Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
İclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı prezidentə təqdim olunacaq.
Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.