Ayda bir dəfə mütləq kəndə gedirəm. Şəhər insana enerji vermir, bütün enerjisini dartır alır. Mənim də işləmək, nəsə yazmaq, bir iş görmək üçün enerji mənbəyim kənddir. Gedim kəndə, ayağım o torpağa dəysin, vəssalam - bütün enerjimi toplayıram, sanki batareyam dolur və şəhərdə bir ay rahat işləyə bilirəm.

  

Müəllimlikdən Prezident Administrasiyasına...

 

 

Sərraf Balaxan hələ tələbə vaxtı universitetdə müxtəlif ictimai işlərdə, gənclər təşkilatı sahəsində çalışıb, bir çox QHT-lərlə əməkdaşlıq edib. İlk iş həyatına isə təhsil aldığı Bakı Slavyan Universitetinin lisey kompleksində başlayıb. Müəllim kimi...

- Universiteti bitirəndə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmək təklifi aldım. Ancaq sevdiyim, özümü rahat hiss etdiyim müəllim peşəsindən tez bir zamanda ayrıldım, çünki məvacib çox az idi. YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızından gələn təklifi qəbul etdim. 2008-2011-ci illərdə orda işlədim. Sağ olsun rəhbərlik, fəaliyyətimi yüksək dəyərləndirdi. YAP Gənclər Birliyi ofisi yaradılanda məni ora rəhbər təyin etdilər. YAP icra katibi, Baş nazirin müavini Əli Əhmədov məni qəbul etdi, belə bir vəzifəni həvalə etdiyini bildirdi. Böyük məmnuniyyətlə və şərəflə qəbul etdim. 2013-cü il prezident seçkilərində gənclər hərəkatının əsas kordinatorlarından biri oldum. Partiyanın qurultayında Prezident İlham Əliyev qarşısında çıxış etdim. Düşünürəm ki, üzərimə düşən missiyanı şərəflə və vicdanla yerinə yetirdim. 2014-cü ildə isə Prezident Administrasiyasında işləməyə başladım. Həmin il Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin olundu. Orada mənə də iş təklif etdi. Partiya rəhbərliyinin də razılığı ilə təklifi qəbul etdim. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin məsləhətçisi, dövlət qulluğunun kiçik müşaviri oldum. 2017-ci ildə Kamal Abdulla Azərbaycan Dillər Universitetinə rektor təyin olunanda yenidən mənə burada iş təklif etdi. Burada öncə tərbiyə işləri üzrə prorektor vəzifəsini icra etdim. Hazırda rektorun ictimai məsələlər üzrə müşaviri, tələbələrlə iş və tərbiyə şöbəsinin müdiriyəm.

Bilirsiniz, təkcə mən deyil, bu gün yüzlərlə layiqli gənc ölkəmizdə müxtəlif vəzifələrdə çalışır, böyük məsuliyyət tələb edən sahələrə rəhbərlik edirlər. Bu gənclərin həyat yolunun da belə olmasında mən bir əsaslı səbəb də görürəm. Bu ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə olan böyük etimadının bu gün Prezidentimiz, gənclərin ən yaxın dostu və güvənc yeri cənab İlham Əliyev tərəfindən də davam etdirilməsidir. Düşünürəm ki, Prezidentimizin gənclərlə bağlı imzaladığı proqramlar, gəncliyə müraciətləri və yüksək məsul vəzifələri onlara etibar etməsi müasir Azərbaycan gəncinin uğur formulunun ən universal açarıdır. Və təbii ki, məhz bu açar mənim uğur yolumda olan qapıların da qıfılında iz qoyub.

 ASAN-dan öncə Heydər Əliyev Fondu modeli var

 

 

Deyir, tələbələrlə iş onun üçün asandır, çünki tələbə həyatından hələ də ayrılmayıb. Magistraturadan sonra 2011-2015-ci illərdə Bakı Slavyan Universitetində doktorantura təhsili alıb. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə 2-ci magistr təhsilini də başa vurub. Hazırda "Postsovet dövr Azərbaycan nəsrində antik-mifoloji yaddaş” adlı dissertasiya üzərində işləyir.

- Mən həm də Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında müəllim işləyirəm. Müstəqillik dövrü ədəbiyyatımızı tədris edirəm. Bu fənnin proqramını da özüm yazmışam. Tələbələrlə sıx ünsiyyətdəyəm, dost kimiyik. Qapım üzlərinə hər zaman açıqdır. Nə vaxt istəsələr, gələ bilərlər. Hamısı məni özünə dost, qardaş bilir. Ürəklərini mənə açmaqlarından, müraciətlərindən hiss edirəm ki, etibarlarını qazana bilmişəm, onlarla prorektor, şöbə müdiri yox, dost olmağı bacarmışam. Kimisinə dost, kimisinə qardaş, kimisinə həmsöhbət olmağı bacarmağın özü düşünürəm, böyük bir işdir. Ümumiyyətlə, rəhbər şəxslə işçi və ya tələbə ilə müəllim arasında olan münasibətləri sahmana salmaq zamanı çoxdan yetişib məncə. Ölkəmizdə məmur-vətəndaş münasibətini nizamlayan "ASAN xidmət” modelindən əvvəl, bir Heydər Əliyev Fondu modeli də var axı! Azərbaycan insanı Heydər Əliyev Fonduna rəsmi idarədən daha çox onlara zaman ayıran, onları dinləyən və etdiyi müraciəti cavabsız qoymayan, onlara kömək edəcəyindən zərrəcə şübhəsi olmayan bir ünvan kimi baxır. Təbii ki, bu ünvanı formalaşdıran Birinci vitse-prezidentimiz, fondun rəhbəri Mehriban xanım Əliyeva faktorudur. Məhz bu kimi faktorlar mənim işimdə kimlərdənsə və ya hansısa idarədə səlahiyyətli şəxslə vətəndaş münasibətindən nümunə götürməyimə səbəb olur. Kimliyindən asılı olmayaraq sənə yüyürən insanlara qucağını bacardıqca böyük açmalısan.

 

 

"Az yatmaq, çox oxumaq, təmiz işləmək”

  

Sərraf Balaxan uğur qazanmağın yolunu çalışdığı sahənin savadlı və əvəzsiz peşəkarı olmasında görür. Necə deyərlər, gərək işinin sərrafı olasan. Uğur düsturu isə belədir - az yatmaq, çox oxumaq, təmiz işləmək.

- Kənddə böyüyən, atası zəhmət adamı, anası orta təhsilli evdar xanım olan ailənin övladı, şəhərdə bir arxa-dayağı olmaya-olmaya, özünə yol yaradıb, hətta Prezident Administrasiyasında işləyib. Bu, həqiqətən asan keçilən yol deyil! Bu yolda nəsə çətinlik, maneə olubsa da, dəf edə bilmişəm. Prinsipim ondan ibarətdir ki, istənilən işi ləyaqət və vicdanla yerinə yetirməliyəm. Nəyisə bilirəmsə, mükəmməl şəkildə bilməliyəm. Və kiməsə nəsə edirəmsə, təmənnasız etməliyəm. Bu, mənim formulumdur.

Azərbaycan reallığında uğur qazanmaq, nailiyyət əldə etmək üçün sadəcə öz sahəndə savadlı və əvəzsiz olmalısan. Hansı sahədə, harda olmağından asılı olmayaraq ixtisasını mükəmməl bilməli və gördüyün işdə rəqib tanımamalısan. Yeganə çətinliyim odur ki, sutkada 5 saat yatıram. Şənbə, bazar da 5 saatdan artıq yatmıram. Hər gün kitab oxuyuram. Daim oxuyur, öyrənir, araşdırıram. Uğur düsturum - az yatmaq, çox oxumaq, təmiz işləməkdir! Biliyim, bacarığım və qarşıma çıxan yaxşı insanlar sayəsində indi olduğum yerə yüksələ bilmişəm. Uğur yolumda ilk növbədə, bütün müəllimlərimə borcluyam. O sırada müəllimim Kamal Abdullanın, YAP sədrinin müavini Əli Əhmədovun və YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının adlarını xüsusi çəkməliyəm. Onlar qabiliyyətimi görüb mənə əl uzadıblar, iş etibar ediblər. Mən də vicdanla o işin öhdəsindən gəlməyə çalışmışam.

S.Balaxan uğur qazanmasının daha bir yolunu da açıqlayır. Deyir, məqsədini, hədəfini mütləq dəftərində qeyd et ki, daim gözünün önündə olsun. Yəni uğurun alqoritmini əvvəldən qurur və ona uyğun hərəkət edir.

... Qara dəri üzlüklü qeyd dəftərini açıb, təmiz səhifəyə çevirir. Növbəti qeydini yazıb, dəftəri bağlayır və rəfdə həmişəki yerinə qoyur...

O səhifədə hansı hədəfin qeyd olunduğunu isə zaman göstərəcək...

 

Xəyalə MURADLI,

"Azərbaycan”





70 yaşlı babanı 4 yaşlı nəvəsinin gözü qarşısında sürüdülər

Redaksiyamıza Gəncə şəhər sakini,70 yaşlı Həsən Avşarov aprel ayının 6-da yanında olan 4 yaşlı nəvəsinin gözü qarşısında Bakıdan Gəncəyə gedən zaman Bakı Beynəlxalq Avtovağzal  Kompleksində başına gələn xoşagəlməz hadisə ilə bağlı şikayət məktubu ünvanlayıb.

Şikayətci məktubunda bildirir;

-    06/04/2019 – ci il tarixdə mən 4 yaşlı nəvəm ilə Gəncə şəhərinə saat 10:00 da çıxan avtobus ilə getməli idim, bunun üçün biz Bakinın avtovazqalına saat 09:20 – də gəldik və kassaya yaxınlaşaraq “slujebnı” yerlərdən ( ön sıradan) bilet almaqi istədim.Lakin  kassir mənə 9-10 ci yerləri təklif etdi və  mən də pul verib həmin yerləri aldım.

Sərnişinin hüquqları;

10.1.1. marşrut üzrə gediş biletini əldə etmək, avtonəqliyyat vasitəsinin salonunda biletdə göstərilmiş yeri, biletdə yer göstərilmədikdə isə boş yeri tutmaq və gedişi həyata keçirmək;

Əvvəllər avtobusun otracaqlarının 1 – ci sırası nömrələnmirdi və kassada da satılmırdı. Mənim yeni qaydadan xəbərim yox idi ki, artıq avtobusun otracaqlarının 1 – ci sırası da nömrələnib satılır.

Bu səbəbdən mənim 4 yaşında yanımda olan nəvəmlə 3 və 4 – ci yerlərdə oturdum ki, sahibi gələrsə durub öz yerimə keçim.

Bu vəziyyətdə avtovağzalın dispetçeri Əzizağa adlı şəxs gəldi və  məni 3 və 4 – ci yerdən durmağımı tələb etdi. Mən oturduğum  yerin sahibini gözləməyimi səbəb gətirərək yerimi dəyişmədim.

Əzizaqanın fikrinə və istəyinə görə biz dərhal yerimizi dəyişməli idik, Lakin bunu etmədim, bildirdim ki, siz bu məsələyə müdaxilə etməyin.Sərnişin gəlsə biz oz aramızda həll edərik.

Lakin Əzizağa öz ampulasında idi və 4 yaşlı nəvəmin yanında hec bir etikaya sığmayaraq ustumə qışqıraraq məni təhqir etməyə başladı. Əzizaqa salahiyətini aşaraq bu məsələdən ötəri PPX işçilərini çağırdı. Bu zaman başa düşdüm ki, digər sərnişin həmin yerə artıq pul verib deyə Əzizağa  da hec bir milli mənəvi dəyərlərə sığmayan hərəkətlər edir.

Polisə əməkdaşlarına da həmin fikirlərimi dedim və onlar da Əzizağanın dediklərini deyirdilər. Həm polis əməkdaşları, həm də Əzizağanın özü  mənə güc tətbiq etməyə başladılar.Belə olan halda mən telefonun görtürüb onların bu qanunsuz əməllərini cəkmək istədim.

Avtobus saat 10:00 da avtovagzaldan çıxmalı idi, mən isə yerimi dəyişmirdim ki, həmin yerin sərnişini gəlsin.  4 yaşlı nəvəm isə bizə baxıb ağlayırdı..Bütün sərnişinlər onların bu əməllərini pisləyib deyirdilər ki, görmürsünüz uşaq nə vəziyyətdədir.Əl cəkin bu ağsaqqaldan. Lakin onlar bütün bunlara baxmayaraq məni nəvəmin yanında sürüyərək avtobusdan düşürdülər.Polislər bizi maşına mindirib polis bölməsinə dəvət etdilər. Və onların əsas məqsədi lentə aldığım videonu telefonumdan silmək idi.

Nahəyyət  10:30 – da növbəti avtobusa gəldi. Təxminən bizim avtobusun bütün biletləri satılmışdı. Amma növbəti avtobusa minmək ücün gələn 2 nəfər sərnişinə 3 və 4 – cü yerlərin biletlərini satdılar. Biletlər mənə təqdim edildikdən sonra stress icərisində olan nəvəmi götürüb 9 və-10 cu yerə kecdim.

Lakin məsələ bunula bitmədi, polis və avtovağzalın mülki geyimdə olan savadsız , insanlığa yaraşmayan əməkdaşları məndən telefonu tələb edirdilər. Mən isə  telefonu onlara verməkdən imtina etdim.

Belə olan halda polis və mülki  mühafizəcilər yenə məndən əl cəkmədilər. Öz yerimdə oturduğum halda avtobusu kənara cəkib məndən telofonumu tələb edirdilər. Yəqin ki, belə bir hadisəni təsəvvürünüzə gətirirsiniz? Bir tərəfdən polis əməkdaşları, digər tərəfdən mülki geyimli mühafizəcilər, figər tərəfdən isə Əzizağanın təzyiqi. Bir tərəfdə də stress yaşayan 4 yaşlı ağlayan körpə. Ətrafda olan insanlar da onların bu əməlini pisləyirdilər.

70 yaşlı babanı 4 yaşlı nəvəsinin gözü qarşısında perronda sürüyə-sürüyə telefonunu əlindən alınması və məndən icazəsiz telefonumun bütün videolarını silməsinə nə ad vermək olar?

Avtovağzalın rəhbərliyi yəqin ki belə işçiləri saxlamaqla çirkin əməllərini ört-basdır etməklə məşğuldur.Rəhbərliyin icazəsi olmadan onlar sərnişinə qarşı belə hərəkətlər etməzdilər.

Sərnişinin hüquqları

10.1.1. marşrut üzrə gediş biletini əldə etmək, avtonəqliyyat vasitəsinin salonunda biletdə göstərilmiş yeri, biletdə yer göstərilmədikdə isə boş yeri tutmaq və gedişi həyata keçirmək;

Şəhərlər arası sərnişin daşınmada istifadə olunan avtobuslar buraxılış ilinə,texniki və sanitar vəziyyətinə görə heç də hamısı tələblərə uyğun olmur.Biri digərindən fərqli olur. Təəssüflər olsun ki, bilet satışında qiymətdə bunu nəzərə almırlar. Həmçinin avtobus daxilindəki yerlər rahatlıq baxımından,aynakənarı və yaxud təkərüstü, lap arxada hündürdə 6 sərnişinin birgə oturduğu yerlər eyni qiymətə satılır.

Maddə 8. Uşağın yaşamaq və inkişaf etmək hüququ

Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Maddə 9. Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ

Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür.

Maddə 12. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ

Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər.

Sonda onu da qeyd edim ki, baş verən hadisədən sonra sarsıntı kecirən nəvəm hələ də psixoloq müalicəsi alır.Və  bu gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksində baş verən qanunsuzliqlar davam edlr.

 

İmza: Həsən Avşarov

 

Pedaksiyadan: Baş verən hadisə ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqə saxladıq. Kompleksin sözçüsü Pərvanə xanım bizimlə söhbətdə bildirdi ki, sizdə olan şikayət məktubunu göndərin bizə araşdıraq. Və biz də həmin məktubu Pərvanə xanımın verdiyi ünvana göndərdik.

Sonra redaksiyamızla əlaqə saxlayan Pərvanə xanım bildirdi ki, məsələ araşdırılacaq və Sizə cavab verələcək.

70 yaşlı sərnişinin 4 yaşlı nəvəsinin gözü qarşısında Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürüyərək telefonunun əlindən alınmasına necə baxırsınız sualına Pərvanə xanım belə cavab verdi;

-   Bizim əməkdaşların yerində olsanız, Siz neynərdiniz?

 

Və bundan sonra belə qənayətə gəldik ki, artıq cavabımızı aldıq.

Dəfələrlə BBAK rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də cəhdimiz üğürsuz oldu. Cünki hər dəfə BBAK rəhbəri Cümşüd müəllimin katibəsinin məsələdən xəbəri olduğunu və rəhbərliyin vaxtı olanda ona catdıracaqlarını bildirdilər.

Bizimaz.az

 



Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.

Ardını oxu...


Müstəqim Məmmədov: "Prezident İlham Əliyevin qayğılı münasibəti sayəsində əmək və döyüş meydanında hünər göstərən tərtərlilər yeni nailiyyətlərlə ölkənin dinamik xarakter alan sosial-iqtisadi inkişafına daha sanballı töhfələr verəcəklər".

Ardını oxu...



Məlum olduğu kimi insan orqanizminin 70 faizi mayedən ibarətdir. Bu səbəbdən də faydalı və təbii içkilər qəbul etmək çox faydalıdır. Qazlı su, paketlənmiş şirə, yoqurt və şeykləri unudun.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov