Xəbər lenti


Xaçmaz – inkişaf dinamikası yüksəlməkdə davam edir

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının effektiv icrası nəticəsində ötən illər ərzində Xaçmaz rayonu böyük inkişaf yolu keçmişdir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayevin rəhbərliyi altında rayonda uğurla, yüksək səmərəlilikləhəyata keçirilən sosial-iqtisadi islahatlar sakinlərin həyatında, onların maddi rifah halının yüksəlməsində mühüm rol oynamışdır.

 Bu il iqtisadi göstəricilər daha da artacaq.

Dövlət proqramlarının uğurlu icrası ilə bağlı 2018-ci ildə əldə olunmuş yüksək iqtisadi göstəricilər xaçmazlıları bu il daha böyük şövqlə çalışmağa stimullaşdırıb. Belə ki, 2019-cu ilin ilk rübündə rayon üzrə ümumdaxii məhsulun həcmi 76,6 mln manat, sənaye məhsulunun həcmi 26,9 mln manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 16,32 mln manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 15,02 mln manat, pərakəndə əmtəə dövriyyəsi 93,22 mln manat, əsas kapitala yönəlmiş investisiyaların həcmi 25,23 mln manat, adambaşına düşən pul gəlirləri 429,6 manat, orta aylıq əmək haqqı 375,8 manat təşkil etmişdir. Nəqliyyat sektorunda da xidmətlərin həcmi 1,98 mln manat, rabitə xidmətlərinin isə həcmi 0,42 mln manat müəyyən olunmuşdur. Hesabat dövründə ümumi sahəsi 10658 m² olan mənzil tikilib istifadəyə verilmişdir.
Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının bütün subyektləri daxil olmaqla, 2019-cu ilin 1-ci rübü üçün rayonda 25009,4 ha sahədə taxıl əkilmişdir ki, bunun da 19223,4 hektarı buğda və 5786 hektarı arpa məhsuludur. Bu da ötən dövrün müvafiq müddəti ilə müqayisədə 107.4% artım deməkdir. Xaçmazda yaxşı bilirlər ki, taxılçılıqla baglı məsələ daim diqqətə alınmalıdır. Çünki məhz bu sahədə görüləcək tədbirlər hesabına ərzaq təhlükəsizliyinin tələblərinə uyğun olaraq, idxaldan asılılığı azaltmaq və ixracyönümlü məhsulların həcmini artırmaq lazımdır.

Həmçinin son dövr ərzində 21478 ha meyvə bağları salınmış, 431,5 ha sahədə tərəvəz əkilmişdir. Hazırda kənd təsərrüfatında yaz-tarla işləri həyata keçirilir. Tərəvəz və bostan bitkilərinin məhsuldarlığının artırılması üçün torpaqda aqrotexniki tədbirlər görülür. Habelə parniklərdə yetişdirilmiş şitillərin sahələrə köçürülməsinə hazırlıq işləri görülür. Rayonda mövcud tərəvəz istixanalarında bol məhsul istehsal edilmişdir ki, istehsal olunmuş yüksək keyfiyyətli məhsullar ölkə xarici ənənəvi bazarlara ixrac olunmuşdur. Cari ilin ilk rübündə 1646 fermer subyekti 2045 ton mineral gübrə ilə təmin olunmuşdur.

 

Yeni tədris müəssisələrinin tikintisi xüsusi diqqət mərkəzindədir

Cari ildə Xaçmazda bir çox tədris müəssisələrinin tikintisi davam etdirilir. Belə müəssisələrindən biri də 400-dən çox şagirdin təhsil alacağı yeni məktəb binasıdır. Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan 432 şagird yerlik yeni binanın iki mərtəbədən ibarət olması nəzərdə tutulub. Tikinti işləri 0.5 ha ərazidə aparılır. 50 il öncə tikilən köhnə məktəb binasının istismara yararsız vəziyyətə düşməsi yeni binanın inşasını zəruri edib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaqdır. Otuz sinif otağından ibarət olacaq tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcəkdir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunması da nəzərdə tutulmuşdur. Eyni zamanda, cənab İlham Əliyevin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə rayonda daha 4 modul tipli məktəb binalarının-Alıcqışlaq kənd tam orta və Qaracəlli kənd ümumi orta, Cığatay və Ərəb kənd ibtidai məktəblərinin quraşdırılması işi davam etdirilir. Qısa müddət ərzində həmin məktəblər təhsil ictimaiyyətinin istifadəsinə veriləcəkdir. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda Xudat şəhər 1 №-li tam orta mıəktəbin yeni binasının tikintisi üçün ilk hazırlıq işləri aparılmaqdadır.

 

Ulu Öndərin doğum günü balaca xaçmazlılar üçün əsil bayrama çevrildi

10 May tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində Xzçmazın Xudat şəhərində yeni uşaq bağçası sakinlərin ixtiyarına verildi. Qeyd edək ki, bağçanın inşasına ötən il başlanılıb. Bu ilin martında isə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb. Ətraf ərazidə geniş abadlıq işləri görülüb, binaların fasadları rənglənib. Açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova qeyd edib ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərilir. Prezident İlham Əliyevin qayğısı sayəsində indi ölkəmizin hər yerində müasir uşaq bağçaları, uşaq evləri inşa olunur, zəruri avadanlıqla təchiz edilir. Qeyd olunub ki, Azərbaycanda yeni uşaq tərbiyə müəssisələrinin inşası sahəsində görülən işlərə dövlətimizlə yanaşı, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Yeni uşaq bağçası sakinlərdə böyük məmnunluq hissləri yaratmışdır.

Birmənalı olaraq demək olar ki, bu gün Xaçmazda gedən bütün bu quruculuq işlərinin və digər mütərəqqi proseslərin əsasında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu məqsəd və vəzifələrin düzgün qiymətləndirilməsi və uğurla həyata keçirilməsi durur. Məhz müvafiq Dövlət proqramlarının effektiv icrası Xaçmaz rayonunda inkişafın yüksək dinamikasını təmin edir.

Zaur Vəliyev
































































14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov