Xəbər lenti



“Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir”.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: “Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Ələt daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir”.

S.Həsənov qeyd edib ki, insanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb olunmur. O bildirib ki, əlavə ödənişin tələb edilməsi qanunsuzdur: “Əgər belə hal müşahidə olunsa, vətəndaşlar Trestin "Qaynar xətti"nə, yəni 012 510-83-08 nömrəsinə zəng edə bilərlər”.



“Bakı çox küləkli şəhər olduğundan sürəti saniyədə 20-25 metr olan küləyin əsməsi adi haldır və bu, çox da təhlükəli hesab edilmir. Lakin küləyin sürətinin saniyədə 25 metrdən çox olması artıq təhlükəli sayılır”.

Ardını oxu...



Bu gündən Rusiya höküməti Türkiyənin 12 şirkətinə pomidor idxalına icazə verib.Qeyd edək ki, Rusiya təyyarə qalmaqalından sonra Turkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar pomidor idxalına da şamil edilmişdir.


"Çalışmalıyıq ki, bütün rayonlarda məhsuldarlıq daha da artsın. Məhsuldarlıqla bağlı bəzi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Bu problemlər haqqında bugünkü çıxışlarda da məlumat verildi. Elə etməliyik ki, bütün bu qüsurlar, çatışmazlıqlar ciddi təhlil olunsun və biz bunu edirik. Gələcəkdə bu səhvlərə yol verilməməlidir və bundan sonra Azərbaycanda pambıqçılığın inkişafı yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməlidir".

Bu sözləri prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun çıxışında deyib. 

Ölkə başçısı qeyd edib ki, müsbət təcrübə öyrənilməli və geniş tətbiq edilməlidir:

"Mənfi təcrübə də ciddi təhlil edilməli və gələcəkdə səhvlərə yol verməmək üçün ciddi tədbirlər görülməlidir. Keçən il orta məhsuldarlıq 15,2 sentnerdir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Bu, çox aşağı göstəricidir. Baxmayaraq ki, qeyd etdiyim kimi, qısa müddətdə - 2 il ərzində biz pambıq tədarükünü 6 dəfə artıra bilmişik və bu gün 200 min tondan çox pambıq təhvil vermişik, məhsuldarlıq əlbəttə ki, bizi heç cür qane edə bilməz. Əgər biz orta məhsuldarlığı 20 sentner səviyyəsində təmin edə bilsəydik, biz keçən il 270 min ton pambıq götürə bilərdik.

Məndə olan cədvəldə həm yüksək, həm aşağı məhsuldarlıqla seçilən rayonların adları var. Bəzi məlumatları təqdim etmək istərdim. Məhsuldarlığa görə birinci yerdə Tərtər rayonudur – 27 sentner, çox yaxşı göstəricidir. İkinci yerdə Bərdə rayonu – 26,3 sentner. Üçüncü yerdə Biləsuvar – 21,8 sentner, dördüncü yerdə Ağcabədi – 21,5 sentner, beşinci yerdə Ağdam rayonu – 20,6 sentner və ondan sonrakı yerdə Cəlilabad rayonudur – 20 sentner. Bütün başqa rayonlarda məhsuldarlıq 20 sentnerdən aşağı olub – təqribən 18, 15, 13 sentner. Amma elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olmuşdur. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. Beləliklə, aşağıdan birinci yerdə Neftçala rayonudur – 8,2 sentner. Aşağıdan ikinci Hacıqabul – 8,3, Samux - 8,8, Ucar - 9,3, İmişli - 9,7 sentner. Mən məhsuldarlıq on sentnerdən aşağı olan rayonların adlarını çəkdim. Digər rayonlarda 10 sentnerdən çoxdur. Ancaq bu da əlbəttə ki, bizi heç cür qane edə bilməz. Ona görə bir daha demək istəyirəm, növbəti dövrdə ancaq məhsuldarlığa ciddi diqqət göstərilməlidir və biz çatışmayan bütün məsələləri aradan götürməliyik. Hesab edirəm ki, bu, mümkündür, sadəcə olaraq, işlər düzgün qurulmalıdır. Onu da qeyd etməliyəm ki, biz cəmi üçüncü ildir pambıqçılıqla ciddi məşğuluq. Əlbəttə, indi torpaqların seçilməsi, aqrotexniki tədbirlərin görülməsi, suvarma ilə, gübrələrlə, pestisidlərlə, onların keyfiyyəti ilə bağlı olan problemlər də var. Ona görə çox düzgün təhlil aparılmalıdır ki, gələcəkdə bu səhvlərə yol verilməsin".



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələri, həmçinin onların tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.

Bu barədə qərar Baş nazir Artur Rasizadə tərəfindən imzalanıb.

Qərara görə, yeni əməkhaqları aşağıdakı şəkildə müəyyən edilib:

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı (manatla)

1

143

2

146

3

149

4

152

5

155

6

161

7

167

8

174

9

182

10

190

11

198

12

206

13

216

14

231

15

251

16

294

17

396

18

535

19

825

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

 

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı (manatla)

1

160

2

168

3

176

4

184

5

192

6

200

7

208

8

216

9

227

10

240

11

253

12

267

13

281

14

306

15

335

16

388

17

495

18

634

19

875

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.