Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının cümə günü keçirilməsi gözlənilir.
Bu barədə AzVision.az-a komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, komissiyanın ötən gün keçirilən iclasında 100 müraciətə baxılıb. Ümumilikdə isə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində prezident
İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir.