Xəbər lenti



“Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Dənizkənarı Milli Park ərazisinə girişə məhdudiyyət bu gün səhər saatlarında aradan qaldırılıb.

Ardını oxu...

 

Yay mövsümü yaxınlaşdıqca yavaş-yavaş müxtəlif ölkələrdən Bakıya gələn turistlər gözə dəyməyə başlayır. Hər il ölkəyə gələn turistlərin sayı elan edilir. 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Başqa sözlə desək, bu rəqəm 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə, 2,9 faiz azdır. Gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.

Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1 faiz, Yaponiyadan - 32,5 faiz, Gürcüstandan - 22,9 faiz, Omandan gələnlərin sayı isə 17,4 faiz artıb.

Doğrudanmı, turizm bazarında zəiflik var?

Statistik göstəricilərin əksinə olaraq, bu il yay mövsümündə Azərbaycana üz tutacaq ərəb turistlərin sayının azalması deyil, daha da artacağı gözlənilir. Dünya ölkələrində də ən sevilən turistlər ərəblərdir. Onlar getdikləri bütün ölkələrdə sözün yaxşı mənasında turizm sektoruna bir növ dayaq verirlər.

Bu sözləri Oxu.Az-a Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov ötən həftə ölkəyə gələn turistlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə azaldığını göstərən statistik göstəricilərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkəyə gələn turist axınında heç bir azalma müşahidə edilmir:

“Statistik göstəricilər bu il Azərbaycana Səudiyyə Ərəbistanından, İran, İraqdan gələn turistlərin sayının azaldığını desə də, mən bunun tam əksini düşünürəm. Ölkəmizdə turizm sektorunda çox ciddi layihələr həyata keçirilir. Bu isə turistlərin marağını kifayət qədər çəkir.

Buna görə də ölkəyə gələn turistlər bir dəfə deyil, bir neçə dəfə istirahət üçün Azərbaycanı seçirlər. Mən sizə əminliklə deyə bilərəm ki, bu il yay mövsümündə Azərbaycana gələn turistlərin, xüsusi Səudiyyə Ərəbistanından olan turistlərin sayında iki dəfəyə yaxın artım olacaq.

Ötən ilin müvafiq dövrü ilə müqayisə edəndə özünüz də şahidi olacaqsınız. Bunun səbəbi isə AZAL Milli Aviasiya şirkətinin Səudiyyə Ərəbistanı bazarında daha aktiv işləməsi, birbaşa təyyarələrin sayını iki dəfəyə qədər artırmasıdır. Eyni qaydada Səudiyyə Ərəbistanından ölkəmizə uçan birbaşa reyslərin sayı 5-dən 10-a çatdırılacaq. Ümumiyyətlə, turizmin inkişafında AZAL-ın təşəbbüsləri kifayət qədər müsbət nəticələr verir”.

N.Bağırov Səudiyyə Ərəbistanından Azərbaycana gələn turist axının bir səbəbini də oradakı səlahiyyətli səfirimizin fəaliyyəti ilə əlaqələndirib:

“Bilirsiniz, hər bir ölkəni xarici ölkələrdə layiqincə təmsil edən səfirlər var. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanında bir çox xarici ölkələrdə səfirlikləri var. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin aktiv fəaliyyəti sayəsində də nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir”.

Azərbaycana gələn turistlər ölkəmizə heyran olsa da, narazı qaldıqları məqamlar da olur. N.Bağırovun sözlərinə görə, turistlər Bakı, Qəbələ, Quba, Qusar rayonlarına təkrar-təkrar getməkdən sıxılırlar:

“Bunun üçün yaxşı olardı ki, turizm sektorunu digər regionlarımızda da genişləndirək. Yeni əyləncəli yerlər, istirahət məkanları açılmalıdır. Əsas gileyləndikləri məqam regionlarda gedilə biləcək turizm marşrutlarının azlığıdır. Onlar Bakı, Qəbələ kimi çoxsaylı yerləri gəzmək istəyirlər”.


Bu gündən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır.

Ardını oxu...

Sumqayıtda jurnalistlər ağac əkdi - FOTO
 

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.

Ardını oxu...

 

Artıq neçə illərdir istər parlamentdə və Milli Məclisin (MM) Elm və təhsil komitəsində, istərsə də cəmiyyətdə, təhsil və elm camiəsində rektorların seçki yolu seçilməsi məsələsi yönündə fikirlər, ideyalar, təkliflər səslənməkdədir.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov