Xəbər lenti

 

Azərbaycanda təcili tibbi yardım maşınlarına böyük məbləğlərdə cərimələr yazılır.

Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət daxil olub. 

İddia olunur ki, sözügedən maşınların qanunla kateqoriya üstünlüyü nəzərə alınmalı olsa da, Dövlət Yol Polisinin tətbiq etdiyi cərimələrə əsasən, bu üstünlüyün nəzərə alınmadığını demək mümkündür.

O da vurğulanıb ki, cərimə tətbiqi təcili yardım maşınlarının sürücülərinə xəstələri vaxtında xəstəxanaya çatdırmağa, yaxud hadisə yerinə zamanında çatmağa əngəl törədir. Belə ki, onlar düz xəttin tələblərinə riayət edir, sürət həddini aşmır və qırmızı işıqda keçmir. Bu isə öz növbəsində narazılıq yaradır, həkimlər çağırışlara vaxtında çatmır. 

İddianın doğruluq payını öyrənmək üçün Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. 

O, Oxu.Az-a açıqlamasında bildirib ki, operativ nəqliyyat vasitələri hərəkət zamanı digər nəqliyyat vasitələri qarşısında hərəkət üstünlüyü hüququna malikdirlər:

“Təcili tibbi yardım, yanğınsöndürən və polis maşınları “Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər. Həmin maşınlar sayrışan göy və ya qırmızı işıq, radio qəbuledicilərindən istifadə edib, hərəkət edirlər. Əgər avtomobili idarə edən sürücü hər hansı yolda müəyyən edilmiş sürət həddini aşırsa, foto, video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınır.

Bu zaman nəqliyyat vasitəsinin sahibi barəsində elektron protokol tərtib olunur. Sözügedən məsələ ilə bağlı elektron protokol aidiyyəti üzrə Təcili Tibbi Yardım Stansiyasına göndərilir. Həmin stansiyanın rəhbərliyi protokol daxil olduqdan sonra sürücü haqqında məlumat verməlidir. Təcili tibbi yardım maşınının çağırışa gedəndə, yoxsa çağırışdan kənar qayda pozuntusuna yol verdiyi müəyyən edilməlidir.

Əgər zərurət yoxdursa, təcili tibbi yardım maşını qayda pozursa, niyə də cərimə ödəməsin? Məsuliyyət daşıyır. Xəstə varsa, cərimə gəlirsə, işi ilə əlaqədar məlumat verir və zərurətdən yaranan xəta hesab olunur. Məsələ barədə araşdırma aparılır. Nəticədə fakt öz təsdiqini tapırsa, sürücü məsuliyyətdən azad edilir və inzibati xəta haqqında protokollara xitam verilir”.

“Operativ nəqliyyat vasitələrinin hərəkəti zamanı digər hərəkət iştirakçıları da onlara şərait yaratmalıdır. Əgər onlar problem yaradırlarsa, inzibati qaydada məsuliyyət nəzərdə tutulur”, - deyə Vaqif Əsədov qeyd edib. 

Səhiyyə Nazirliyi də Təcili Tibbi Yardım maşınlarına gələn cəriməni təsdiq edib:

“Həmin işlə bağlı dərhal araşdırmalara başlanır. Əgər avtomobil çağırışdadırsa, cərimələr dərhal silinir, yox, əgər avtomobil çağırışda olmayıbsa, onda cərimələr qüvvədə qalır”.



Prezident İlham Əliyev Xalq artisti Qurban İsmayılova mənzil hədiyyə edib.  Moderator.az xəbər verir ki, bu barədə aktyorun özü sosial şəbəkədə məlumat yayıb. 

Ardını oxu...

Azərbaycan dili imtahanında uğursuz nəticə göstərənlərin NƏZƏRİNƏ
 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 5-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 26-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumatda bildirilir ki, həmin şagirdlər mayın 8-dən 14-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) yenidən imtahanda iştirak hüququ qazana bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. “Azərbaycan dili” fənni üzrə ikinci imtahan mayın 26-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.Mayın 5-də keçirilən imtahanda iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.Qeyd edək ki, imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir.

Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və onlar müsabiqəyə buraxılırlar.

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında gecə saatlarından başlanan duman hazırda davam edir.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov