Xəbər lenti




Şamaxı Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsində “ölü canlar” varmı? 

 

 

Məlum olduğu kimi, ötən ilin avqust ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalamışdı. Bu fərmandan irəli gələrək “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) publik hüquqi şəxs yaradıldı. Agentliyin yaradılmasında əsas məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılmasıdır. Yeni agentliyin həmçinin dövlət büdcəsinə artıq yük olan xidmətlərin ödənişli əsaslarla verilməsi üçün imkan yaradacağı nəzərdə tutulur.

 

Bu gün Şamaxı şəhərində gedən bəzi prosesləri izləməklə belə qənaətə gəlmək olur ki, Şamaxı Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsinin müdiri Hacımurad Mahmudov və onun oğlu Zöhrab Mahmudov da dövlət büdcəsinin “artıq yükdən azad edilməsi” funksiyasını öz üzərlərinə götürmək qərarına gəliblər.  Belə ki, ata və oğul Mahmudovlar öz hərəkətlərilə DOST Agentliyinin xətti ilə həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərə müdaxilə edərək dövlət büdcəsindən vəsaitləri mənimsəmələrinə dair şübhlərin yaranmasına yol açırlar. Məlumdur ki, DOST Agentliyi işsizlik probleminin həlli istiqamətində mühüm addımlar atır. O cümlədən, bu məqsədlə təsis olunmuş “DOST İş Mərkəzi” MMC heç bir peşə hazırlığı və ixtisasə olmayan vətəndaşları işlə təmin edir. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir. Diqqət edirsizsə bu fəaliyyət sahələrinin əksəriyyəti məhz kommunal təsərrüfat müəssisələrinin profilinə uyğundur. O cümlədən Şamaxıda da rayon Məşğulluq Mərkəzində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin DOST xəttilə ictimai işlərə cəlb olunması da məhz Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsinin vasitəçiliyi ilə həyata keçirilir. Bu isə öz növbəsində müəssisənin rəhbəri Hacımurad Mahmudova və onun oğlu, elə həmin müəssisədəcə yaşıllaşdırma şöbəsinə rəhbərlik edən Zöhrab Mahmudova çeşidli  "imkanlar"   yaradır. Hər halda bu barədə redaksiyamıza daxil olan məktublarda ciddi siqnallar öz əksini tapmaqdaır. Deməliyik ki, bu məlumatların yoxlanması üçün iyun ayının 23-də əməkdaşlarımız Şamaxı şəhərinə ezam olunublar. Müəyyən edilib ki, həmin gün şəhərin N.Nərimanov prospektində və Şirvani küçəsində ictimai işlərə cəlb olunan şəxslərin faktiki sayları heç 10 nəfər də təşkil etməyib. Halbuki, bizdə olan məlumata görə, Şamaxının Məşğulluq Mərkəzi DOST xəttilə 500 nəfəri işlə təmin etmişdir ki, onlardan da 300 nəfəri məhz Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsinə yönəldilmişdir. Belə çıxır ki, aldığımız məktublarda Hacımurad və Zöhrab Mahmudovların geninə-boluna “ölü canlar” təcrübəsini tətbiq etmələrinə dair irəli sürülən iddialar heç də əsassız deyil?. Yeri gəlmişkən, bir müddət bundan əvvəl analoji maxinasiyaya görə Şəmkirin Kommunal Təsərrüfat Müəssisəsinin rəhbəri həbs olunub. Amma görünür bu dərs Mahmudovlar üçün heç də ibrət olmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə vəziyyəti öz nəzarətinə götürməyə tələsmir.

 Bildirilir ki, hələ 2018-ci ildə Şamaxı Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsinin sifarişi əsasında 49600 manat məbləğində pul vəsaiti  ağac və gül kollarının alınması üçün fiziki şəxs Kərimov Əliheydər Əlimürsəl oğluna və 49100 manat məbləğində pul vəsaiti təsərrüfat mallarının alınması üçün fiziki şəxs Mahmudov Əmrah Soltanmahmud oğluna ayrılıb. Lakin ötən müddət ərzində müxtəlif ərazilərdə ümumilikdə bu məbləğin üçdə biri qədər də yaşıllıqlar əkilməyib?. Elə alınmış təsərrüfat mallarının real həcmi də göstərilən məbləğdən xeyli aşağıdır?.

  Yəqin ki müəssisənin baş mühasibi  bu məsələdən xəbərdardır  və əməkdaşımızın suallarına bu mövzda  nədənsə cavab verməkdə çətinlik çəkir.
Bir  məqama da diqqəti cəlb etmək istərdik ki, Hacımurad və Zöhrab Mahmudovların eyni dövlət müəssisəsində birgə işləmələri də Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsinə ziddir...

 Qarşı  tərəfin mövqeyini dərc etməyə hazırıq.

"Bizimaz.az".
14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov