“Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Dənizkənarı Milli Park ərazisinə girişə məhdudiyyət bu gün səhər saatlarında aradan qaldırılıb.
Bizimaz.az: Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, artıq Bulvar ərazisinə daxil olmaq üçün hər hansı məhdudiyyət yoxdur.
“Formula-1” Azərbaycan Qran-Prisi ilə əlaqədar bağlı olan yollar isə sabahdan nəqliyyatın hərəkəti üçün açıq olacaq.