Xəbər lenti


Təəssüflər olsun ki, son zamanlar həmişə müqəddəs saydığımız məktəbi, müəllimi hörmətdən salmaq istəyənlərə rast gəlinir.
Məktəbin, müəllimin ünvanına yerli-yersiz hədyanlar səsləndirilir. Təəccüblüdür ki, belələrinin arasında özünü hətta "təhsil fədaisi" kimi təqdim edənlər də tapılır. Adama deyərlər, əgər ziyalısansa, içində işıq varsa, təhsilin inkişafına dair tövsiyələrini paylaş, səmərəli hesab elədiyin fikirləri bölüş, təkliflərini irəli sür. Yenə də təəssüf ki, xalqın bir çox üzdə olan ziyalısı bu vəziyyətə susur, cəmiyyətin öndə gedən aydınları məktəbin, müəllimin məruz qaldığı hücumları sakitcə izləyir, seyrçi mövqeyində qalırlar. Axı məhz onlar müəllimin müdafiəsinə qalxmalı, səslərini ucaltmalı, təhsil işçilərini hədəfə alan ünsürləri yerində oturtmalı, Təhsil Nazirliyini və təhsil ictimaiyyətini bu meydanda tək qoymamalıdırlar.

 

Tovuz rayonunun Əyyublu kənd 1 saylı orta məktəbinin sabiq direktoru Cəmşid Sadıqov Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova ilə bağlı sosial mediada paylaşım edərək onu rüşvətxorluqda ittiham edib. Məktəbin tərəqqipərvər müəllimləri redaksiyamıza müraciət edərək, Təhsil nazirinə ünvanladıqları məktubu dərc etməyimizi xahiş ediblər:

"Çox hörmətli təhsil naziri,çox hörmətli Azərbaycan dilçiləri! Bu özünü alim adlandıran, rusvətxorluğu, saxtakarlıgı, kobudluğu sübut olunaraq tutduğu vəzifədən kənarlaşdırılan bir məktəb direktorunun yazısıdır. Xahiş edirəm, onu qiymətləndirin. Azərbaycan aliminə, Azərbaycan ziyalısına xas olmayan qabiliyyətsiz davranışlarına, kobud rəftarına görə kollektivin nifrətini qazanan bir insan hansısa bir müəssisəyə, xususilə də təhsil müəssisəsinə rəhbərlik edə bilməz. Cəmsid Sadıqov Tovuz rayonu Əyyublu kənd 1 sayli tam orta məktəbə 2008 - ci ildən rəhbərlik edib. İşlədiyi müddət ərzində bir oklad işi beş nəfər işçiyə saymaqla, bir saat dərsi iki müəllimə satmaqla təhsil şöbələrinə üzqaralığı gətirib. Məktəbdə işləyən iki nəfər xadimə Cəmşid müəllimin laborant adı ilə işə götürdüyü 10-15 nəfərin işini görür. Cəmsid müəllimin pula ehtiyacı olanda laborantı cağırıb "pul ver, sənin okladını artırım" deyir. Pulu alandan sonra isə okladı artırmır. Soruşanda isə həyat yoldaşı olan məktəb kitabxanaçısı Sadıqova Südabə Məhəmməd qızı hücum çəkir həmin adamın üstünə. Bir sozlə, məktəbdə Südabənin təhqir etmədiyi adam qalmayıb. İndi də həyat yoldaşının isdən azad olunmasını həzm edə bilməyən Sudabə müəllimləri savadsız, xadimələri əxlaqsız adlandıraraq təhqir edir.  Bir ziyalı kimi, bir müəllim kimi, sonda bir vətəndaş kimi bizi bu təhqirlərdən xilas etməyinizi.xahiş edirik. Adını alim qoyan Cəmşid Sadıqov iki cumlədə on bir orfoqrafiq səhvə yol verib. Ondan nəinki alim, hətta təhsil ocağına rəhbər olarmı?"

 

Redaksiyamıza müraciət edən müəllimlər həmçinin xatırladırlar ki, indiyə qədər bir sıra elektron mediada Tovuz rayonu Əyyublu kənd 1 nömrəli orta məktəbin sabiq direktoru Cəmşid Sadıqovun məktəbdə apardığı "islahatlardan", texniki işçilərin başlarına direktorlar tərəfindən açılan oyunlardan söhbət açılıb. Həmin yazılarda mənbə kimi texniki işçi Aygün Əliyevadan və bufetçi Elçin İsayevdən alınan məlumatlardan istifadə edilib. Müəllimlər bildirirlər ki, həmin informasiyalarda bəzən qeyri-peşəkarlığa yol verilərək, sabiq direktorun qanunsuz əməllərinə təhsil şöbəsi və nazirlik tərəfindən göz yumulduğu qeyd olunub:

"Əslində isə məsələ tam əksinədir. Adları çəkilən şikayətçilərin müraciətindən dərhal sonra Tovuz Rayon Təhsil Şöbəsində yoxlama komissiyası yaradıldı və məsələ kökündən araşdırıldı. Üzə isə daha dəhşətli faktlar çıxdı. Belə ki, məktəb direktoru analıq məzuniyyətində olan işçilərin əvəzinə başqa daimi işçilər götürmüş, əmək qanunvericiliyini kobudcasına pozmuşdur.

Məktəbə xadimə kimi işə götürülənlərin əksəriyyəti diplomsuz mütəxəssislərdir. Onlara laborant, kompyuter operatoru ştatları verildiyi göstərilsə də, əslində əmr kitabında onlar xadimə kimi sənədləşdirilmişdir. Məhz buna görə də onları xadimə kimi işlədə bilməmiş, sadəcə maaş almalarına şərait yaratmışdır".

Müraciət müəllifləri bildirirlər ki, Çəmşid Sadıqov təkcə RTŞ müdiri Validə Hüseynovaya deyil, həm də Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı cənab Tofiq Zeynalova da qara yaxır, guya 2010-cu il deputat seçkilərində onun deputatlığa namizəd Validə Hüseynovadan 200 min manat almasını, sonradan onu həmin pulun müqabilində təhsil şöbəsinə müdir təyin etməsini iddia edir:

"Cəmşid Sadıqovun paylaşdığı informasiyaların birində guya bir məktəb direktorunun vəzifəyə keçən zaman təhsil şöbəsinin müdirinə 17 min manat pul verməsi deyilir. Əvvəla, hər bir orta səviyyəli ziyalıya yaxşı məlumdur ki, orta məktəb direktoru vəzifəsinə keçmək üçün mütləq testdən keçməlisən. Bu vəzifə Nazirliyin tabeliyindədir. Təhsil şöbəsi müdirinin məktəb direktorunu təkbaşına nə işə götürməyə, nə də çıxarmağa səlahiyyəti çatır. Cəmşid Sadıqov bütün bunları çox gözəl bilir. Özünün rüşvət verməsi barədə olan məlumatları öz səhifəsində paylaşması isə təəccüb doğurur. Əgər Cəmşid Sadıqov bu cür paylaşımları vəzifədə olarkən etsəydi, bir çoxumuz onu dəstəkləyər, alqışlayardıq. Ancaq onun çoxsaylı şikayətlərdən və işdən çıxdıqdan sonra bu cür addım atması nə məntiqə, nə də etik normalara sığır. Ən sadəlövh adam da bütün bunların qisasçılıqdan yarandığını dərhal başa düşür. Hörmətli Cəmşid müəllim bilməlidir ki, od olmasa tüstü çıxmaz. Əgər onun haqqında bir neçə nəfər rüşvətlə bağlı əlaqədar təşkilatlar qarşısında məsələ qaldırırsa, demək torbada pişik var. Biz arzu edirik ki, Cəmşid Sadıqov işdən çıxdıqdan sonra bir çox insanlara böhtan atmaqdansa, tövbə və səmimiyyət yolu ilə gedərək aldığı pulları geri qaytarsın. Bu, həm onun susmuş vicdanını bir az rahatladar, həm də Tanrı qarşısında günahlarını yumşaldar".

Müraciətnamə müəllifləri sabiq direktorun qanunsuz əməllərinə daha bir nümunə də göstərmişlər.

Qarabağ müharibəsi veteranı, təqaüddə olan baş leytenant Sadıqov Füzuli Mirzə oğlu şikayətlənib ki, Cəmşid Sadıqovun qurbanlarından biri də onun ailəsidir:

"...Mənim gəlinim Qasımova Yeganə Həsrət qızı ali təhsilli kimya və biologiya müəllimidir. İki uşaq anasıdır. Özü və həyat yoldaşı heç bir yerdə işləmirdilər. Mən 2014-cü il sentyabr ayının 1-də C.Sadıqovdan gəlinimin ixtisasına uyğun bir iş verməsini xahiş etdim. O isə bildirdi ki, məktəbdə laborant köməkçisi ştatı var. Ancaq məktəbimiz Heydər Əliyev Fondu tərəfindən tikilib, bizim də borcumuz odur ki, həmin fonda pul keçirək ki, başqa məktəblər də belə işlər görsün. Bunun üçün 2000 manat pul verməlisən ki, mən də fonda keçirim. Mən evə gəlib ailə üzvlərimlə məsləhətləşdim. Həmin pulu bankdan gəlinimin adına 2000 manat kredit götürüb Cəmşid Sadıqova verdim. Gəlinim isə 1 sentyabr 2014-cü ildən işə çıxmağa başladı. 108 manat əmək haqqı ilə. Gəlinimlə onun münaqişəsi isə gəlinimin adına yazılmış artıq pulu geri tələb etməsindən başladı. Acığa düşən məktəb direktoru ştat vahidini azaldaraq onun əmək haqqını 60 manata, sonra isə daha aşağı 35 manata saldı.

Prezidentimiz İlham Əliyev həmişə insanların qayğısına qalır. Hər il əmək haqlarını, pensiyaları artırır. Cəmşid Sadıqov isə əksinə, işçilərin maaşlarını artırmaq əvəzinə, bir ştat vahidini bir neçə yerə bölərək maaşları azalda - azalda gedib. Mən gəlinim haqqında olan haqsızlığı bu yaxınlarda bilmişəm. Ailə üzvlərim mənim xəstə olmağımı nəzərə alaraq bütün bunları məndən gizlədiblər. Mən məsələdən xəbər tutan kimi gəlinimdən xahiş etdim ki, əmr kitabından çıxarış alsın. Həmin əmrin surətini oxuyanda gözlərimə inanmadım. C.Sadıqov 01.09.2014-cü il tarixli 1154 nömrəli əmrində gəlinimin texniki işçi (kompüter köməkçisi) göstərilir. Bu yaxında C.Sadıqov vəzifəsindən azad olunduqdan sonra yeni məktəb rəhbərliyi ona bildirib ki, sən məktəbdə xadimə ştatında oturursan. Gəlinim isə C.Sadıqov tərəfindən verilmiş  əmrin surətini onlara təqdim etdikdə, onlar da öz növbəsində əmr kitabından çıxarışı ona veriblər. Bu əmrə baxanda  savadsız adam belə təəccüblənib. Çünki 02.09.2014-cü il tarixli 1153 nömrəli çıxarışda gəlinimə Məsiyeva Gülnarənin 0,75 oklad xadiməçilik ştatı verilib. Necə ola bilər ki, bir nəfər haqqında iki gün ərzində iki əmr verilsin. Bundan başqa,  sentyabrın 2-də verilən əmrin nömrəsi 1153, sentyabrın 1-də verilən əmrin nömrəsi isə 1154-dür. Elə təkcə bu saxtakarlığa görə C.Sadıqov cinayət məsuliyyətinə cəlb oluna bilər".

Gəlin, C.Sadıqov kimi məğlubiyyətlə barışmayan qisasçı "sabiqlər" deyil, təhsilimizin, həm də məhz milli təhsilimizin işıqlı gələcəyinə inanaq və onun inkişafına yönəlik tədbirlərə hamılıqla dəstək verək!









P.S. Yazı çapa gedərkən sabiq direktorun 1-ci sinif şagirdlərinə verdiyi qanunsuz arayışlar təqdim olunmuşdur. Hər iki arayış saytımızın növbəti xəbərlərində.. Hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zaur Vəliyev.
14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov