Xəbər lenti

Artıq uzun müddətdir həkimlərin bir çox xəstələrə və yaşlı insanlara qan durulaşdırıcı kimi profilaktik məqsədlə aspirin tableti yazması standart hal alıb. 

Bizimaz.az yenicag.az-a istinadən xəbər verir ki, elmi baxımdan sübut olunub ki, infarkt və insult keçirən xəstələrə gündə bir aspirin lazımdır.

Amma hələ ki, bu xəstəlikləri keçirməyən, normal insanlara qanı durulaşdırmaq və infarkt-insultdan qorunmaq məqsədilə aspirin qəbul etməsi, xüsusən 60 yaşdan yuxarı şəxslər üçün risklidir, daxili qanaxma verib, ölümə səbəb ola bilər.

Yeni elmi təcrübənin nəticələri onu göstərib ki, özbaşına, həkim təyinatı olmadan və müayinələrsiz aspirin qəbulu xəstəni öldürə bilər.

Araşdırmanın obyekti kimi 60-70 yaş arası bir dəfə də olsun ürək-damar xəstəliyi keçirməyən 20.000 Avstraliya sakinləri götürülüb.

İngiltərənin tibbi dərgisində dərc olunan yekun məqalədə göstərilib ki, bu insanlara gündəlik aspirin təyinatı mənasız və faydasız olub. Əvəzində bir neçə pasiyentdə mədə-bağırsaq qanaxması olub.

Professor Con Maknil deyir: " Bu nəticələr göstərdi ki, əgər yaşlı pasiyent infarkt, insult keçirməyibsə, ona aspirin təyin etmək olmaz. Əgər siz artıq az dozalarda aspirin qəbul etmisizsə, onu qəfildən dayandırmaq da olmaz. Bu prosesi həkimlə məsləhətləşib, onun nəzarətində, zamanla etmək olar".

Rusiyada ən iri meyvə-tərəvəz idxalçılarından biri hesab edilən və Sankt-Peterburqdakı “Sofiysk” bazasında fəaliyyət göstərən, “Piter Elçin” kimi tanınan multimilyonçu Elçin Əhmədovun quldur basqını ittihamı ilə beynəlxalq axtarışa verildiyi məlumdur. Onun barəsində cinayət işi bu ilin mayında qaldırılıb. E.Əhmədov “Sofiysk” meyvə-tərəvəz bazasında “Royal” firmasının ofisinə basqın edərək güc tətbiq etməklə 12 milyon rubl aparmaqda ittiham olunur. Bu işdə zərərçəkən statusunda olanlar həmin firmanın sahibləri-Şəmkirin məşhur Şiştəpə kəndindən olan Xəlilov qardaşlarıdır.

Bizimaz.az: Fontanka.ru portalı Elçin Əhmədovdan müsahibə götürüb və barəsində səslənən ittihamlar barədə ondan soruşub. E.Əhmədov ildə yüz milyonlarla dollarlıq dövriyyəsi olan iri biznesmendir, “AyBaRus” və “Aysel Qrup” şirkətlərinin sahibidir. Bu şirkətlər Rusiyaya meyvə-tərəvəz idxalı və topdansatışı ilə məşğul olur. Barəsində cinayət işi qaldırılandan sonra Əhmədov Rusiyanı tərk edib və Azərbaycana gəlib. Daha sonra onun barəsində axtarış elan olunub. Bildirilir ki, Əhmədovun vəkilləri onun barəsində qaldırılmış cinayət işinin istintaqını Moskvaya köçürməyə nail olublar. Çünki biznesmen Peterburq güc strukturlarının Xəlilovların sifarişi ilə onu təqib etdiklərini deyir və barəsində irəli sürülən ittihamları rədd edir.

E.Əhmədovun bildirdiyinə görə əslində Xəlilov qardaşlarının adı quldur basqınında keçirdi. Lakin onlar bu ittihamdan yaxalarını qurtarmaq üçün hüquq-mühafizə orqanları ilə işbirliyinə gediblər. Dəstənin qalan üzvləri isə həbs cəzası alıb. Hüquq-mühafizə orqanları ilə işbirliyinə gedən Xəlilov qardaşları ondan şikayət etməyə razılaşıblar. Çünki hüquq-mühafizə orqanları Xəlilovların əli ilə ondan iri məbləğdə pul qoparmaq istəyirdilər. O isə pulu verməyib.

“Mənim işçilərimdən birinin bu yalançı zərərçəkənlərin tərəfdaşı olan adamla əmlak münaqişəsi var idi. Amma bunun cinayət işi ilə heç bir əlaqəsi yoxdur. İddia edirdilər ki, həmin tərəfdaş bizimlə Xəlilovların pulları ilə hesablaşıb. Bu situasiyadan sonra 2016-cı ilin əvvəllərində onlar öz ağsaqqallarının böyük yığıncağını təşkil etdilər. Hörmətli adamların. Sofiysk bazasının 90 faizi Şəmkirin Şiştəpə kəndindən olanlardır. Məni yığıncağa dəvət etdilər. Həmin sövdələşməni aparan menecerimlə getdim. Müzakirə başladı. Nəticədə hamı kollektiv şəkildə dedi: “Biz burada Elçinin və onun adamının heç bir günahını görmürük”. Xəlilovları atası görəndə ki, biz günahkar deyilik, o zaman sadəcə olaraq insan kimi xahiş etdi ki, oğlanlarına kömək edək. Dedilər ki, yalançı tərəfdaşları ilə məsələni özləri həll edəcəklər. Mənim həmin kəndlə həmişə yaxşı münasibətlərim olub, hərçənd mən özüm Şiştəpədən deyiləm, amma həmyerliyik. Onlara 250 min dollar verdim, başqa biznesmen, hansı ki, onlar böhtan atmışdılar, 200 min verdi. Əl sıxdılar. Bu situasiya da cinayət işində keçir. Və həqiqətən baş verən ancaq budur”-Elçin Əhmədov danışır.

Peterburqun meyvə-tərəvəz kralı iddia edir ki, güc strukturları 2015-ci ildən başlayaraq ondan pul tələb ediblər. Vasitəçilərlə xəbər göndəriblər ki, pul verməsə həbs olunacaq. Amma Əhmədov pul verməyib.

2017-ci ilin sonlarında Xəlilov qardaşlarından biri Əhmədova WatsApp-la fotoşəkil göndərib və bildirib ki, həmin adamı o oğurlayıb. Bildirib ki, işi bağlamaq üçün 800 min dollar verməlidir-400 min ona, 400 min də orqanlardakı adamlara. Əks halda şikayət edəcəklər.

“Mən pul verməkdən imtina etdim. Bu ilin may ayında isə həmin absurd cinayət işini qaldırdılar. Evimdə axtarış apardılar. Səhər saat 8-də maskalılar evimə soxuldu. Qapını sındırdılar, hamını döşəməyə uzatdılar, iki qızımı, oğlumu, arvadımı qorxutdular. Özlərini çox kobud, tərbiyəsiz aparırdılar. Elə bil terrorçularla davranırdılar. Axtarışdan 3 gün sonra yenə məndən pul istədilər, bu dəfə milyon yarım. Birbaşa orqanlardan mənə çıxmırdılar, bütün bunları yalançı zərərçəkənlərin əli ilə edirdilər”-Əhmədov bildirib.

Elçin Əhmədov deyir ki, onun səviyyəsində biznesmenin kiməsə basqın edib hansısa 12 milyon rubl qəsb etməsi barədə deyilənlər sərsəm iddialardır. Çünki onun illik dövriyyəsi 8 milyard rublu keçib, bu il 12 milyard rubl olacağı gözlənilir.

“Mən pula görə narahat deyiləm. İmicimə görə narahatam. Hansısa nağıla görə pul verəcəm,  sabah yenisini uyduracaqlar. Hazırda Bakıdayam, amma burada qonağam. Moskvaya günü sabah qayıda bilərəm, həbs etsələr belə”-biznesmen deyib.

Elçin Əhmədov bildirir ki, barəsində qaldırılmış cinayət işinə və beynəlxalq axtarışa verilməsinə baxmayaraq biznesi qaydasında gedir. Çünki peşəkar menecerlər komandası, yerlərdə etibarlı adamları var. Hansı ki, onların cəmi 5 faizi azərbaycanlılardır.(virtualaz)


 “Təhsil millətin gələcəyidir” Dahi Şəxsiyyət Heydər Əliyev tərəfindən səsləndirilən bu fəlsəfi fikir dərin tarixi təcrübəyə, ciddi arqumentlərə əsaslanır. Əlbəttə ki, nümayəndələri savadlı olmayan bir xalqın birmənalı olaraq gələcəyi sual altında olur. Bu baxımdan təhsili millətin, dövlətin gələcəyinə nur saçan işıq, uğurlu zirvələrə daşıyan yol adlandırsaq yanılmarıq. Ən azından ona görə ki, bizdən 8 saat tez yuxudan duran və dünyanı insanabənzər robotları ilə heyrətləndirən, bu gün dünya güclərini qarşı-qarşıya qoyan strateji təbii ehtiyatlara malik olmayan yaponlar qurduqları ölkə ilə dünyanın ən güclü dövlətləri sırasında yer alıblar. Nəyin hesabına? Əlbəttə ki, yalnız təhsilin. Bununla da, bir az öncə söylədiyimiz fikri bir daha əsaslandırmış oluruq. Məhz bu səbəbdən biz Ümummilli liderin hələ sovet dönəmindən ölkədə təhsilin keyfiyyətinin artırılması istiqamətində atdığı cəsarətli addımları renessans kimi qələmə veririk. 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev Azərbaycanı yenidən inkişaf yoluna çıxardı... Bütün sahələrdə olduğu kimi, təhsil sferasında da tərəqqi başladı... Bu gün isə həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil sahəsinə ayrılan vəsait ildən-ilə artır ki, bu da yalnız inkişafa aparır...

 Azərbaycanın ikinci böyük şəhəri olan, yaşı 4000 ildən çox olan gözəl diyar Gəncə şəhərinin tarixi kimi coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və sosial-ictimai həyatı da zəngindir. Gəncədə başqa sahələr kimi təhsil də müasir zamanın tələblərinə uyğun şəkildə inkişaf edir. Gəncə şəhər Təhsil İdarəsində 20 nəfər işçi çalışır. İdarənin tabeliyində 44 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 xüsusi məktəb, 2 Gimnaziya , 1 internat məktəb, 8 məktəbdənkənar müəssisə (1 və 2 №-li Uşaq Gənclər İdman Məktəbi, Uşaq Gənclər Fiziki Hazırlıq Klubu, Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Şahmat-Dama Məktəbi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Gənc Texniklər Stansiyası) fəaliyyət göstərir.

Gəncə Təhsil İdarəsinin müdiri Zakir Nəsib oğlu Hüseynovdur.

Zakir Hüseynov 1955-ci il iyul ayının 2-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olmuşdur. 1962-1972-ci illərdə Zod kənd məktəbində orta təhsil alıb. Qəbul imtahanlarında yüksək nəticələr göstərərək H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstituna qəbul olunub. İnstitutun riyaziyyat fakultəsini bitirib. Pedaqoji fəaliyyətə Qərbi Azərbaycanın Basarkeçər rayonunda 1977-ci ildən başlamışdır. Attestasiya komissiyasının qərarı ilə pedaqoji təcrübəsi Azərbaycanda yayılmış, ona baş müəllim adı verilmişdir. Yüzlərlə digər azərbaycanlı ailələri kimi Zakir Hüseynovun da ailəsi 1988-ci ilin noyabr ayında Dağlıq Qarabağ və onun ətrafında baş verən məlum hadisələrlə bağlı öz ata-baba torpaqlarından qovulmuşlar. 13 yanvar 1989-cu il tarixdən Gəncə şəhər 14 nömrəli tam orta məktəbin rus bölməsində riyaziyyat-informatika müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 1994-cü ildə Respublika Təhsil Nazirliyinin attestasiya komissiyasının qərarı ilə ona “Ali kateqoriyalı müəllim” adı verilmişdir. 06 sentyabr1999-cu il tarixdə Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 03 oktyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir. 2011-ci ildə texnika üzrə fəlsəfə doktoru adını almışdır. YAP-ın fəal üzvlərindən olan Zakir Hüseynov “Heydər Əliyev və məktəb riyazıyyatı”, “Rabitə nəzəriyyəsi” dərs vəsaitlərinin, 20-dən çox elmi məqalənin müəllifidir. Evlidir, 3 övladı var. Zakir müəllim Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 02 mart 2012-ci il tarixli Sərəncamı ilə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
   

Vəzifəyə gəldikdən sonra təhsil sistemində böyük uğurlar əldə edən, “Təhsil xəzinədir, elm onun açarı” prinsipi ilə yaşayan, işinə çox məsuliyyətlə yanaşan Zakir müəllim Ulu Öndərin əsasını qoyduğu və Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti əldə rəhbər tutaraq, bu sahənin nə qədər əhəmiyyətli olduğunu öz əməlləri ilə sübut edir.Təsadüfi deyil ki, 2017-2018-ci tədris ilində görülən işlərə dair hesabatda Zakir Hüseynov bu sahədəki inkişafdan,son nailiyyətlərdən söz açıb. Bildirilib ki, ötən tədris ilində Gəncə şəhəri üzrə şagirdlərin sayı 40 067 nəfər olub. Onların təlim-tərbiyəsi ilə 3 868 nəfər müəllim məşğul olub. Z.Hüseynov qeyd edib ki, bu ildən etibarən hazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada aparılır. Bu tədris ilində 2013-cü ildə anadan olmuş 3749 uşağın 75%-i, yəni 2812 nəfər 141 hazırlıq qrupuna qəbul ediləcək. Bu günədək Gəncə şəhər Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 183-də 1-ci sinfinə 4200 şagird qəbul olunub. Hal-hazırda 1-ci siniflərə elektron qaydada qəbul davam etdirilir. Bu il ali məktəblərə qəbul olanların sayı ötən ilə nisbətən daha yüksəkdir. Belə ki, ali məktəblərə qəbul olanların 264 nəfəri 500-dən yuxarı, 90 nəfəri 600-dən yuxarı və 1 nəfər 700 bal toplayıb. Dövlət İmtahan Mərkəzinin statistik məlumatına əsasən, 2017/2018-ci tədris ilinin məzunlarından 1991 nəfəri ali məktəblərə sənəd təqdim edib. Onlardan 1048 nəfəri respublikamızın ali məktəblərinə, daha dəqiq 54,4 %-i ali məktəblərə, 61 nəfəri isə xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunub. Bundan başqa, 195 nəfər abituriyent 11 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə, ümumilikdə isə, məzunların 64,18% ali və orta ixtisas məktəblərinə qəbul olunub. 20-dən cox məzun xarici ölkələrin (İngiltərə, Polşa, Türkiyə, Rusiya, Sinqapur və Cənubi Koreya) ali məktəblərində təhsillərini davam etdirəcəklər. Zakir müəllimin bu çıxışı deməyə əsas verir ki, Gəncə şəhər Təhsil İdarəsi əmin əllərdədir. Bu qədər inkişafa, bu qədər uğura yalnız öz işinə ürəkdən bağlı olan insanlar nail ola bilərlər. Axı o, həm də bir müəllimdir.Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz belə müəllimlərdir. Təhsil məhz müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin daşıyıcısı olan yeni-yeni nəsillər məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir.

Biz də Zakir müəllimə bu şərəfli yolda böyük uğurlar, uzun ömür və can sağlığı arzulayırıq. Xalqımızın Sizin kimi müəllimlərə hər zaman ehtiyacı var.
 Zaur Vəliyev  Bizimaz.az:


Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır.

Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər.

Milli.Az saglamolun.az-a istinadən 3 belə məhsulu təqdim edir:

1. Toyuq bulyonu

Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu "təbii antibiotik" adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət "kənd" toyuğundan bişirilmiş bulyondan gedir.

Bulyonun tərkibində olan "sistein" adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir - bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir.

2. Süd məhsulları (qatıq, kəsmik, kefir, təbii yoqurt)

Süd məhsulları bağırsaqların mikroflorasını yaxşılaşdırır. Bağırsaq mikroflorası immun sisteminin normal fəaliyyəti üçün ən vacib şərtlərindən biridir. Bu səbəbdən mütəxəssislər qripp və soyuqdəymə fəsillərində qidalanmada süd məhsullarının miqdarını artırmağı tövsiyə edir.

3. Yağlı balıq

Balığın tərkibində olan faydalı maddələr orqanizmdə iltihabı azaldır, iltihabın yayılmasının qarşısını alır, immuniteti aktivləşdirir.


10-15 yaş arasında uşaqlar içində daha çox şəkər, şirniyyat qəbul edənlər aqressiv olur, dava-dalaş  yaradır, daha tez siqaret çəkməyə başlayır, içkiyə meyilli olur.

Bizimaz.az: aparılan təcrübə göstərib ki, energetik içki, şirin içki, şirniyyat qəbul edən uşaqlar 3,5 dəfə daha münaqişəyə meyilli olub, digər uşaqlara qarşı təhqirə yol verib, ələ salıblar.

Rasionda qənd, şəkər çox olan uşaqlar 2 dəfə çox davalarda iştirak ediblər.
Məsələn, Böyük Britaniyada konfet, şokolad, şirin sular içən məktəblilər 89% daha çox siqaret çəkib, içkiyə başlayıblar.  Onlar digər uşaqları münaqişəyə çəkiblər. 

Ən pis vəziyyət İsveçdə olub. Burda məktəblilərin gündəlik rasionunda şəkər daha çox olduğundan, uşaqlar zorakı meyilli olub, daha erkən zərərli vərdişlərə qurşanıblar.

Alimlər bildirir ki, 11 yaşından sonra uşaqlara sutkalıq 30 qramdan artıq şəkər qəbul etmək olmaz. Misal üçün qeyd edək ki, bir butul cola və bir ədəd Mars şokoladında 35 qram şəkər var. Energetik içkilərdə isə bu miqdar daha çoxdur. Ona görə gündə bir ədəd energetik içki və ya bir ədəd Cola, bir iki ədəd şokolad yeyən uşaqlarda aqressiya simptomları artacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov