Xəbər lenti

Bu ilin ilk dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17 715 nikah və 4868 boşanma halı qeydə alınıb.

Ardını oxu...



Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı həmişə, hər yerdə uca tutulmuşdur. Azərbaycan qadını hər yerdə hər zaman öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Mərd, cəsur, həyatın enişli-yoxuşlu çətinliklərinə sinə gəlib həyata öz sözünü demiş Azərbaycan qadınlarından biri də məhz Elmira xanım Xuduş qızı Əfəndiyevadır. Elmira xanım həm gözəl ana, həm gözəl zəhmətkeş qadın, həm də öz peşəsinin vurğunu olan gözəl həkim laborantdır.

Elmira xanım 1966-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1988-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.

1992-ci ildən Respublika Kliniki Xəstəxanada həkim-laborant vəzifəsində və 6 il həmin laboratoriyada şöbə müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda həkim laborant vəzifəsində çalışır.

İki övlad anasıdır - Günay və Fərid. Üç nəvəsi var - Rəsul, Rəşad, Fidan.

Elmira xanımla söhbət zamanı, ilk tanışlığa baxmayaraq söhbətimiz çox səmimi və istiqanlı oldu. Elə bil bu gözəl xanım, şirin söhbətləri olan gözəl, həmin illərdən tanıdığım birisi idi. Bu bir saat ərzində özünü çox doğmalaşdırdı. O, nəinki mənimlə, hətta kollektiv ilə də çox mehriban və səmimi bir xanımdır. Kollektiv Elmira xanım haqqında ürəkdolusu danışdıqca danışırdılar. Hətta Kliniki Xəstəxanada müalicə alan xəstələr də söhbətə qoşularaq Elmira xanımdan ağızdolusu danışırdılar. Sən demə, Elmira xanım hər kəsə qarşı qayğıkeş, mehriban bir həkim olub və bunun öhdəsindən layiqincə gələrək hər kəsi özünə sevdirməyi bacarıb. Bax, əsl qayğıkeş, bacarıqlı, öz peşəsinə ləyaqətlə yanaşıb, həkimlik peşəsi ilə hər bir vətəndaşa şərəflə xidmət göstərən Azərbaycan qadınlarından biri də Elmira xanım Əfəndiyevadır.

Elmira xanımın həyat yükü çox ağır olsa da, heç bir zaman həyat qarşısında sınmamışdır. Hər zaman həyatın çətinlikləri ilə mübarizə aparmış və qalib gəlmişdir. Elmira xanım haqda nə qədər danışsaq da, sözümüz-söhbətimiz bitməzdir. O, özündən danışmağı çox xoşlamadığına görə, sadəcə olaraq mənə vaxt ayırdığınıza görə sizə təşəkkürümü bildirirəm. Və bu fürsətdən istifadə edərək Ulu Öndər Heydər Əliyev haqqında öz ürək sözlərimi demək istəyirəm:

- Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosialyönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlət rəhbərliyinin daimi diqqət mərkəzindədir. Buna görə də Azərbaycan Respublikasının səhiyyəsində aparılan islahatlar öz bəhrəsini verməkdədir.

 

Bu uğurlu nəticələrə görə biz həkimlər öz üzərimizə düşən məsuliyyətə diqqətlə yanaşmalı və xalqımızın hər bir vətəndaşının həyatına zərər yetirmədən daima diqqətli olmalıyıq. Çünki millətin sağlam gələcəyi həkimin şəfalı əllərindədir.

Biz də fürsətdən istifadə edərək Elmira xanımı, həm də bütün səhiyyə işçilərinin qarşıdan gələn peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara öz peşələrində uğurlar arzulayırıq.

 

Afət İlkinli

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov