Xəbər lenti



Lənkəran - dövlət tapşırıqlarının icrası uğurla davam edir

 

Bizimaz.az:  Lənkəran Şəhər İcra Hakimiyyəti rəhbərliyinin effektiv fəaliyyəti əhəmiyyətli infrastruktur layihələrin yüksək dinamika ilə reallaşdırılmasını təmin edir

 

Birmənalı olaraq demək lazımdır ki, xüsusilə son illər ərzində Lənkəranda bütün sahələrdə böyük nailiyyətlər əldə olunmuş, iqtisadiyyatın sürətli inkişafı üçün əlverişli zəmin yaradılmışdır. O cümlədən, 2019-cu ildə də rayonun sosial-iqtisadi inkişafı uğurla davam edir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarında Lənkəran üçün nəzərdə tutulmuş bütün tədbirlərin yüksək səmərəliliklə həyata keçirilməsi rayon sakinlərinin maddi rifah halının əhəmiyyətli dərəcədə yüksəlişini təmin edib və bu proses indi də davam edir. Bu gün Lənkəranda gedən sosial-iqtisadi proseslərin təhlili bunu deməyə əsas verir ki, rayonun ümumi inkişaf dinamikası cari ilin ilk iki rübündə də məhz artan templə davam etmişdir.

 

Ötən illərdə olduğu kimi, bu il də Lənkəran rayonunun sosial-iqtisadi və mədəni həyatında mühüm hadisələr baş verib, yüksək nailiyyətlər əldə olunub.

Lənkəran Şəhər İcra Hakimiyyətindən təqdim olunan məlumatlara görə 2019-cu ilin birinci rübündə rayonunun ictimai-siyasi və mədəni həyatında inkişaf meylləri davam edib, iqtisadi göstəricilər artan templə yüksəlib. Bu müddət ərzində rayonda bir sıra həyati əhəmiyyətli infrastruktur layihələr icra olunub, sənayedə, kənd təsərrüfatında, tikintidə, yol-abadlıq işlərində işin həcmi artıb, yeni iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşmaqda davam edib.

Artıq xəbər verildiyi kimi, may ayının 4-də Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində 2019-cu ilin birinci rübü ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibdə yığıncağı keçirilmişdi. Həmin yığıncaqda Lənkəran ŞİH başçısı cənab Taleh Qaraşovun etdiyi geniş hesabat məruzəsində ilin ilk rübündə görülmüş işlərlə bağlı konkret göstəricilər öz əksini tapıb. Belə ki, həmin müddət ərzində bütün ölkədə olduğu kimi, Lənkəranda da sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində islahatlar sürətlə davam edib, iqtisadi göstəricilər dəfələrlə yüksəlib, nəzərdə tutulan layihələr vaxtında icra olunub, vətəndaşların həyat şəraiti bu müddətdə daha da yaxşılaşıb. İqtisadi-sosial sferanın inkişafına investisiya qoyuluşu artaraq 9.6 milyon manat təşkil edib.Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 8.8 milyon manat olub.

Taleh Qaraşovun da öz məruzəsində qeyd etdiyi kimi, Ölkə Prezidentinin Lənkərana göstərdiyi diqqət və qayğı nəticəsində rayonda abadlıq və quruculuq işləri geniş vüsət alıb, şəhərdə 150 nəfərin çalışacağı qənnadı fabrikinin tikintisinə və dövlət başçısının müvafiq sərəncamı ilə 11 min nəfər əhalinin gündəlik olaraq istifadə etdiyi Hirkan-Mamusta-Siyavar magistral avtomobil yolunun əsaslı təmiri və asfaltlanması işlərinə başlanılıb.

İlin ilk rübü ərzində rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Lənkəran Dövlət Universiteti üçün əlavə tədris korpusunun və yataqxananın, Şıxakəran kəndində 432 şagird yerlik yeni məktəb binasının, 4 ucqar dağ kəndində modul tipli məktəblərin tikintisi işləri davam etdirilib. Gəgiran kəndində 264 şagird yerlik təzə məktəbin tikintisi ilə bağlı hazırlıq işləri görülüb. Təkcə birinci rüb ərzində rayonda ümumilikdə 324 iş yeri açılmışdır ki, onlardan 183-ü daimi iş yerləri olub.

 Lənkəran ŞİH başçısı vətəndaşların qəbulu və müraciətlərinə baxılması ilə bağlı məsələləri xüsusi diqqət mərkəzində saxlayır

Bir mənalı olaraq demək lazımdır ki, bu gün Lənkəranda vətəndaşların qəbulu və müraciətlərinə baxılması ilə bağlı bütün məsələlər birbaşa Lənkəran ŞİH başçısı tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Qəbul və yerlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq operativ tədbirlər görülür, rəhbərlik tərəfindən aidiyyatı üzrə müvafiq instansiyalara problemin həllinə dair konkret göstəriş və tapşırıqlar verilir. Son belə görüşlərdən biri də iyunun 27-də rayonun Kənarmeşə kəndində keçirilib. İcra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən qəbulda vətəndaşların müraciətləri dinlənilib, inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilib.

Qəbul zamanı sakinlər son illərdə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən, xüsusilə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun istifadəyə verilməsindən və Aşağı Nüvədi-Kənarmeşə -Şürük magistral avtomobil yolunun başdan-başa asfaltlanmasından razı qaldıqlarını bildirərək, bu qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər həyata keçirilən sosial-iqtisadi islahatların, icra olunan infrastruktur layihələrin onların maddi-məişət şəraitinin yaxşılaşdırdığını minnətdarlıq hissi ilə vurğulayıblar.

Qəbul-görüşü zamanı sakinlər görulən işləri yüksək qiymətləndirməklə yanaşı Kənarmeşə kəndinin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə əlaqədar müraciət edərək bir sıra təkliflər irəli sürüblər. Qaldırılan məsələlər yerindəcə müzakirə olunaraq onların həlli ilə bağlı aidiyyatı məsul şəxslərə ŞİH-nin başçısı Taleh Qaraşov tərəfindən konkret tövsiyyə və tapşırıqlar verilib.

 Beynəlxalq əlaqələr möhkəmləndirilir

Diqqətə layiq haldır ki, bu gün ölkəmizin rayon və bölgələrində gedən sürətli inkişaf xarici dövlətlərin təmsilçilərinin də diqqətindən yayınmır. Bu səbəbdən də rəsmi və qeyri-rəsmi əcnəbi qonaqların, diplomatik missiya nümayəndələrinin regionlarımıza səfərlərinin intensivliyi getdikcə artır. O cümlədən, 19 iyun 2019-cu il tarixində Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavitlunq Lənkəran şəhərinə tanışlıq səfərinə gedib.

Lənkəran ŞİH başçısı tərəfindən qəbul olunan səfirə şəhərin tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun uğurlu nəticələrinin Lənkəranın da simasından aydın göründüyünü qeyd edən İcra başçısı son illərdə rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr, istifadəyə verilən yeni obyektlər, turizm infrastrukturu, asfalt yollar, körpülər, xüsusilə kənd təsərrüfatının, çayçılıq, çəltikçilik, sitrusçuluq və baramaçılıq sahələrinin sürətli inkişafından söz açıb. Sonra səfir tanışlıq məqsədilə Lənkəran Dövlət Universitetində olub, Heydər Əliyev parkına, Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, tarix-diyarşünaslıq müzeyinə, Lənkəran konserv zavoduna, “Cənub Aqro”MMC-nin çəltik zavoduna, “Azərxalça”-nın Lənkəran filialına və “Green East”MMC-nin çəltik plantasiyasına baş çəkib. İyunun 20-də Hindistanın səfiri Lənkəran çay fabrikində emal prosesi, Sutamurdov kəndində “Hallobonq” sortlu sitrus plantasiyası, Lənkəran Olimpiya İdman Kompleksi, “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyaları, “İstisu” Sağlamlıq Mərkəzində yaradılan müalicə və istirahət şəraiti ilə tanış olub, Hirkan və Qızılağac Milli paklarına və Xanbulançay dəryaçasına baxmışdır.

İyunun 23-də isə Lənkəranla qardaşlaşmış şəhər olan ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin bələdiyyə Şurasının üzvü Allan Haffa və Monterey-Lənkəran dostluq cəmiyyətinin sədri Nensi Selfricdən ibarət nümayəndə heyəti Lənkəran şəhərinə səfərə gəlib. İyunun 24-də nümayəndə heyəti Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. Səmimi şəraitdə keçən qəbul zamanı ABŞ-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin getdikcə möhkəmlənməsindən razılıq ifadə olunaraq bu əlaqələr çərçivəsində Lənkəran və Monterey şəhərlərinin qardalaşmasının hər iki ölkənin xalqlarının daha da yaxınlaşmasına və sıx ünsiyyət qurmasına töhfə olduğu vurğulanıb.

Göründüyü kimi, bu gün Lənkəranda həqiqətən də bütün sahələrdə kifayət qədər sürətli inkişaf müşahidə olunmaqdadır. Əlbəttə ki, bütün bu proseslər Vətənini, xalqını və dövlətini sevən hər bir kəsdə yalnız məmnunluq və qürur hissləri doğurmalıdır. Lakin təəssüflər olsun ki, bəzi qaragüruhçular, uğur və nailiyyətlərimizə sevinməyənlər hələ də şər və böhtan kampaniyaları aparmaqla xalqın rifahı üçün namusla çalışan insanların qarşısını almağa çalışırlar. O cümlədən son vaxtlar Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova qarşı tez-tez “qara piar” kampaniyaları təşkil olunur. Təbii ki, şər və böhtan dolu belə hücumlar xalqına və dövlətinə sədaqət və fədakarlıqla xidmət edən insanlara heç bir zərər bilməz. Məsələ bundadır ki, belə materialların obyektiv tənqidlə əslində heç bir əlaqəsi olmur. Bir qayda olaraq, belə hallarda yazı müəllifi ya sadəcə olaraq kimlərinsə sifarişini yerinə yetirir, ya da özünün hansısa şəxsi marağını təmin etməyə çalışır. Belə həmkarlarımıza tövsiyyə edərdik ki, bu cür hərəkətlərə yol verməklə öz nüfuzlarına xələl gətirməsinlər və jurnalist peşəsinin şərəfini də ucuz tutmasınlar.

Zaur Vəliyev

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov