Xəbər lenti



Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də, digər tədbirlərin tarixləri müəyyən olunub.

DİM-dən Bizimaz.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. 

V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaqdır.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcəkdir.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq.

Tədbir

Tarix (2018‑ci il)

Qeyd

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına:

ərizə qəbulu

2- 12 fevral

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

20- 24 fevral

 

QƏBUL İMTAHANI – 1-ci mərhələ

25 fevral

 

Proqram seçimi

7- 17 may

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

25 may- 2 iyun

 

QƏBUL İMTAHANI – 2-ci mərhələ

3 iyun

 

Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı

20- 30 aprel

 

Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı

7- 11 may

 

İxtisaslaşma seçimi

8- 18 iyun

 

68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı

6-8 iyun

 

bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

28 iyun- 11 iyul

 

AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat

7 iyun- 10 iyul

 

AMEA magistraturasına qəbul olmaq üçün müsahibə

12 iyun- 14 iyul

 

boş qalan yerlərə ixtisas seçimi

7- 13 avqust

 

boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

16-24 avqust

 

Azərbaycan Respublikasında rezidenturaya :

ərizə qəbulu

15- 22 fevral

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

27- 31 mart

 

QƏBUL İMTAHANI 1-ci mərhələ

1 aprel

 

I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı

4- 11 iyun

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

4- 7 iyul

 

QƏBUL İMTAHANI 2-ci mərhələ

8 iyul

 

İxtisas seçimi

10- 16 iyul

 

namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

3- 7 iyul

 

boş qalan yerlərə ərizə qəbulu

31 iyul- 1 avqust

 

Sınaq imtahanı (elektron)

16 may (II mərh)

 

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün)

1-ci imtahan

22 aprel

 

29 mart- 10 aprel 23:59-dək elektron ərizələrini təsdiq etmiş, lakin 1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat

18 – 29 may

 

18-29 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün 2-ci imtahan

10 iyun

 

elektron ərizələrini 10 aprel saat 23:59-dan sonra təsdiq etmiş abituriyentlər üçün imtahan

10 iyun

 

2-ci imtahan

10 iyun

 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları

1, 15, 29 aprel

 

ərizə qəbulu (I – V qruplar)

29 mart- 30 aprel

 

ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı

17 may- 14 iyun

 

QƏBUL İMTAHANI (ilk imtahan) – II və III ixtisas qrupları üzrə

13 may

 

QƏBUL İMTAHANI (ilk imtahan) – I və IV ixtisas qrupları üzrə

20 may

 

QƏBUL İMTAHANI (ikinci imtahan) – I və IV ixtisas qrupları üzrə

18 iyul

 

QƏBUL İMTAHANI (ikinci imtahan) – II və III ixtisas qrupları üzrə

26 iyul

 

QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) – V qrup üzrə

10 iyul

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat

V qrup üzrə 6- 16 iyul

I qrup üzrə 21- 24 iyul

 

Bakı İslam Universitetinə qəbul olmaq istəyənlərin qeydiyyatı

29- 31 iyul

11- 13 avqust (boş qalan yerlərə)

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup)

V qrup üzrə 23 iyul- 12 avqust

I qrup üzrə 30 iyul- 2 avqust

 

Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı

30 iyul- 3 avqust

13- 16 avqust (boş qalan yerlərə)

 

jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı

10-30 aprel

 

jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı

6 avqust

 

İxtisas seçimi (I – IV qrup)

30 iyul- 13 avqust

 

İxtisas seçimi (V qrup)

30 iyul- 13 avqust

 

abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ)

16- 28 avqust

 

boş qalan yerlərə ixtisas seçimi

16- 20 avqust

 

boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

24 avqust- 3 sentyabr

 

hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı

30 iyul

 

Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında:

ərizə qəbulu

1- 27 mart

 

QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları)

15 aprel

 

QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları)

10 iyul

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat

6-16 iyul

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

30 iyul- 3 avqust

 

ixtisas seçimi

25 iyul- 6 avqust

 

abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

9-24 avqust

 

boş qalan yerlərə ixtisas seçimi

28 avqust- 3 sentyabr

 

boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

5- 12 sentyabr

 

Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında:

ərizə qəbulu

29 mart- 30 aprel

 

QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)

10 iyul

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat

6-16 iyul

 

xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

23 iyul- 3 avqust

 

ixtisas seçimi

16- 20 avqust

 

abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

24- 30 avqust

 

boş qalan yerlərə ixtisas seçimi

1- 5 sentyabr

 

boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

7-12 sentyabr

 

Buraxılış imtahanları:

İlk peşə-ixtisas təhsili müəssisələri

18 mart

 

Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət

4 mart

 

Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət

11 mart

 

Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət

18 mart

 

Ümumi orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

15 aprel

 

Ümumi orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət

21 iyun

 

Ümumi orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət

27 iyun

 

Ümumi orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət

3 iyul

 

Ümumi orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün(II mərhələ))

10 iyul

 

Tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət

21 iyun

 

Tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət

27 iyun

 

Tam orta (11 illik) təhsil bazasında, 3-cü istiqamət

3 iyul

 
   


Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 2 fevralda baş tutacaq.

İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat 2 fevral tarixində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır.

“Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.



Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin vaxtı və yeri dəqiqləşib.

Ardını oxu...




Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

DİN-dənverilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) polis sahə rəisi, əməliyyat müvəkkili və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.

Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Test imtahanları – “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də, məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, müsahibə – test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçılarla Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas və müəllim (pedaqoq) ixtisası üzrə təhsil almış, yaşı 28-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Hacıqabul (1), Xaçmaz (1), Xızı (1), Qubadlı (1), Qusar (1), Saatlı (1), Sabirabad (1), Yardımlı (1) və Şirvan (1) şəhər, rayon polis şöbələrində vakant yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsi üçün müsabiqədə yalnız göstərilmiş rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və azı üç il pedaqoji staja malik şəxslər iştirak edə bilərlər.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda (Naxçıvan Muxtar Respublikası istisna olmaqla), qeydiyyatda olan yalnız subay namizədlər respublikanın rayonlarında yaşayış şəraitləri nəzərə alınmaqla müsabiqəyə buraxılacaqlar.

Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına beş il müddətində dəyişdirilməyəcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az/index.php?/az/content/29799/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra namizədlər yaşadıqları ərazi polis orqanlarına aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet (kişilər üçün);

- əmək kitabçası (olanlar üçün);

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

“Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb-saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2018-ci il yanvar ayının 22-dən fevral ayının 21-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək şəhər, rayon polis orqanlarında qəbul olunur.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-92-37; 590-92-54; 590-93-27; 590-93-45; 590-93-64; 590-95-23.





Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış ediblər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.