Xəbər lenti




Mayın 5-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ardını oxu...

 

Dövlət İmtahan Mərkəzi (DİM) martın 31-də 9 illik orta təhsil bazasında (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən martın 3, 10 və 17-də keçirilmiş buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün keçirilən imtahanların nəticələrini elan edib.

Ardını oxu...



Mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ardını oxu...

Paytaxtda bu avtomobillərin istifadəsinə QADAĞA QOYULACAQ - 2020-ci ildən...
 

Hollandiyada benzin və dizellə işləyən avtomobillərin istifadəsinə qadağa qoyulacaq.

Bizimaz.az xəbər verir ki, qərar hələ ki paytaxt Amsterdam üçün keçərli olacaq.

Ətraf mühit və havanın çirklənməsi yanlış qidalanma və hərəkətsizlikdən sonra sağlamlığa təhdid olaraq üçüncü səbəb kimi göstərilir. Məhz təbiətin qorunmasına görə dizel və benzin motorlu avtomobillər 2030-cu ilə qədər paytaxtdan tamamilə yığışdırılacaq.

Hollnadiya mətbuatı qərarın bu ayın sonunda şəhər şurasında müzakirə ediləcəyini açıqlayıb. Qərar çərçivəsində ilkin mərhələdə 2020-ci ilə qədər 15 il fəaliyyət göstərmiş avtomobillərin istifadəsinə qadağa qoyulacaq. Daha sonra bu kateqoriyada olan bütün avtomobillər yollardan yığışdırılacaq.

Alternativ olaraq elektirklə işləyən avtomobillərin istifadəsinə icazə veriləcək.

Qeyd edək ki, Hollandiyada əhalinin əsas nəqliyyat vasitəsi velosipeddir.


Bizimaz.az: bu sualı ilahiyyatçı Hacı Şahin Həsənli cavanlandırıb:

"Namaz və oruc ayrı-ayrı vacib ibadətlərdir və bəzi hallarda bəzi insanlar namaz qılmadıqda digərləri ona oruc tutmağın da mənasız olduğunu deyir. Deyir "Namaz qılmırsansa oruc tutub özünə boş-boşuna əziyyət vermə". O tamamilə yanlış fikirdir, səhv yanaşmadır. Namaz qılmasa belə oruc tutursa, hər bir halda bu onun gələcəkdə Allaha yaxınlaşmasına xidmət edə bilər, digər dini ayinləri icra etməyinə yardımçı ola bilər. Ona görə də namaz qılmaq vacib olsa da namaz qılmayan insanların oruc tutması lazımdır və oruc tutanlar da oruclarına davam edə bilərlər".

Qeyd edək ki, ilahiyyatçı SƏS-TV-nin canlı yayımında qonaq olub. 

 Xatırladaq ki, fətvaya əsasən, Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-da başlayacaq. Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir. Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov