Xəbər lenti

 


Bu günlərdə Gəncə həbsxanasında dəhşətli hadisə baş verib.

Bizimaz.az: Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında məhbus, 1993-cü il təvəllüdlü Əliyev Ceyhun özünü mismarlayıb. Criminal.az saytına verilən məlumatda iddia olunur ki, təqsirləndirilən şəxsin özünü mismarlamasında təcridxananın rəisi Ruslan Rəsulovun qoyduğu rejim qaydalarıdır. Belə ki, R.Rəsulov özü şər-böhtanlarla məşğuldu və bu taktika ilə vəzifəsindən sui istifadə edir: "Hər kəsin şəxsi həyatına belə böhtanlar uydurmaqla əməkdaşları qeyri-qanuni işləri ilə təsir altında saxlayır. Ruslan Rəsulovun rəhbərliyi dövründə görüşə gələnlər tərəfindən bildirilir ki, bu təcridxanada bütün işlər bazar qaydalarına uyğun icra edilir. Onları dinlədikcə təcridxanada baş verən qanunsuzluqlar adamı dəhşətə gətirir. Deyirlər ki, soyğunçuluq ilk olaraq sovqat qəbulu və görüş otağından başlayır. Valideyin həbs edilən övladı ilə görüşmək üçün ən azından 100-150 manat arasında pul verməlidir. Bu sövdələşmə baş tutmursa təcridxana rəisi Ruslan Rəsulov və onun əməliyyat üzrə müavini həbs edilən şəxsi hər hansı bir əsasla cərimə otağına kecirirlər. Ruslan Rəsulov Bundan başqa gələn valideyin bir yemək çantasını kecirmək üçün ən azından 10-20 manat verməlidir. Ruslan Rəsulov hər hansı bir nəzarətcini gündəlik pullu xidmətə cıxartmaq üçün ən azından 3 min manat pul alır. Daha bir biabırçı məsələ isə təcridxananın daxilində həbs edilmiş şəxslə normal kamera alveridir. Yəni, şəraiti nisbətən yaxşı olan kamera üçün həbs edilən şəxs ən azından 2 min manat pul verməlidir. Ruslan Rəsulov və onun müavini Emil Ağayev Bütün bunlar yetməzmiş kimi hər kameradan rəis müavini Emil Ağayev və rejim rəisi Şahin Əhmədov dövlətin işiqını həbs edilən şəxslərə satır və işiq pulu yığırlar. Əgər kamerada qızdırıcı istifadə edirlərsə hər kamera ayda 200 manat da əlavə pul verməlidir. Ümumilikdə təcridxanada 75 kamera var. Təcridxanada qalıb cəza cəkmək üçün yəni təsərrüfat xidmətində saxlanılmaları üçün hər məhkum edilən şəxs bir ilinə 2 min manat verməlidir . Əgər məhkum edilən ən azından 3 il cəza alıbsa bu 6 min manat edir. Bu biznesi isə Ruslan Rəsulovun müavini tutduğu vəzifəyə görə savadı belə olmayan Emil Ağayev reallaşdırır. 2 saylı təcridxanada hüquq təhsili sahəsində hec bir savada malik olmayan, hüquq anlayışından xəbəri olmayan rəis müavini Emil Ağayevə məhkum edilən şəxslərin şəxsi işlərini məhkəməyə hazırlaması da qanunsuzluğun bir başqa təzhürüdür. Emil Ağayevin bu işi savadsız olmasına görə, işini bilməməsi ucbatından həmin məsələ ilə səlahiyyəti, daha doğrusu bu işə aidiyyatı olmayan təsərrüfat rəisi Elşad Abbasov məşğul olur. Beləcə bina komendantı rəis və müavini Emil Ağayevin qanunu pozması və ya bacarıqsızlığı ucbatından səlahiyyət sahibi olur və çox sayda məhkumun həyatı ilə oynayır. Şöbə rəisi Rəşad Rəhimov Bir nəfərin təcridxanadan vaxtından əvvəl şərti buraxılması üçün Ruslan Rəsulov və onun müavini ən azından 3-5 min pul alır. Həmçinin məhkumlara təyin edilən aylıq maaşı saxta etibarnamə iıə hər ay ən azından 9 min manat Emil Ağayev poçt vasitəsi ilə mənimsəyir. Həbs edilmiş şəxslər yaxınları və valideyinləri iə danışmaları üçün dəqiqəsi 1 manatdan pul ödədikdə danışırlar. Bu işlərə də rəhbərliyi rəis müavini Emil Ağayev edir". Rəşad Rəhimov R.Rəsululov Criminal.az saytına açıqlamasında bildirdi ki, təqsirləndirilən Ceyhun Əliyev barəsindəki cinayət işinin istintaqına etiraz olaraq özünə mismarla xəsarət yetirib. Təcridaxana rəisinin sözlərinə görə, C.Əliyevə qarşı heç bir təzyiq edilməyib. R.Rəsulov təcridxanadakı qeyri-qanuni əməllər etməsi ilə bağlı ittihamlara qısa cavab verməklə kifayətləndi: "Kim nə istəyir şikayət etsin. Deyilənlər böhtandır...". Criminal.az-a daxil olan digər bir məlumatda iddia olunur ki, R.Rəsulov prezident İlham Əliyevin köməkçisi Fuad Ələsgərovun sürücüsü olan Niyazi adlı şəxsin bacısının həyat yoldaşıdır və hər yerdə "Fuad Ələsgərov mənim dayımdır" deyir.
 
 
 
14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov